28 yan 12:03olke

“Keşlə” Antalyadan qələbəsiz dönür


Tərlan Əhmədov: “Ruslan Qurbanovun zədələnməsi son iki matçda planlarımızı pozdu”
"Keşlə" Antaliya toplanışını başa vuraraq bu gün vətənə dönür. Bakılılar hazırlığı dünən keçirilən yoxlama görüşü ilə tamamlayıb. Tərlan Əhmədovun komandasının sonuncu rəqibi Slovakiyanın yüksək liqa təmsilçisi "Zemplin" olub. "Keşlə" qarşılaşmaya bu "11-lik"lə başlayıb: 1. Stanislav Namaşko, 3. Cabir Əmirli, 5. Franko Flores, 33. Tərlan Quliyev (k), 21. Azər Salahlı, 13. Pərviz Azadov, 25. Con Kamara, 15. Şohruh Qadoyev, 10. Sezar Meza Kolli, 17. Vüsal İsgəndərli, 32. Aleksandr Kristovao.
Antaliyada buna qədər iki oyun keçirən və hər ikisində uduzan - Almaniyanın 3-cü bundesliqa təmsilçisi "Çikau"ya 1:4, Tula "Arsenal"ına 1:2 - bakılılar bu matçda da qələbəyə həsrət qalıb. Habuki artıq görüşün əvəvlində, konkret 8-ci dəqiqədə yeni transfer Aleksandr Kristovao ilə hesabı açmaq mümkün olub. Xatırladaq ki, bu, anqolalı hücumçunun yeni komandasında vurduğu 2-ci qoldu. İlk hissəni üstün başa vurmasına baxmayaraq, təmsilçimiz ikinci yarının əvəvlində qapısında top görərək, bu dəfə heç-heçə ilə kifayətlənməli olub.
“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov oyunu belə şərh edib: “Bu qarşılaşma ilə təlim-məşq toplanışına yekun vurduq. Bu gün əvvəlki iki matçdan fərqli daha az şans qazanan futbolçuları meydana buraxdım. İlk hissənin əvvəllərində hesabı açsaq da, oyunun sonlarına doğru qol buraxdıq. “Arsenal”la matçdan sonra futbolçularda yorğunluq hiss olunurdu. Həmçinin Ruslan Qurbanovun zədələnməsi son iki matçda planlarımızı pozdu. Buna baxmayaraq, düşünürəm ki, 13 gün ərzində komanda toparlana bildi. Bakıya qayıdandan iki gün sonra “Qəbələ” ilə oyuna hazırlaşacağıq. Qarşıda bizi çətin marafon gözləyir. Mövsümün sonuna qədər maksimum xal toplayıb, çempionatı istədiyimiz pillədə başa vurmaq niyyətindəyik”.
Bu arada bir neçə gün öncə "Keşlə" ilə qarşılaşan Tula "Arsenal"ının prezidenti Quram Acoyev verdiyi açıqlamada təmsilçimizi yada salıb: "Antalyada hər iki sınaq qarşılaşmamız yaxşı mübarizəli alındı. Demirəm ki, yoldaşlıq xarakteri daşıyırdılar, yetərincə ciddi oyunlar idi. Bəli, təlim-məşq toplanışında nəticə o qədər də vacib deyil, amma hər futbolçu istənilən matçda qalib gəlmək istəyir. Həmişə qazanmaq istəyir və bu düzgündü. Etiraf etmək lazımdı ki, rəqiblərimiz yaxşı oyun tonusunda idi. Bu da başadüşüləndi. Çünki Azərbaycanla Rumıniya çempionatları fevralın ilk günlərində bərpa olunur. Bu komandalar hazırlığın son mərhələsindədi. Çünki çox tezliklə qarşıda rəsmi oyunlar gözləyir. Buna baxmayaraq, həmin iki matçda qələbə qazanmağı bacardıq ki, bu da həmişə xoşdu".
"Arsenal"ın futbolçusu Kinqs Kanqva "Keslə" ilə Antalyada baş tutan yoxlama oyununu şərh edib. O, qələbənin (2:1) komandasına inam verəcəyini deyib: "Bu, təlim-məşq toplanışındakı ilk oyunumuz idi. Buna məşqdə səylə hazırlaşırdıq. Qələbə növbəti qarşılaşmalarda daha inamlı olmağımıza kömək edəcək. Məşqlər kifayət qədər ağırdı, amma indi çempionluğa yaxşı hazırlaşmaq çox vacibdi. Bu matçda qalib gəlməliydik, amma onu da qeyd etmək istəyirəm ki, baş məşqçimiz İqor Çerevçenko bizdən bu təlim-məşq toplanışlarında hazırladığımız taktiki məqamlardan istifadə etməyimizi istədi".
Kinqs "Arsenal"da böyük qardaşı Evansla bir yerdə oynayır. Kiçik Kanqva "topçular"da ilk qolunu məhz "Keşlə"yə vurub: "Komandamda ilk qolu vurduğum üçün sevinirəm. Əvvəlcə ötürməni qardaşım Evansa vermək istədim, amma sonra özüm zərbə vurmaq qərarına gəldim. "Arsenal" üçün ilk qolumdu, bu gözəldi".
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” Bütün xəbərlər
Ən çox oxunanlar