24 yan 12:24olke

“Zirə” toplanışı qələbəylə bitirdi


"Zirə" yanvarın 8-dən start götürən Antalyadakı təlim-məşq toplanışında son yoxlama oyununu keçirib. Zaur Həşimovun komandası yanvarın 21-də Serbiyanın yüksək liqa təmsilçisi "Napredak"la münasibətləri aydınlaşdırıb.
Zirə: Orxan Sadıqlı, Alie Sesay, Yovan Krneta, Rauf Hüseynli, Alvaro Ampuero, Elvin Camalov, Cavid Hüseynov (k), Şafik Tiqruca, Ağabala Ramazanov, Davit Volkov, Riçard Qadze.
Ehtiyat oyunçular: Boyan Zoqoviç, Abdulla Seyidəhmədov, İlkin Muradov, Xulio Sezar Rodriges, Mfo Kqasvane, Miloş Bakraç, Adrian Skarlatake, Nicat Süleymanov, Tellur Mütəllimov, Əli Şirinov.
“Fanatik tur”un meydanında baş tutan görüş təmsilçimizin inamlı qələbəsiylə bitib – 2:0. Qadze 29-cu, Volkov 63-cü dəqiqədə fərqlənib. Bununla da Qadze komandasının beynəlxalq yoxlama oyunlarında 5-ci dəfə fərqlənib. O, “Zirə”nin Türkiyədə xarici klublara qarşı keçirdiyi matçlardakı ən yaxşı bombardiridi. “Napredak”la matçda 2-ci qolu vuran Volkov isə “Zirə”də ilk dəfə fərqlənib. Qol hesabını açan gürcü “qartallar”ın bu matçlarda rəqib qapısına yol tapan 27-ci futbolçusudu. Daha bir dəfə avtoqol qeydə alınıb. Volkovun qolu həm də “Zirə”nin beynəlxalq yoxlama oyunlarındakı yubiley – 40-cı qoludu. 29 oyunda bu qədər qol vuran “Zirə”nin orta məhsuldarlığı 1,38-ə bərabərdi.
Ümumilikdə keçirdiyi 3 oyunda 2 qələbə qazanan “Zirə” 1 dəfə məğlub olub. Həşimovun komandası ilk görüşdə “Ümraniyəspor”a 0:3 hesabıyla uduzubsa, Rumıniya “Sepsi”sinə 2:0 hesabıyla qalib gəlib. Rəqib qapılarına 4 dəfə yol tapan qəsəbə təmsilçisi 3 qol buraxıb. Komandanın qollarına iki oyunçu imza atıb. Qış bombardiri Riçard Qadze 3, Davit Volkov isə 1 dəfə fərqlənib. Afrikalı bir toplanışda 3 qol vuran ilk futbolçu olub. Tarixində 10-cu dəfə toplanış üçün Türkiyəyə yollanan “Zirə”nin keçirdiyi beynəlxalq yoxlama oyunlarının sayı 29-a çatıb. Bu matçlarda 13 dəfə qalib gələn “qartallar” 5 heç-heçə edib, 11 dəfə uduzub. 40 qol vuran “Zirə” 28 top buraxıb. Beşinci dəfə qış fasiləsini qonşu ölkədə gerçəkləşdirən “Zirə” 14 dəfə xarici klublarla üz-üzə gəlib. Bu matçlarda heç-heçə qeydə alınmayıb. 8 qələbəsi olan komanda 6 dəfə uduzub. Qışda 15 qol vuran “Zirə” eyni sayda top buraxıb.
Zaur Həşimov “Napredak”a qarşı keçirdikləri oyunla bağlı klubun saytına danışıb: “Qış təlim-məşq toplanışının son oyunu idi. Uşaqlar verdiyimiz tapşırıqları yerinə yetirməyə çalışdılar. Çatışmayan cəhətlərimiz də var. Oyuna baxdıqdan sonra qarşıdakı günlərdə səhvləri aradan qaldırmağa çalışacağıq”.
“Napredak”ın vitse-prezidenti Boyan Miladinoviç isə yoxlama oyununu bu sözlərlə dəyərləndirib: “Zirə”yə qarşı yaxşı oyun nümayiş etdirdik. Azərbaycan klubu artıq hazırlıq prosesini başa vurur. 10 gündən sonra onlarda çempionat başlayır. Aydın məsələdi ki, bizim futbolçular meydanda daha ağır idilər. Buna baxmayaraq, onlar sürətli tempdə oynamağı bacardılar. Nəticə bizim üçün ön planda deyildi. Fikrimcə, oyundan-oyuna nəticələr daha yaxşı olacaq. Arzuladığımız oyunu nümayiş etdirməliyik ki, sonra da nəticə qazanaq”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” Bütün xəbərlər
Ən çox oxunanlar