07 fev 22:03olke

Riçard, belə getmək lazım idi


Kintana yaddaşlarda necə qaldı?
Dünya futbolunda “klubun əfsanəsi” sözü uzun illər bir komandanın şərəfini qoruyan, heyətdə 300-400 oyun keçirən, ən çətin günlərdə komandasını atıb getməyən, bir sözlə, yaddaşlarda dərin izlər buraxan futbolçulara aid olunur. Paolo Maldini, Stiven Cerrard, Françesko Totti kimi sabiq və sadiqlər uzun illər xatırlanacaq. Bizdə isə durum bir qədər fərqlidi.
Məsələn, hansısa oyunçunun 10-15 il eyni komandanın formasını geyməsi mümkünsüzdü. Varsa belə, sayları bir əlin barmaqları qədər də deyil. Ona görə də bizdə “klubun əfsanəsi” deyiləndə ağıllarda avrokuboklarda xoş təsir bağışlayan, beynəlxalq arenada daha çox qol vuran futbolçuların adı canlanır. “Qarabağ”da Rəşad Sadıqov, Qara Qarayev, Maksim Medvedev kimi yerlilərin, Reynaldo, Riçard Almeyda, Dani Kintana kimi legionerlərin adlarını çəkə bilərik. Təəssüf ki, artıq onlardan heç biri ağdamlıların sıralarında deyil. Zaman dəyişir, pula olan həvəs öz sözünü deyir, nəticədə “Qarabağ” illərdi komandanın uğurları üçün tər tökən əcnəbilərini itirə-itirə gedir. İtirməlidimi, getməlidilərmi – bu və başqa sualların ən tutarlı cavabını Qurban Qurbanovdan yaxşı bilən olmaz.
Kintanadan söz açacağıq. Martın 8-də 33 yaşını Çində tamamlayacaq solaxay ispan yarımmüdafiəçidən.
Gələndə ümid yox idi
“Qarabağ”a 2015-in yayında gəlmişdi. Ayaqları Azərbaycana dəyənə qədər adlı-sanlı komandaların formasını geyməmişdi deyə, böyük ümidlər bəslənmirdi. “Valensiya”nın B komandasında, “Puçol”da, “Ontinyent”də, “Alzira”da, “Hurakan”da, “Ximnastika”da oynamış, Səudiyyə Ərəbistanının “Əl-Əhli”si ilə Polşa “Yagelloniya”sında azarkeşlərin üzünü güldürməyə çalışmışdı. Belə deyək, ilkin görüntü, yəni CV-si “Qarabağ”da adından söz etdirəcəyinə inam yaratmırdı.
Di gəl ki, özünəməxsus oyun üslubu ilə seçilən cinah yarımmüdafiəçisi qısa zamanda gümanları alt-üst etməyi bacardı. Vüqar Nadirovla Leroy Corcdan sonra orta sahənin solunda bacarıqlı birinə ehtiyac vardı ki, Dani oyunu ilə azarkeşlərin rəğbətini qazandı. Necə?
İlk cəhddə parladı
Ən böyük üstünlüyü ölkə çempionatında top qovan müdafiəçilərin onu tanımaması idi. Kintana bu üstünlükdən artıqlamasıyla yararlandı desək, yanılmarıq. Bəstəboy olmasına baxmayaraq, topu ayağına “yapışdırır”, texniki bacarığı hesabına qarşısına çıxanları sağa-sola “dağıdır”, qollar vurur, ən pis halda məhsuldar ötürmələrlə yadda qalırdı. Kintananın ən böyük üstünlüyü təkcə cinahda var-gəl etməsi deyildi. Xüsusi qabardılası məqam həm də topla cərimə meydançasında rahat davranması, “ortaya” çəkilməsiydi. Bura uzaqdan öldürücü solaxay zərbələri, cərimə zərbələri zamanı dəqiq vuruşları da əlavə edə bilərik. Qısası, potensialı və meydanda etdikləri boyu ilə qətiyyən uzlaşmırdı.
Odu ki, “Qarabağ”dakı ilk mövsümdəcə çempionata möhürünü vura bildi. Meydana çıxdığı 32 oyunda rəqib qapılarına 15 dəfə yol tapmaqla bombardir adını qazandı. Həmin mövsümd 1 dəfə kubokda, daha 1 dəfə Avroliqada fərqlənməklə yadda qaldı. ”Qarabağ”da olduğu 4,5 il ərzində ən parlaq mövsümü elə bu idi. Sonradan aldığı zədələr ona əvvəlki kimi məhsuldar və səmərəli olmaq imkanı vermədi.
Bir az səbr etsəydi...
Avrokubok həyəcanını yalnız “Qarabağ”da yaşayan “əsərin qəhrəmanı”nın hesabında beynəlxalq arenalarda 8 top var. Dördünü təsnifat mərhələlərində “Göteborq”, “Kukesi” (bu oyunda dubl edib), “Partizani”nin qapısından keçirib, dördünə isə qrup mərhələlərində “Anderlext”, PAOK, “F91 Düdelanj”, APOEL-lə oyunlarda imza atıb. Təəssüf ki, “böyük beşlik” təmsilçiləri ilə qarşılaşmaların heç birində adlı-sanlı qapıçıları məyus etmək qismət olmayıb.
Avrokuboklardakı 8 qol göstəricisi Riçard Almeyda ilə eynidi. Hər ikisinin komandanı eyni anda tərk etməsinin özündə də bir üzgünlük var. “Qarabağ” yox, öz adları naminə. Bildiyiniz kimi, beynəlxalq arenada “köhlən atlar”ın ən məhsuldar futbolçusu hesabında 11 top olan Reynaldodu. Yəni bu adı sabiq “9 nömrə”dən almaq üçün Kintananın yetərincə yaxşı imkanı var idi. Bunun üçün bəlkə də qarşıdakı avrokubok mövsümü bəs edəcəkdi. Amma o tarixdə iz buraxmağı yox, pul qazanmağı daha üstün tutdu.
Nöqsanları da yox deyildi
Kintananı qətiyyən xalq qəhrəmanı kimi təqdim etmək niyyətində deyiləm. Hər nə qədər komandası üçün faydalı futbolçu olsa da, çatışmazlıqları da yox deyildi. Həm özünü, həm də Qurban Qurbanovu narahat edən ən böyük “minus”u zədəyəmeyilli olmasıydı. Dəfələrlə vacib yarışlar, önəmli oyunlar ərəfəsində zədəyə görə kənarda qaldığını xatırlayırıq. Vaxtilə Pedro Enrike, yaxın keçmişdə Xayme Romero məhz Daninin zədəli olmasına görə komandaya cəlb olunmuşdu. 2015/16, 2016/17, 2019/20 avrokubok mövsümlərində bütün oyunların iştirakçısı olsa da, 2017/18, 2018/19 mövsümlərinin hər birində 4 matçın həyəcanını yaşamışdı. Məhz zədə və zədədən yeni dönüş səbəbindən.
Bir başqa “özəlliyi” isə pula hədsiz meyilliliyi idi. Razıyam, hər bir legioner Azərbaycana pulun qoxusuna gəlir. Onlara “Qız qalası”nın divarları, Xəzər dənizinin suyu, “Alov qüllələri” maraqlı deyil. Amma hər dəfə müqavilənin sonuna yaxın təkliflər içində “boğulduğunu” deyib, maaş davası etmək də bir futbolçuya başucalığı gətirmir. Hətta səhv etmirəmsə, 2018-in yayında “Qarabağ”ı tərk etmiş, toplanışda iştirak etməmişdi. Yalnız son anda razılıq əldə olunduqdan sonra düşərgəyə təşrif buyurmuşdu.
Oyun üslubundakı özünəməxsusluğunu qeyd etək də, fiziki cəhətdən zəifliyinin üstündə dayanmadıq. Kintanın Allahı onda vermişdi ki, yer aldığı cinahda Maksim kimi işlək komanda yoldaşı vardı. Dani müdafiəyə yetərincə kömək etmək bacarığında deyildi, topsuz qaçmaqla qətiyyən arası yox idi. Onun bu çatışmazlıığını irəli-geri var-gəl edən Medvedev “sığortalayırdı”.
Başıuca getdi
Riçard niyə azarkeşlərin gözündə düşmənə çevrildi, bilirsizmi? Müqavilə müddətinin başa çatmasını gözlədi və “Qarabağ”a bir qəpik də xeyir vermədən komandanı tərk etdi. İlyarım əvvəl bunu “Astana”ya üz tutanda etmişdi, bu dəfə eyni addımı BƏƏ-yə yollanmaqla təkrarladı. Nə Dino Ndlovu ola bildi, nə Reynaldo, nə də Dani Kintana. Halbuki “Qarabağ”dakı stajı hər birindən çox idi. Amma Kintana atdığı addımla, yəni Çinə getməklə sabiq klubuna da para qazandırmaqla hörmətini xeyli artırmış oldu. Ona görə də gülə-gülə yola salındı, arxasınca su səpildi. Və çox güman, “Qarabağ”da çalışanların yaddaşında unudulmaz biri kimi qalacaq. Yolun açıq olsun, Dani!
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” 4-02-2020, 12:25 “Ən azı həmin epizodda Beyli qabaqlamaqda çətinlik çəkmədim” 31-01-2020, 12:22 “Ağsu” divizionda çıxışını dayandırdı 31-01-2020, 12:20 Ölkə basketbolunda yeni səhifə - MBA Azərbaycana gəlir! 31-01-2020, 12:08 Şok: basketbol yığmamızın üzvü də danışılmış oyunlara görə tutulub! 31-01-2020, 10:56 “Sabah” Koçukla Rodrigesi transfer etdi 31-01-2020, 10:54 Bunun harası vacib oyundu ki? 31-01-2020, 10:51 Azad Rəhimov yeni federasiyaya xeyir-dua verdi 29-01-2020, 19:03 Tofiq Mikayılov Alesionun təklifini qəbul etməyib 29-01-2020, 19:02 Səfiyarlı Ozobiçin Almeydanı unutduracağını düşünür 29-01-2020, 19:00 “Qarabağ”: bir gündə iki məğlubiyyət 29-01-2020, 18:59 U-19 Şimali Makedoniyanı hər iki oyunda yendi 29-01-2020, 18:57 Füzuli Məmmədov nəticələrdən narazıdı 29-01-2020, 18:54 “Zirə”nin beşinci transferi Moldova millisinin üzvü oldu 29-01-2020, 18:52 Yığma mundiala vəsiqə uğrunda mübarizəyə başlayır 28-01-2020, 12:13 “Altus” gülünc bəhanə ilə Həmkarlar İttifaqının tədbirini pozdu 28-01-2020, 12:10 Ziya Rəcəbov İndoneziya çempionatına qələbə ilə başladı Bütün xəbərlər
Ən çox oxunanlar