21 fev 11:56olke

Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu

Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu
Region Liqasında qış fasiləsindən sonra ilk tur keçirilib. Əslində liqada fasilə ötən həftə başa çatmalıydı. Lakin fevralın 9-da ölkədə növbədənkənar parlament seçkisi keçirildiyindən təşkilatçılar 10-cu turun qarşılaşmalarını bir həftə “sürüşdürməyi” lazım bilmişdilər.
Cənub zonasının potensial lideri "TST-Astara"nın "Neftçala"yla matçı hər iki komandanın razılığı ilə təxirə salınıb. Qış fasiləsinə ilk pillədə yollanan “Alyans” isə 2020-ci ilin ilk rəsmi qarşılaşmasında azarkeşlərini sevindirməyi bacarıb. Lənkəran komandası doğma publika önündə “Ərkivan”ı meydana çıxmağa peşman edib. Meydan sahibləri qonaq komandanın qapısından 7 cavabsız top keçirib. “Ümid” isə “doğma divarlar” arasında autsayder “Şıxlar”ı məyus edib. Cəlilabadlılar 90 dəqiqə ərzində qobustanlıları üç dəfə meydanın mərkəzinə dəvət etməklə yadda qalıblar.
Alyans (Lənkəran) – Ərkivan (Massallı) 7:0
Ümid (Cəlilabad) – Şıxlar (Qobustan) 3:0
1. Alyans 10 7 1 2 29-6 22
2. TST-Astara 9 5 4 0 24-6 19
3. Ümid 10 5 4 1 21-12 19
4. Neftçala 9 1 5 3 11-15 8
5. Ərkivan 10 2 1 7 9-32 7
6. Şıxlar 10 1 1 8 4-24 4
Bombardirlər: Zaur Nuruzadə (Alyans), Sergey Markelov (TST-Astara) – 8, Röyal Nəcəfov (TST-Astara) – 6.
“Ağsu Siti”nin dincəldiyi hesabat turunda Mərkəz zonasının digər iddialısı “Şamaxı” qrupda son pillədə qərarlaşan “Araz”ın daşını daş üstə qoymayıb. Qapısında 11 top görən sabirabadlıların gücü yalnız təsəlli qoluna çatıb. Yeri gəlmişkən, Şamaxıda keçirilən qarşılaşma turun ən məhsuldar görüşü kimi yadda qalıb. Sabirabad komandası cari mövsümdə liqada xala həsrət qalan yeganə kollektivdi. “Araz” keçirdiyi 8 görüşün hamısında azarkeşlərini üzüb. Şamaxılıların fasilədə Quba "Şahdağ"ından transfer etdiyi təcrübəli hücumçu Rəhman Musayev yenə bombardirlik keyfiyyətlərini göstərib. Belə ki, o cari mövsümdə bir oyunda 6 qol vuran ilk futbolçu olub. Qələbə sayəsində şamaxılılar lider "Ağsu Siti"ylə xal fərqini azaldıb. Muğan derbisində sevinən tərəf isə qonaqlar olub. Beyləqan Olimpiya Kompleksinin tribunalarına toplaşan beyləqanlılar matçboyu dayanmadan “Mil”i dəstəkləsələr də, Ruhid Usubovun çalışdırdığı “İmişli” meydan sahiblərini məyus edib.
Şamaxı - Araz (Saatlı) 11:1
Mil (Beyləqan) - İmişli 2:4
1. Ağsu Siti 8 7 1 0 33-7 22
2. Şamaxı 8 5 2 1 27-6 17
3. İmişli 8 3 1 4 15-22 10
4. Mil 8 3 0 5 17-29 9
5. Araz 8 0 0 8 15-43 0
Bombardirlər: Aydın Qasımov (Ağsu Siti) – 11, Elnur Mustafazadə (Şamaxı) – 8.
Şimal zonasında bir qarşılaşma qonaqların oyuna gəlməməsi səbəbindən baş tutmayıb. Söhbət liqanın ikiqat qalibi “Uğur”la Quba “Şahdağ”ı arasında keçirilməli olan matçdan gedir. Böyük ehtimalla AFFA İntizam Komitəsi Quba komandasına terxniki məğlubiyyət verəcək. Şamaxıda olduğu kimi, Şağanda keçirilən görüşdə də azarkeşlər məhsuldar 90 dəqiqə izləyiblər. Lakin bu dəfə qələbəyə qonaqlar, daha dəqiq desək, “Şirvanovka” sevinib. "İrəvan"ın qonağı olan "Şirvanovka" 11 cavabsız qolla qalib gəlib. Qələbədə komandanın baş məşqçisi Kamran Nurəhmədovun oğlu, "Neftçi"nin sabiq yarımmüdafiəçisi Kamil Nurəhmədov pokerlə böyük rol oynayıb. Sumqayıtda keçirilən Qusar derbisi daha təcrübəli "Şahdağ"ın inamlı qələbəsiylə nəticələnib. Kamran Əlibabayevin yetirmələri ilk hissədə yalnız bir qol vursa da, fasilədən sonra meydan sahiblərinin müdafiəsini tar-mar edib. "Uğur" bu turda çıxış etmədiyindən Qusar klubu müvəqqəti də olsa, turnir cədvəlində vahid lider olub. “Xudat” da yeni ildə ilk qələbəsini qazananlar arasındadı. Xaçmazlılar “Qardaşlar”la görüşün son 15 dəqiqəsində vurduqları ardıcıl qollarla liqanın ən bərbad müdafiə xəttinə malik komandasını evə əliboş yola salıblar.
İrəvan (Bakı) - Şirvanovka (Qusar) 0:11
Xudat (Xaçmaz) - Qardaşlar (Bakı) 3:0
Qusar - Şahdağ (Qusar) 1:5
Uğur (Sumqayıt) – Şahdağ (Quba) + -
1. Şahdağ (Qusar) 9 8 1 0 37-3 25
2. Uğur 8 7 1 0 44-4 22
3. Şahdağ (Quba) 8 5 0 3 21-16 15
4. Şirvanovka 9 5 0 4 27-18 15
5. Qusar 8 4 0 4 31-20 12
6. Xudat 9 2 0 7 14-34 6
7. İrəvan 8 1 0 7 15-35 3
8. Qardaşlar 9 1 0 8 13-72 3
Bombardirlər: İlham Allahverdiyev (Şahdağ) – 11, Məhəmməd Alıyev (Uğur) – 9, Coşqun Süleymanov (Qusar) – 8.
Qərb və Şimal-Qərb zonasının lideri "Energetik" doğma meydanda hər hissədə iki dəfə məyus etməklə "Göyəzən"i səfərə çıxmağına peşman edib. Digər qarşılaşmada isə "Qoşqar UGİM-2" ilə “Oğuz” üz-üzə gəlib. 8 qolun vurulduğu oyunda meydan sahibləri qələbəni bayram edən tərəf olub. Qonaqların heyətində Ruhlan Hacıbabayev het-triklə yadda qalıb. “Şəki” bu tur məcburi istirahət etməli olsa da, turnir cədvəlində əvvəlki kimi 2-ci pillədə qərarlaşıb.
Energetik (Mingəçevir) - Göyəzən (Qazax) 4:0
Qoşqar UGİM-2 (Gəncə) - Oğuz 5:3
1. Energetik 8 6 2 0 35-8 20
2. Şəki 8 4 2 2 13-11 14
3. Qoşqar UGİM-2 8 3 2 3 17-22 11
4. Göyəzən 8 1 4 3 13-18 7
5. Oğuz 8 0 2 6 9-28 2
Bombardirlər: Zamir Cəlilov (Energetik) – 14, Elçin Süleymanov (Şəki) – 5.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 11:22 Fonda daha hansı klub pul köçürəcək? Bu gün, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb Bütün xəbərlər
Ən çox oxunanlar