24 fev 11:20olke

“Doğma Bakıda futbolun incəliklərini öyrəndim”

“Doğma Bakıda futbolun incəliklərini öyrəndim”
Mayorovun “Neftçi”də möhkəmlənməsinə nə mane olub?
Xəbər verdiyimiz kimi, Azərbaycan futbolunun yetirməsi, amma Novorossiysk “Çernomorets”inin əfsanəsi olan Lev Mayorov fevralın ilk günündə məhz bu şəhərdə infarktdan dünyasını dəyişdi. “Çernomorets”in heyətində ümumilikdə 453 oyuna 47 qol vuran, 14 il boyunca göstərdiyi oyunla yerli azarkeşlərin kumirinə çevrilən Mayorovun həyatının son günlərində Bakıya baş çəkmək arzusuyla yaşadığı da bəllidi. İnternetə nəzər salarkən futbolumuzun yetirməsinin 50 yaşını tamamlayandan az sonra, yəni ölümündən bir neçə gün əvvəl “Nezavisimaya sportivnaya qazeta”ya verdiyi müsahibə gözümüzə dəydi. Həmin müsahibədə Azərbaycan publikası üçün maraqlı olan məqamlar da var.
- Lev Nikolayeviç, söhbətin əvvəlində sizi 50 yaşınızın tamam olması münasibətiylə təbrik eymək istəyirəm. Deyin görək uşaqlıqdan futbol qəlbinizdə özünə yer tapmışdı?
- Təbrikə görə sağ olun. Doğrudan da, futbol məni lap kiçik yaşlarımdan özünə vurğun etdi (gülür). Əvvəlcə doğma Bakıda onun incəliklərini öyrəndim, səhərdən axşama qədər həyətdə oynadım. Sonra atam məni ustalardan ibarət “Neftçi” komandasının nəzdindəki uşaq məktəbinə apardı. 1969-70 doğumlulardan ibarət heyətimiz yeniyetmələr arasında SSRİ çempionu oldu. Artıq onda mən yarımmüdafiənin sağ cinahında oynamağa başladım, amma əvvəllər uşaq məşqçiləri məni meydanın mərkəzində görürdülər.
- Niyə “Neftçi”nin əsas heyətində möhkəmlənə bilmədiz?
- Hərbi xidmət dövrü yaxınlaşırdı. Ancaq məni komandada saxlamaq istəyirdilər, möhlət hüququ götürmüşdülər. Sonradan Bakıda millətlərarası durum gərginləşdi, artıq mənə fikir verən olmadı və orduya qoşuldum.
- Həmin vaxt futbol həyatınızdan qeybə çəkildi?
- Xoşbəxtlikdən yox. Xidmət dövründə özündə müasir Gürcüstan, Ermənistan və Azərbaycanın ərazisini birləşdirən Cənubi Qafqaz hərbi dairəsinin komandasında çıxış edirdim. Bundan başqa, orduda olarkən Gəncə “Kəpəz”ində də oynayırdım.
- Bəs Krasnodar “Kuban”ında necə peyda olduz?
- Hərbi xidmət dövrü sona yaxınlaşırdı, tərxis olmağa hazırlaşırdım. Bir dəfə Lvovda – hərbi dairələr arasında keçirilən turnirin final mərhələsində oynayarkən “Kuban”ın ikinci məşqçisi İqor Viktoroviç Kaleşin mənə yaxınlaşdı. Dedi ki, ordudan qurtaran kimi səni Krasnodarda gözləyirik. Belə də oldu: ordudan ayrıldım, mənə teleqram göndərdilər və Krasnodar klubunun düşərgəsinə yolladım. “Sarı-yaşıllar”ın baş məşqçisi Georgi Bezboqin baxışdan keçirəndən sonra məni komandada saxlamağa qərar verdi. O, mənim həyatımda böyük rol oynadı. 1990-cı ilin ortalarında, artıq “Kuban”dan gedəndə Pyatiqorska yollanmağa yaxın idim. Məni yerli komandaya çağırırdılar, üstəlik məlum hadisələrdən sonra Bakını tərk edən valideynlərim də bu şəhərin yaxınlığında yaşayırdılar. Və onda artıq Barannikovski “Kuban”ında məşqçi-məsləhətçi vəzifəsini yerinə yetirən Bezboqin yenidən məni yanına çağırdı. 1990-91-ci illərdə bu komandada çıxış etdim, 92-nin əvvəlində keçirdiyimiz yoldaşlıq oyununda məni “Çernomorets” bəyəndi və məlum karyeram başladı.
- Lev Mayorovun futbolçu kimi üstün keyfiyyətlərini açıqlayın.
- Özümü tərifləmək istəməzdim, ancaq istəyirsizsə (gülür)... Oyunu oxumaq bacarığı, sürət. Özü də fenomenal yox, lazım gələndə və yerində işə düşən sürət. Kimsə meydanda başsız atlı kimi qaçırsa, bunun faydası nədi? Sürətini və başqa komponentlərini ümumkomanda hərəkətlərinə uyğunlaşdırmalısan.
- 90-cı illərin ortalarında Azərbaycan yığmasında da çox az müddətdə oynamısız, düzdü?
- Bəli, 1994-cü ildə İsrail yığmasına qarşı bir oyun keçirdim. Bakıda oynamağa hazırlaşırdıq, ancaq bizə icazə vermədilər, onda orda oynamaq olmazdı. Nəticədə oyun neyral meydanda – Türkiyənin Trabzon şəhərində keçirildi. Uduzduq – 0:2.
- Niyə yığmada möhkəmlənmədiz?
- Həmin vaxt, yəni SSRİ dağılandan sonra Azərbaycan futbolu hələ yerində sayırdı. Hazırda Azərbaycanda şərait yaxşıdı, ancaq onda, düüzü desəm, ora getməyə həvəs yox idi. Belə deyim də, yaxşı heç nə görünmürdü.
ORXAN hazırladı
Today we're introducing a brand-new original Best fiends game. Come and play now!

Rest in Peace Lev Mayorov, one of my favorite Azerbaijani footballer ever.

Download and Play mobile games on your PC like Subway Surfers.

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” 6-03-2020, 11:51 Bir oyun təxirə salındı, sensasiya qeydə alınmadı 6-03-2020, 11:18 Skarlatake “Zirə”nin uğursuzluğunun səbəbini dedi 6-03-2020, 11:11 İdman jurnalistləri arasında ilk çempionat keçirilib 4-03-2020, 11:09 “Bu gün Səmədağa Şıxlarova qarşı edilən haqsızlıq sabah başqalarına olacaq” 4-03-2020, 11:08 “Bude-Qlimt”in maliyyə şərtləri Emil Balayevi razı salmadı 4-03-2020, 11:02 Hələ belə olmamışdı 4-03-2020, 11:01 “Qarabağ”ı Stamenkoviç və hakimlər dayandırdı 4-03-2020, 10:54 Baxımlı oyun və …heç-heçə 4-03-2020, 10:52 “Qəbələ” üçün əsən Zirə küləyi 4-03-2020, 10:49 Həftənin idman proqramı 4-03-2020, 10:47 “Araz” fərqi daha da artırdı Bütün xəbərlər
Ən çox oxunanlar