07 fev 22:00olke

Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir


“Maaşımın yarıbayarı azaldılmasına razı olsaydım, əsas komandada qalacaqdım”
Premyer-liqada səkkiz komandanın mübarizə aparması, bu azmış kimi, əvvəlki illərə nisbətən maliyyənin azalması bir çox futbolçuları çıxılmaz vəziyyətə salıb. Vüqar Nadirov məcburiyyətdən karyerasını başa vurdu, Vaqif Cavadovla Kamran Ağayevin qulaqları hələ də yoldadı, Kamal Mirzəyev, Nicat Qurbanov, Fuad Bayramov kimilər futbolsuz qalmamaq üçün Küveytdə, Gürcüstanda top qovur, Elvin Məmmədov özünə yeni iş yeri axtarır, Vüqar Bəybalayev “Səbail-2”nin sıralarındadı.
Ayrı-ayrı vaxtlarda adı çəkilən futbolçuların hər biri ilə danışıb, fikirlərini öyrənmişik. Bu dəfə Vüqara tribuna vermək qərarına gəldik. Çempionatın ilk yarısında “Səbail”in əsas komandasında mübarizə aparan, 8 oyunda forma geyən futbolçunun mövsümün qalan hissəsində birinci divizionda çıxış etməsi maraq doğurmaya bilməz. Halbuki qış fasiləsində yaranmış fürsətdən istifadə edib başqa komandaya keçə bilərdi. `
Səbəbkar hazırkı durumu ilə bağlı bunları dedi: “Bildiyiniz kimi, “Səbail-2”nin heyətindəyəm. Hamı kimi məşqlərimi edir, çempionata hazırlaşıram. Sizə deyim ki, kifayət qədər yaxşı komandamız var. Bunu təkcə komandamızın turnir cədvəlindəki mövqeyinə görə demirəm. Həqiqətən də bacarıqlı futbolçular var, Mirbağır İsayev uşaqlardan daha artığını tələb edir. “Transfer pəncərəsi” bağlanıb, bu isə o deməkdi ki, maya qədər burda olmalıyam. Əvəzedicilərdə oynayacam, əsas komandada xidmətimə ehtiyac duyulsa, can-başla kömək edəcəm. Müqavilə ilə “Səbail”ə məxsusam, əsas, yaxud əvəzedici komanda – fərq etməz. Oyun təcrübəsi, yaxud futbol baxımından geriləyəcəyimi düşünmürəm. Qarşıdakı 3 ayda komandaya fayda verməyə çalışacam ki, mövsümü çempion kimi başa vuraq”.
Sən demə, fasilədə Bəybalayevin iki təklifi olub, lakin heç biri baş tutmayıb: “Açığı, belə vəziyyətdə özüm də daim oynaya biləcəyim elita komandasına üz tutmaq istəyirdim. Hətta bununla bağlı iki klubla söhbətimiz də olmuşdu. Sadəcə, heç biri ilə alınmadı, ortaq məxrəcə gələ bilmədik. Ona görə də müqavilə ilə məxsus olduğum “Səbail”də qaldım. Mətbuatda maaşımın artırılmasını tələb etdiyimə görə ikinci komandaya göndərilməyim haqda xəbərlər yayılmışdı. Halbuki kökündən yalandı. Hansı çempionatda futbolçu mövsümün ortasında maaşının artırılmasını tələb edə bilər? Sadəcə, məvacibimin azaldılması təklif olundu, mən də razılaşmadım. Cüzi məbləğ olsaydı, danışmaq olardı. Amma söhbət hansısa məbləğdən gedirdi. Maaşımın yarıbayarı azaldılmasına razı olsaydım, əsas komandada qalacaqdım. Aftandil Hacıyevlə münasibətlərim qaydasındadı, aramızda heç bir problem yoxdu. Dediyim kimi, nə vaxtsa məni yenidən əsas komandada görmək istəsə, can-başla xidmət edəcəm. Onsuz da heyətimiz geniş deyil. Bəlkə də nə vaxtsa xidmətimə ehtiyac duyular. Gələcəklə bağlı indidən nəsə demək çətindi. Maya qədər oynayım, gerisini zaman göstərər”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” 4-02-2020, 12:25 “Ən azı həmin epizodda Beyli qabaqlamaqda çətinlik çəkmədim” 31-01-2020, 12:22 “Ağsu” divizionda çıxışını dayandırdı 31-01-2020, 12:20 Ölkə basketbolunda yeni səhifə - MBA Azərbaycana gəlir! 31-01-2020, 12:08 Şok: basketbol yığmamızın üzvü də danışılmış oyunlara görə tutulub! 31-01-2020, 10:56 “Sabah” Koçukla Rodrigesi transfer etdi 31-01-2020, 10:54 Bunun harası vacib oyundu ki? 31-01-2020, 10:51 Azad Rəhimov yeni federasiyaya xeyir-dua verdi 29-01-2020, 19:03 Tofiq Mikayılov Alesionun təklifini qəbul etməyib 29-01-2020, 19:02 Səfiyarlı Ozobiçin Almeydanı unutduracağını düşünür 29-01-2020, 19:00 “Qarabağ”: bir gündə iki məğlubiyyət 29-01-2020, 18:59 U-19 Şimali Makedoniyanı hər iki oyunda yendi 29-01-2020, 18:57 Füzuli Məmmədov nəticələrdən narazıdı 29-01-2020, 18:54 “Zirə”nin beşinci transferi Moldova millisinin üzvü oldu 29-01-2020, 18:52 Yığma mundiala vəsiqə uğrunda mübarizəyə başlayır 28-01-2020, 12:13 “Altus” gülünc bəhanə ilə Həmkarlar İttifaqının tədbirini pozdu 28-01-2020, 12:10 Ziya Rəcəbov İndoneziya çempionatına qələbə ilə başladı Bütün xəbərlər
Ən çox oxunanlar