07 fev 21:44olke

Kamal Bayramov üçün mövsüm bitdi


“Zədəm son dərəcədə ciddidi, əməliyyat olunmalıyam”
Qış fasiləsində Antalyaya - təlim-məşq toplanışına yollanan klublardan biri də “Səbail” idi. Transfer dövründə 5 futbolçu ilə yollarını ayıran komanda dörd transferlə gücləndi. Murad Qayalı (Keşlə), Rauf Əliyev (Neftçi), Hendrik Ekşteyn (Sabah) və Peyman Keşavarz (Sumqayıt) artıq “Səbail”in uğurları üçün çalışır. Hazırda turnir cədvəlinin son pilləsində qərarlaşan komandanın mövsümün qalan hissəsindəki çıxışı maraq doğurur. Bundan başqa, komandanın qapıçısı Kamal Bayramovun zədələnməsi ilə bağlı xəbər yayılıb. Qolkiperlə həm komandanın vəziyyəti, həm də zədəsi haqda danışdıq.
- Məşqdə zədələndiyinlə bağlı xəbərlər yayılıb.
- Bəli, məşqlərin birində zədələndim. Zədəm son dərəcədə ciddidi, əməliyyat olunmalıyam. Sabah bu məqsədlə Türkiyəyə yollanacam.
- Cari mövsümün sənin üçün bitdiyini demək olar?
- Bəli, təəssüf ki, cari mövsümün qalan oyunlarında iştirak edə bilməyəcəm.
- Komandanın Antalya toplanışı necə keçdi?
- Normal oldu, hər şey qaydasındaydı. Əvvəldən necə planlaşdırmışdıqsa, elə də oldu. Məşqçilərin planlarına uyğun hazırlıq keçdik, yoxlama oyunlarında iştirak etdik. Heyətə yeni futbolçular cəlb olunub, onlara komandaya uyğunlaşmaq üçün müəyyən vaxt lazımdı.
- Qış fasiləsində həm komandadan ayrılan, həm də yeni qoşulan futbolçular oldu. Yeni transferlər komandaya uyğunlaşıb? Düşərgədə ab-hava necədi?
- Komanda daxilində ab-hava yaxşıdı. Futbolçular arasında mehriban münasibət var. Komandadan ayrılan futbolçular oldu, istər-istəməz bu təsir göstərir. Gələn futbolçuların da uyğunlaşması üçün vaxt lazımdı. Bunlar bir-iki günə düzələcək şeylər deyil. Bir müddət lazımdı ki, bu məsələlər düzəlsin. “Qarabağ”la oyun (0:1) da göstərdi ki, mübariz komandamız var. 81-ci dəqiqədə qol buraxmağımıza baxmayaraq, komanda yaxşı mübarizə apardı. Qol buraxdıqdan sonra, son dəqiqələrdə şanslarımız da vardı, hücum edirdik. Hesabı bərabərləşdirə bilərdik. Təəssüf ki, alınmadı. “Qarabağ”ın gücü hər kəsə məlumdu.
- Mövcud heyətlə mövsümün qalan hissəsində nəyə ümid edirsiz?
- Əlimizdən gələn qədər turnir cədvəlinin yuxarı pillələrində qərarlaşmaq istəyirik. İlk “3-lüy”ə düşmək, avrokuboklara vəsiqə uğrunda oynamaq istədiyimizi demirəm. Sadəcə, hazırda qərarlaşdığımız pillədən yuxarı qalxmaq, irəliləmək istəyirik.
- Komandada maliyyə problemlərinin olduğu bəllidi. Bu yöndə bir dəyişiklik var?
- Bu, bizim təsir edə biləcəyimiz məsələ deyil. Bu haqda futbolçular danışa bilməz. Məvaciblərdə gecikmə olsa da, olmasa da, biz öz işimizi görürük. Maliyyə problemləri futbolçuların məsələsi deyil.
AYGÜL
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” Bütün xəbərlər
Ən çox oxunanlar