29 yan 18:57olke

Füzuli Məmmədov nəticələrdən narazıdı


“Rəqib kim olur-olsun, "Neftçi”də məni yalnız qələbə qane edə bilər”
“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Ukraynanın “Desna” klubuna qarşı keçirdikləri son yoxlama oyunundan (1:2) sonra klubun rəsmi saytına müsahibə verib. Hazırlıq prosesini dəyərləndirən gənc mütəxəssis bir çox maraqlı məqamlara toxunub.
- Təlim-məşq toplanışına yekun vuruldu. Məşqçilər korpusundakı son dəyişiklikləri nəzərə alsaq, toplanışı necə dəyərləndirirsiz? Komanda hazırlıq prosesini necə başa vurdu?
- Ümumilikdə komanda təlim-məşq toplanışını normal keçirdi. Məşqçi dəyişikliyindən əvvəl də futbolçular hər şeyi maksimum etməyə çalışırdılar. Dəyişiklikdən sonra da onlara nə tapşırıq verirdimsə, hamısını ürəklə yerinə yetirirdilər. Toplanış, xüsusilə də son iki oyun bizim üçün çox faydalı oldu. Çünki güclü komandalara qarşı oynadıq. Kiyev "Dinamo”sunu təqdim etməyə ehtiyac yoxdu. "Desna”ya gəlincə, hazırda Ukrayna çempionatında 4-cü yeri tutur. Bununla belə, xarakterim elədi ki, məğlubiyyətlə heç vaxt barışmıram. Futbolçuların yaxşı və ya pis oyun göstərməsindən asılı olmayaraq, nəticə mənim üçün həmişə önəmli olub. Rəqib kim olur-olsun, "Neftçi”də məni yalnız qələbə qane edə bilər.
- "Neftçi”nin fiziki hazırlıq üzrə məşqçisi Mario Fernandes Kastelyanodu. Düzdü, ispaniyalı mütəxəssis yeni gəlib. Bununla belə, onun işi ilə bağlı fikirlərinizi bilmək istərdik...
- Mario mənim üçün yeni məşqçidi. Bunadək tanımırdım. Amma əvvəllər Azərbaycanda, "Bakı”da çalışan dövrdə özü haqda müsbət fikir formalaşdırıb. Artıq bir neçə gündü bizimlədi. Bacırığı, savadı və insani keyfiyyərləri haqda xoş sözlər deyə bilərəm. Üstəlik, xaraktercə mən istəyən bir insandı. Əminəm ki, bizə çox faydası dəyəcək. "Neftçi”nin uğuru üçün birlikdə çalışacağıq.
- Komandanın yeni transferi, iranlı yarımmüdafiəçi Saman Nəriman Cahan haqda nə deyə bilərsiz?
- Nəriman Cahan hər üç yoxlama oyununda tapşırıqları maksimum yerinə yetirməyə çalışdı. Amma mən ondan daha çox şey umuram. Məsələn, bu gün Platellasa verdiyi ötürmədən hər hissədə azı bir-ikisini gözləyirəm. Oyunu üzərinə götürüb cərimə meydançasına daxil olmasını gözləyirəm. Bununla belə, komandamızda yeni olduğu üçün onu çox yükləmək də olmaz. Tez uyğunlaşması üçün necə can atdığını görürəm və bu məni sevindirir. Bilirəm ki, bu keyfiyyətdə olan futbolçu daha yaxşı oynamalıdı.
- Toplanışa əvəzedici komandadan cəlb olunan futbolçular barədə nə düşünürsüz? Onlardan hansı özünü daha yaxşı göstərməyi bacardı? Əvəzedicilərdən kimi əsas komandanın oyunlarında görə biləcəyik?
- Komandanı meydana baş məşqçi kimi çıxardığım son iki oyunda gənclərdən yalnız İsmayıl Zülfüqarlı ilə Turan Vəlizadəyə şans verdim. Bilirəm ki, çox potensiallı futbolçulardı. Özlərini yaxşı tərəfdən göstərdilər. İkisinə də güvənirəm. Rəsmi oyunlara əvəzedici heyətdən daha bir-iki futbolçu da dəvət edəcəyik. Məqsədimiz gənclərin bizə yalnız məşqlərdə kömək etməsi deyil. Oyunlarda da onlardan istifadə etməyə çalışacam.
- Azarkeşlər qış fasiləsindən sonra rəhbərliyiniz altında "Neftçi”də hansı dəyişiklikləri görə biləcəklər?
- "Neftçi” azarkeşlərini çox gözəl anlayıram. Onlar Azərbaycanın ən çılğın fanatlarıdı. O azarkeşlər "Neftçi”dən yalnız qələbələr gözləyir ki, bu da normaldı. Çünki "Neftçi”nin azarkeşlərinə qələbə bəxş etməsi üçün hər şür şərait yaradılıb. Sınaq matçlarındakı nəticələr məni qane etmir, edə də bilməz. Biz azarkeşlərimizi yalnız və yalnız qələbələrimizlə sevindirməliyik. Əminəm ki, Allahın köməyi, bizim səylərimiz, düzgün seçimimiz, futbolçularımızın fədakarlığı və azarkeşlərimizin sonadək dəstəyi nəticəsində buna nail olacağıq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” 4-02-2020, 12:25 “Ən azı həmin epizodda Beyli qabaqlamaqda çətinlik çəkmədim” 31-01-2020, 12:22 “Ağsu” divizionda çıxışını dayandırdı 31-01-2020, 12:20 Ölkə basketbolunda yeni səhifə - MBA Azərbaycana gəlir! 31-01-2020, 12:08 Şok: basketbol yığmamızın üzvü də danışılmış oyunlara görə tutulub! 31-01-2020, 10:56 “Sabah” Koçukla Rodrigesi transfer etdi 31-01-2020, 10:54 Bunun harası vacib oyundu ki? 31-01-2020, 10:51 Azad Rəhimov yeni federasiyaya xeyir-dua verdi 29-01-2020, 19:03 Tofiq Mikayılov Alesionun təklifini qəbul etməyib 29-01-2020, 19:02 Səfiyarlı Ozobiçin Almeydanı unutduracağını düşünür 29-01-2020, 19:00 “Qarabağ”: bir gündə iki məğlubiyyət 29-01-2020, 18:59 U-19 Şimali Makedoniyanı hər iki oyunda yendi 29-01-2020, 18:57 Füzuli Məmmədov nəticələrdən narazıdı 29-01-2020, 18:54 “Zirə”nin beşinci transferi Moldova millisinin üzvü oldu 29-01-2020, 18:52 Yığma mundiala vəsiqə uğrunda mübarizəyə başlayır 28-01-2020, 12:13 “Altus” gülünc bəhanə ilə Həmkarlar İttifaqının tədbirini pozdu 28-01-2020, 12:10 Ziya Rəcəbov İndoneziya çempionatına qələbə ilə başladı Bütün xəbərlər
Ən çox oxunanlar