26 yan 06:18olke

Region Liqası: ümumi mənzərə və komandaların pley-off şansı


İddialılar heyəti gücləndirməyə ehtiyac duymur
Premyer-liqa və birinci divizion klubları kimi, Region Liqasında mübarizə aparan komandalar da qış fasiləsindədi. Bu yazıda həvəskar status daşıyan turnirin ilk dövrəsini zonalar üzrə təhlil edib, mövsümün ikinci yarısı ilə bağlı şansları dəyərləndirməyə çalışacağıq. Yeri gəlmişkən, onu da xatırladaq ki, Əsasnamənin tələblərinə uyğun olaraq, hər zonadan üç komanda pley-off mərhələsinə vəsiqə qazanacaq.
Öncə Cənub zonasına səyahət edək. 6 komandanın mübarizə apardığı qrupda “Alyans” qış fasiləsinə lider kimi yollansa da, “TST Astara” ilə “Ümid”in isti nəfəsini kürəyində hiss edir. Astara təmsilçisinin bir oyun az keçirdiyini nəzərə alsaq, cənub zonasında ikihakimiyyətliyin olduğunu deyə bilərik. Xatırladaq ki, astaralıların mövsümün əvvəlində qrupun autsayderlərindən biri olan “Şıxlar”la oyunu təxirə salınmışdı. Ümumiyyətlə, Astara komandasını cari mövsümün tapıntısı kimi qiymətləndirmək lazımdı. Komanda keçirdiyi 8 oyunun heç birində məğlub olmayıb, əsas rəqibi “Alyans”ı isə Lənkəranda yenməyi bacarıb. 4-cü pillədə qərarlaşan “Neftçala” nəzəri cəhətdən ilk “üçlüy”ə düşmək şansını saxlasa da, fasilədən sonra bunu bacaracağı inandırıcı görünmür. Rayonun eyniadlı təmsilçisi heyət baxımından da ilk “üçlük”dəki komandalardan zəifdi. “Şıxlar və “Ərkivan” isə zonanın aşkar autsayderləri, digər komandalar üçün 3 xal mənbəyidi. İstər Qobustan, istərsə də Masallı kollektivinin qarşıdakı matçları formal xarakter daşıyacaq. Məhsuldarlıq baxımından qrupun ən sərrast komandası “Alyans”dı. Lənkəranlılar meydana çıxdıqları 9 oyunda rəqib qapılarından 22 top keçiriblər. Zonanın ən sərrast oyunçusu da bu kollektivin üzvüdü. Zaur Nuruzadə 7 qolun müəllidi. “TST Astara” isə etibarlı müdafiə xətti ilə öyünə bilər. Bu komandanın azarkeşləri 8 görüşdə cəmi 5 dəfə məyus olublar. “Ərkivan”ın arxa xətti isə “açıq qapı” təsiri bağışlayır. Masallı futbolçuları 26 dəfə topu tordan çıxarmaq məcburiyyətində qalıblar. İlk dövrənin nəticələrini və komandaların qış fasiləsindən sonrakı durumunu nəzərə alıb demək olar ki, cənub zonasını pley-off mərhələsində “Alyans”, “TST Astara” və “Ümid” təmsil edəcək. Sadəcə, hansı komandanın qrupu neçənci yerdə başa vuracağı çox maraqlıdı.
Liqada ən güclü komandaların Şimal zonasında yer aldığı hamıya məlumdu. Liqanın ikiqat qalibi “Uğur” 2019/20 “futbol ili”ndə də çempionluğa əsas namizədlərdən biri sayılır.Sumqayıtlılar Qusar “Şahdağ”ilə eyni xal toplasa da, top fərqinə görə turnir cədvəlində ilk pillədə qərarlaşıblar. Qəzənfər Abbasovun çalışdırdığı komandanın hücum potensialı çox yüksəkdi ki, bunu statistikadan da görmək mümkündü. “Qırmızı-qaralar” 8 oyunda 44 dəfə fərqləniblər ki, bu da orta hesabla hər matça 5,5 qol deməkdi. Müdafiədə inamlı oyunu da qeyd etmək lazımdı. Şimal zonasının lideri qapısında cəmi 4 qol görüb. Fasilədən sonra “Uğur”un əsas futbolçularından biri sayılan Sabir Allahquliyevin MOİK-ə keçəcəyi gözlənilir. Ancaq heyətdə təcrübəli futbolçuların çoxluğunu nəzərə alanda, ucaboy forvardın gedişini itki kimi qiymətləndirmək olmaz. Çempionluğa iddialı “Şahdağ” da qışa qədər inamlı oyunu ilə yadda qaldı. Məğlubiyyət acısı yaşamayan Kamran Əlibabayevin yetirmələri “Uğur” kimi çox qol vurmasa da, “beton” müdafiəsi ilə seçildi. Qusarlılar liqada çıxış edən komandalar arasında ən az qol buraxan kollektivdi. 8 matçda rəqiblər “Şahdağ”ın qapısından cəmi 2 top keçirib. Qrup üçüncüsü olmaq üçün isə üç komanda vuruşur. Quba “Şahdağ”ı, “Şirvanovka” və “Qusar” pley-offa düşmək uğrunda mübarizə aparırlar. Qubalılar hazırda 15 xalla 3-cü yerdə qərarlaşsalar da, digər iki komanda ilə aralarında xal fərqi 3-ə bərabərdi. Quba komandasının maliyyə çətinliyi yaşadığını və əsas futbolçularının kənardan gəldiyini nəzərə alsaq, qışdan sonra onlar üçün yerini qorumağın çətin olacağını düşünmək mümkündü. “Şirvanovka” isə pullu komanda hesab olunmasa da, yerli futbolçularının sayəsində tarixində ilk dəfə pley-off həyəcanı yaşaya bilər. Təbii ki, qış fasiləsində oyunçularını başqa komandalar “oğurlamasa”. Liqanın debütantı “Qusar”ın da bu yöndə şansı var. Ancaq komandanın yarış təcrübəsi az olduğundan bu şanslar cüzidi. Qrupda yer alan “Xudat”, “Qardaşlar” və “İrəvan”a isə bundan sonrakı oyunlarda, sadəcə, futboldan həzz almaq qalır. “Qardaşlar”ı Region Liqasının ən qonaqpərvər komandası saymaq olar. Qapısında 69 qol görən kollektiv bu yöndə liqada birincidi.
5 komandanın çıxış etdiyi Mərkəz zonasında “Ağsu Siti” inamla turnir cədvəlinə başçılıq edir. Samir İsayevin çalışdırdığı komanda əsas rəqibi “Şamaxı”dan 8 xal çox toplayıb. Ağsuluları artıq indidən pley-offa vəsiqə qazanmaq münasibəti ilə təbrik etmək olar. Lakin komandanın hazırda maliyyə çətinliyi ilə üzləşdiyini nəzərə alsaq, hələ bilinmir ki, fasilədən sonra fəaliyyətini davam etdirəcək, ya yox. Bugünlərdə bir qrup ağsulu ağsaqqal SOCAR-ın vitse-prezidenti, əslən bu rarondan olan Mikayıl İsmayılova müraciət ünvanlayıblar və xahiş ediblər ki, komandaya maliyyə yardımı göstərsin. Əks halda “Ağsu Siti”nin ayaqüstə qalması çətin olacaq. Əvəzində “Şamaxı”nın maliyyə vəziyyəti ürəkaçandı. Rayonun icra başçısının futbola olan sevgisi komandaya da təsir göstərib. Mirzə Ələkbər Sabirin həmyerliləri fasiləyə ikinci pillədə yollansa da, böyük ehtimalla həlledici mərhələyə vəsiqə qazanacaqlar. Kənan Mahmudov bu arada heyəti gücləndirmək üçün real addımlar atır. Qrup üçüncülüyü yönündə isə əsas mübarizə “Mil” ilə “İmişli” arasında yaşanacaq. “Araz”ın xala həsrət qaldığı qrupda Beyləqan təmsilçisi ilə İmişlinin eyniadlı komandasının şansıları 50-nin 50-yədi.
Qərb zonasında “Energetik”in 1/8-ə yüksələcəyinə heç kim şübhə etmir. Ötən mövsüm mübarizəni yarımfinalda dayandıran “işıqçılar” bu dəfə minimum “dördlər finalı”nda çıxış etməyi hədəfə alıb. “Şəki” qışa qədər yaxaladığı tempi fasilədən sonra da davam etdirə bilsə, ilk dəfə pley-off həyəcanı yaşaya bilər. Qərbin 3-cü komandasının “Qoşqar UGİM-2” və ya “Göyəzən” olacağını zaman göstərəcək. Fasiləyə qədər Gəncə təmsilçisi 8 xal toplamaqla qazaxlıları 1 xal qabaqlayır. Ancaq Elxan Muradovun çalışdırdığı komanda üçün minimal fərqi aradan qaldırmaq o qədər də çətin görünmür.
Sonda Region Liqasında çıxış edən bəzi komandaların baş məşqçilərinin mövsümün qalan bölümü ilə bağlı fikirlərini öyrəndik.
Qəzənfər Abbasov (Uğur): “Artıq üç ildi liqada çıxış edirik. Əvvəlki illərdə olduğu kimi, bu dəfə də məqsədimiz çempion olmaqdı. Gündəlik məşqlərimizi davam etdiririk. Böyük ehtimalla heyətə yeni futbolçu dəvət etməyəcəyik. Artıq yoxlama görüşlərinin də vaxtı dəqiqləşib. Öncə “Sabah-2”, sonra isə “Sumqayıt 2” ilə qarşılaşacağıq. Razılıq əldə olunsa da, oyunun dəqiq vaxtı qarşıdakı günlərdə bilinəcək”.
Kamran Əlibabayev (“Şahdağ”, Qusar): “Sabah (bu gün) təlim-məşq toplanışı üçün Bakıya gələcəyik. Komanda “Konsul” otelində məskunlaşacaq və İdman Akademiyasının meydanında məşq edəcək. Toplanış çərçivəsində iki yoxlama görüşü keçirməyi planlaşdırırıq. Oyunları yanvarın 28-i və 31-də keçirməyi düşünürük. Hələ ki rəqiblərdən birinin adı məlumdu. “TST Astara” ilə üz-üzə gələcəyik. Transferə gəlincə, indiki məqamda komandaya yeni oyunçu dəvət etməyi məqsədəuyğun saymadım. Pley-off ərəfəsində komandaya yeni oyunçular dəvət etməyi düşünürəm”.
Əli Nəzərzadə Məsud (Alyans): “Təxminən 3 aya yaxındı burdayam. İranda olanda mənə bu komanda haqda məlumat verdilər. Baş məşqçi olmağımı təklif etdilər. Təklifi dəyərləndirməmişdən öncə Lənkərana gəlib şəraitlə tanış oldum, komanda ilə görüşdüm. Açığı, çox xoşuma gəldi və qalıb işləməyə razılıq verdim. Əlhəmdülillah, hər şey normaldı, işim məni qane edir. Məqsədimiz qrupdan çıxıb, həlledici görüşlərə qatılmaqdı. Əsas hədəfimiz isə komandanın birinci divizionda çıxış etməsidi. Ondan sonra premyer-liqa haqda düşünərik. Bunun üçün üçillik plan hazırlanıb və ümid edirəm ki, istəyimizi reallaşdıra biləcəyik”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:28 “Bülənt Korkmaz elə bilirdi ki, Azərbaycanda heç kimin futboldan anlayışı yoxdu” Dünən, 11:23 Nurlan Novruzov Moldovanı Estoniyaya dəyişdi Dünən, 11:22 AFFA oyunlarda çəkiliş aparanlara “barmaq silkələdi” Dünən, 11:20 “Doğma Bakıda futbolun incəliklərini öyrəndim” Dünən, 11:12 Aqil Nəbiyev beş aydı məşğul olduğu işi davam etdirəcək Dünən, 11:09 Tovuzlular sevindi, gəncəlilər üzüldü Dünən, 11:07 İsmayıllı futbolçuları Qəbələdən kubok apardı 21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı Bütün xəbərlər
Ən çox oxunanlar