29 yan 19:00olke

“Qarabağ”: bir gündə iki məğlubiyyət


Qurban Qurbanov: “Hələ tam istədiyimiz performansda deyilik”
“Qarabağ” yanvarın 25-də Antalyadakı təlim-məşq toplanışını iki yoxlama oyunu ilə başa vurub. Qurban Qurbanovun komandası günün birinci yarısında, Bakı vaxtı ilə saat 12.30-da Çexiya təmsilçisi “Siqma” ilə qarşılaşıb.
"Qarabağ": 13. Vaqner da Silva, 7. Araz Abdullayev, 19. Filip Ozobiç, 21. Hacıağa Hacılı, 23. Faysal Rerrras, 24. Nihad Tamazov, 29. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 66. Cavid Bayramov, 71. Toral Bayramov, 99. Maqaye Geye.
Heyətdən də göründüyü kimi, Qurban Qurbanov bu görüşdə əsasən ehtiyada qalan futbolçuların xidmətindən yararlanıb. Qarşılaşma rəqibin 3:1 hesablı qələbəsiylə bitib. Ağdamlıların yeganə qolunu 59-cu dəqiqədə Musa Qurbanlı vurub.
Saat 18.30-da isə "Qarabağ" "Visla" (Plok, Polşa) ilə münasibətləri aydınlaşdırıb.
"Qarabağ": 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Aylton Silva, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Əmrəli, 14. Rəşad Sadıqov (k), 17. Abdulla Zubir, 18. İsmayıl İbrahimli, 55. Bədavi Hüseynov.
Əmrəli 18-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Rəqib hesabı bərabərləşdirsə də, Romero 52-ci dəqiqədə komandasını yenidən önə keçirib. Amma "Qarabağ"ın polşalı sabiq müdafiəçisi Yakub Jezniçakın heyətində yer aldığı “Visla” ardıcıl iki qol vuraraq qələbəni təmin edib – 3:2. Yeri gəlmişkən, “Kuba” sabiq komanda yoldaşları ilə mehribanlıqla görüşüb.
Qeyd edək ki, “Qarabağ” bu oyunlara kimi Rumıniya "Akademika”sı (Klinçeni) ilə 2:2 hesablı bərabərlyiə razılaşıb, Qazaxıstan "Jetısu"sunu 1:0 hesabıyla yenib.
Qurban Qurbanov yanvarın 25-də keçirilən oyunlarla bağlı klubun saytına danışıb: “Bu gün iki oyun keçirdik. Məğlubiyyətə baxmayaraq, komandadan razı qaldım. Bütün futbolçular, demək olar, 90 dəqiqə meydanda oldular. Hər iki komanda bizim üçün çox yaxşı rəqib oldu. Yaxşı pressinq edib, mübarizə aparırdılar. Bu amillər toplantının sonlarında çox vacib idi. Görüşlərdən və futbolçuların oyunlara yanaşmasından razı qaldım. Bundan əlavə, hazırlığımız pis keçmədi. Düzdü, son bir neçə gündə yorğunluq var idi. Futbolçularda daha çox psixoloji yorğunluq hiss olunurdu. Hər bir futbolçu ən yaxşısını etməyə çalışdı. Hazırlıqdan razı qaldım. Hələ tam istədiyimiz performansda deyilik. Düşünürəm ki, Bakıda bunun davamını mütləq gətirəcəyik. Çempionata daha da yaxşı hazırlaşmaq üçün bir həftəyə yaxın vaxtımız var. Bu imkandan maksimum istifadə etməyə çalışacağıq".
"Siqma"nın baş məşqçisi Radoslav Latal da "Qarabağ"la yoxlama oyununu dəyərləndirib: "Bizim üçün Avropa Liqasının iştirakçısı olan bir komanda ilə oynamaq çox yaxşı haldı. Çox yaxşı mübarizə apardıq. “Qarabağ”a qarşı istədiyimizi etdik. Ancaq ikinci hissədə bəzi dəyişikliklərdən sonra səhvlərimiz də oldu. İndi bunları müzakirə etməyin vaxtıdı. Liqa başlayana kimi səhvləri düzəltməliyik. Bu matçda qalib gəldiyimizə görə çox şadam”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” 4-02-2020, 12:25 “Ən azı həmin epizodda Beyli qabaqlamaqda çətinlik çəkmədim” 31-01-2020, 12:22 “Ağsu” divizionda çıxışını dayandırdı 31-01-2020, 12:20 Ölkə basketbolunda yeni səhifə - MBA Azərbaycana gəlir! 31-01-2020, 12:08 Şok: basketbol yığmamızın üzvü də danışılmış oyunlara görə tutulub! 31-01-2020, 10:56 “Sabah” Koçukla Rodrigesi transfer etdi 31-01-2020, 10:54 Bunun harası vacib oyundu ki? 31-01-2020, 10:51 Azad Rəhimov yeni federasiyaya xeyir-dua verdi 29-01-2020, 19:03 Tofiq Mikayılov Alesionun təklifini qəbul etməyib 29-01-2020, 19:02 Səfiyarlı Ozobiçin Almeydanı unutduracağını düşünür 29-01-2020, 19:00 “Qarabağ”: bir gündə iki məğlubiyyət 29-01-2020, 18:59 U-19 Şimali Makedoniyanı hər iki oyunda yendi 29-01-2020, 18:57 Füzuli Məmmədov nəticələrdən narazıdı 29-01-2020, 18:54 “Zirə”nin beşinci transferi Moldova millisinin üzvü oldu 29-01-2020, 18:52 Yığma mundiala vəsiqə uğrunda mübarizəyə başlayır 28-01-2020, 12:13 “Altus” gülünc bəhanə ilə Həmkarlar İttifaqının tədbirini pozdu 28-01-2020, 12:10 Ziya Rəcəbov İndoneziya çempionatına qələbə ilə başladı Bütün xəbərlər
Ən çox oxunanlar