14 apr 16:41olke

Faiq Cabbarov aşağı yaşlılarla çalışacaq

Faiq Cabbarov aşağı yaşlılarla çalışacaq
Şahin Diniyev: “Bu indi yox, yayda baş tutacaq”

Faiq Cabbarovun yenidən böyük futbola qayıtmağa yaxın olduğunu xəbər vermişdik. “Kəpəz” – “Neftçi” görüşünü izləmək üçün Gəncəyə səfər edən bəndəniz oyundan sonra 1997-ci ilin ən yaxşı futbolçusu ilə görüşmüş, ayaqüstü söhbət etməyə imkan tapmışdı. Qısa söhbətdən sonra Cabbarovun məşqçilik üçün nəzərdə tutulan C kateqoriyasına sahib çıxması üzə çıxmışdı. Hətta səbəbkar özü yaxın zamanlarda “Kəpəz”də işə başlayacağını gizlətməmişdi. Bu məsələdə klub rəhbərliyi ilə yanaşı, Şahin Diniyevin adını çəkmişdi. Yəni bu şəxslər onun yenidən böyük futbola qayıtmasına kömək edəcək.
Sabiq “5 nömrə” mobil telefon işlətmədiyindən, onu tapmaq üçün əvəzedici heyətin baş məşqçisi Azər Məmmədovla əlaqə saxlamağımızın mümkünlüyünü qeyd etmişdi: “Bütün günü Azər müəllimin yanında oluram. Zəng vursaz, bizi calayar”. Məhz bu sözlərdən sonra Faiq bəyin növbəti ildən etibarən əvəzedici heyətdə köməkçi-məşqçi kimi işləyəcəyinə dair şübhələr yarandı. Belə olmasaydı, günün çox hissəsini Azər Məmmədovun yanında niyə keçirsin? Bu da olmasa, U-19-da peyda olacağı gözlənilir. Yəni gələcəkdə futbolçu alış-verişində işbirliyi quracaq mütəxəssislərin artıq indidən mehribanlaşması normaldı. Ehtimallar üzərində dayanmaqdansa, əsl səbəbi üzə çıxarmaq istədik. Və bu niyyətlə məsələdə adı hallanan Şahin Diniyevi aramağı məqsədəuyğun saydıq: “Bəli, Faiq Cabbarovun “Kəpəz”də işlə təmin olunması ilə bağlı müzakirələr olub. Bildiyiniz kimi, artıq C kateqoriyası da var. Amma bu indi yox, yayda baş tutacaq. Onsuz da mövsüm başa çatmaq üzrədi. Belə vaxtda təyinat olmur. Mövsüm başa çatsın, klub rəhbərliyi qərar qəbul edəcək. Xeyr, əvəzedici heyətdə işləməyəcək. Orda məşqçilər korpusu var. Çox güman, aşağı yaş qruplarından ibarət komandalardan birinə rəhbərlik edəcək. Konkret ad çəkə bilmərəm. U-10-da ola bilər, U-11-də, yaxud da başqası. Yəni dəqiq məlumatım yoxdu. Amma işlə təmin olunacağı dəqiqdi”.
Klub rəhbərliyinin öz işidi. Kimsə qarışa, qərarı dəyişməyi tələb edə bilməz. Amma vaxtilə “Gilan”, “Şəmkir”, “ABN Bərdə” kimi komandalarda peşəkar futbolçularla çalışan birinin bundan sonra 10 yaşlı uşaqlarla işləməsi düzgün olmaz. Faiq Cabbarov kimi biri bundan həvəslənə bilməz. Əksinə, bu ona psixoloji zərbə olar. O başqa məsələ ki, göstərilən yaşda uşaqlarla çalışmaq xüsusi həvəs, səbr tələb edir. Bəlkə də klub rəhbərliyinin planıdı. Yəni son illərdə içkiyə qurşanan Cabbarovu sınaqdan keçirmək üçün bu addım atılacaq. Özünü doğruldacağı təqdirdə yenidən pillə-pillə yuxarı qalxacaq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi 19-09-2017, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” 19-09-2017, 15:38 5 və 10 manatlıq biletlər tükəndi 19-09-2017, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı 19-09-2017, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi 19-09-2017, 15:35 Kamran yenə ehtiyatda qaldı 19-09-2017, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi 19-09-2017, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı 19-09-2017, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu 19-09-2017, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi 19-09-2017, 15:25 Cüdoçular Mariborda tarix yazdı 19-09-2017, 15:21 Millimiz Bakıda italyanlara uduzdu 19-09-2017, 15:20 Lunyov mövqeyini qorudu 19-09-2017, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir Bütün xəbərlər
Ən çox oxunanlar