24 fev 11:07olke

İsmayıllı futbolçuları Qəbələdən kubok apardı


Fıçıcı: “Qəbələlilər futbolu bu qədər sevirlərsə, niyə çempionat oyunlarında onları görmürük?”
Artıq üçüncü ildi ki "Qəbələ" İdman Klubunun təşkilatçılığı ilə rayonun futbol kollektivləri arasında turnir təşkil olunur. Bu dəfə çempionata Qəbələ ilə yanaşı, İsmayıllını təmsil edən iki komanda da qatılmışdı. Onlardan biri – “Babadağ” finala vəsiqə qazanmışdı. Dünən “Qəbələ” Futbol Akademiyasının üstüörtülü meydançasında keçirilən final qarşılaşmasında İsmayıllı futbolçularının rəqibi yerli “Qəbələ” ŞM idi.
Nominal meydan sahiblərinin sifariş ərizəsində bu futbolçular yer almışdı: Elnar Kərimov, Elçin Rzayev, Ülfət Mədətov, Namiq Əliyev, Namiq Hacızadə, Turxan Ümidli, Xaqani Məmmədov.
“Babadağ”ın heyəti isə belə idi: Qaya Xaliqov, Rüfət Yəhyayev, Elmi Məmmədli, Ceyhun Nəbiyev, Yusif Novruzlu, Azad Şalbuzov, Murad Əzimov, Tofiq Muradov, Elsevər Məlikov, Azad Məmmədov, Etibar Hacıyev, Beyrək Beybutlu.
Oyuna daha fəal başlayan “qırmızı-qaralar” bir neçə təhlükəli hücumla yadda qalsa da, ilk qol İsmayıllı komandasından gəldi. Elsevər Məlikov 7-ci dəqiqədə çox baxımlı qolla qonaqları hesabda önə çıxarmağı bacardı. Yeri gəlmişkən, onu da qeyd edək ki, təxminən 150-yə yaxın azarkeşin izlədiyi qarşılaşmada qonaq komandanı 60-dan çox tərəfdar dəstəkləyirdi. İsmayıllıdan gələn azarkeşlər oyunboyu dayanmadan komandalarına dəstək verməklə yadda qaldılar. İlk yarıda hər iki komandanın fərqlənmək üçün yetərincə imkanı olsa da, ya qapıçılar inamlı oynamaqla komandalarını qoldan xilas etdilər, da da hücum xəttində çıxış edən oyunçular şansları boşa verdilər.
İkinci 30 dəqiqədə azarkeşlər daha gərgin və maraqlı mübarizəyə şahidlik etdilər. İlk hissədə olduğu kimi, fasilədən sonra da “qırmızı-qaralar” oyuna fəal başladılar. Bunun da məntiqi nəticəsi kimi çox keçmədən “Qəbələ” ŞM 34-cü dəqiqədə Namiq Əliyevlə “status-kvo”nu bərpa etməyi bacardı. Qoldan sonra hücumlarının kəsərini daha da artıran meydan sahibləri 5 dəqiqə sonra hesabda önə çıxmağı da bacardı. Əliyev dublla yadda qaldı. Hesabda geri düşən “Babadağ” azarkeşlərinin dəstəyi ilə “ən yaxşı müdafiə hücumdu” prinsipini əldə bayraq edərək, böyük qüvvə ilə irəli atıldı. “Yaşıllar” 40-cı dəqiqədə hesabı bərabərləşdirməyə yaxın oldular. Lakin çoxgedişli kombinasiyadan sonra Tofiq Rzayev əlverişli vəziyyətdən fərqlənə bilmədi. Onun zərbəsindən sonra top dirəyə dəyib meydanı tərk etdi. 3 dəqiqə sonra isə futbolun “vurmayana vurarlar” prinsipi özünü doğrultdu. Xaqani Məmmədov qonaqları 3-cü dəfə meydanın mərkəzinə dəvət etdi. Lakin meydan sahiblərinin sevinci cəmi 30 saniyə çəkdi. Mərkəzdən oyuna başlayan qonaqlar uzaqdan zərbə ilə hesab arasında fərqi yenidən bir topa endirməyi bacardılar. Bu qoldan sonra oyunda temp bir qədər aşağı düşsə də, “Babadağ” məğlubiyyətlə barışmadığını nümayiş etdirib, 3-cü topu meydan sahiblərinin qapısından keçirməklə tarazlığı bərpa etdi. Oyunun əsas vaxtında qapılara başqa qol vurulmadığından liqanın Əsasnaməsinə uyğun olaraq komandalar penalti zərbələri ilə qalibi müəyyənləşdirdilər. “Lotereya”da isə gülən tərəf qonaqlar oldu. Yeri gəlmişkən, həlledici qarşılamadan öncə 3-cü yer uğrunda matçda 4 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinin kollektivi ilə “Zaqarağan” üz-üzə gəldi. Maliyyəçilər 6:2 hesabıyla qalib gəlməklə bürünc medallara sahib çıxdılar.
Final görüşü başa çatandan sonra mükafatlandırma mərasimi keçirildi. “Qəbələ” İdman Klubunun ümumi işlər üzrə əlaqələndiricisi Səbuhi Qarayev, “qırmızı-qaralar”ın baş meneceri Zaur Əzizov və Qəbələnin Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov qaliblərə diplom və kubokları təqdim etdilər. Turnirdə bir neçə nominasıya üzrə fərqlənən futbolçular, yarışın təşklində xidməti olanlar, hakimlər də diqqətdən kənarda qalmadılar. Onlara da xatirə hədiyyələri verildi.
Təltifat mərasimindən sonra turnirin əsas təşkilatçılarından olan Səbuhi Qarayevə yaxınlaşıb, yarışla bağlı fikirlərini öyrəndik: “Qəbələ Liqası artıq 3-cü dəfə təşkil olunur. İlk mövsümdə turnirə 12, ikinci ildə 18, bu dəfə isə 24 komanda qatılmışdı. Özünüz də gördüz ki, yerli əhali tərəfindən yarışa çox böyük maraq var idi. 4 ay 4 gün davam edən turnirə bu gün nöqtə qoyuldu. Artıq bir neçə gündən sonra yeni mövsümün keçirilməsi ilə bağlı iclasımız baş tutacaq. Bundan əvvəlki yarışa Oğuz təmsilçisi də qatılmışdı. Bu dəfə də ətraf rayonlardan turnirdə iştirak etmək istəyən komandalar var idi. Sadəcə, müəyyən səbəblərdən alınmadı. Ümid edirəm ki, 4-cü mövsümdə onların da belə imkanı olacaq. Yarışa qatılan komandalar iştirak haqqı ödəyirlər ki, yığılan məbləğ sonda mükafatçılar arasında bölünür. Üçüncü mövsümün qalibi olan “Babadağ”ı təbrik edir, digər iştirakçılara qarşıdakı turnirlərdə uğurlar arzulayıram”.
“Qəbələ” Futbol Akademiyasının rəhbəri, artıq 12-ci ildi “qırmızı-qaralar”ın uşaq və yeniyetmələrinə futbolun sirlərini öyrətməkdə müstəsna xidməti olan Halim Fıçıcı da finalı izləyənlər arasındaydı. Tədbirin sonunda onun da turnirlə bağlı fikirlərini öyrəndik: “Sosial layihə olaraq çox gözəl bir işin ortaya qoyulduğunu gördük. Buna görə turniri təşkil edənlərə təşəkkür etmək istəyirəm. Yəqin ki, qarşıdakı dönəmdə bu turnirin davamını görə biləcəyik. Yarışa azarkeş marağı da yüksək səviyyədə idi. İstər qonaq komandanın, istərsə də yerli kollektivin tərəfdarları dayanmadan dəstəklərini nümayiş etdirdilər. Açığı, bu məqam mənə çox maraqlı gəldi. Premyer-liqa matçlarında “Qəbələ”yə dəstək verməkdə əziyyət çəkən qəbəlilər adi turnirə bu qədər maraq göstərir. Siz də, mən də gördük ki, oyun vaxtı azarkeşlər dayanmadan şüarlar səsləndirdilər, oyunçuların adlarını bir-bir çağırıb alqışladılar. Qəbələlilər futbolu bu qədər sevirlərsə, niyə çempionat oyunlarında onları görmürük? Bu işdə nəsə var ki, buna aydınlıq gətirmək lazımdı”.
RƏŞAD, Qəbələ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 11:22 Fonda daha hansı klub pul köçürəcək? Bu gün, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb Bütün xəbərlər
Ən çox oxunanlar