24 yan 12:03olke

Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro...

Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro...
AFFA hansısa mülahizələrə əsaslanıb Xaqani Məmmədovu Hakimlər Komitəsinin sədri vəzifəsindən uzaqlaşdırdı və yerinə avstriyalı Frits Stuxliki gətirdi. Babalı öz boyunlarına, deyilənə görə, aylıq 15-17 min avro arası maaş da verirlər. AFFA-nın indiki rəhbərliyinin, konkret baş katib Elxan Məmmədovun azərbaycanlılara patoloji nifrətini, əcnəbilərə, “milliləşdirilənlərə” aşırı sevgisini nəzərə alsaq, burda qəribə heç nə yoxdu. Yəni adam israrla o mövqeyə sadiqdi ki, dədəmin olmayan pulu azərbaycanlılar yox, ən müxtəlif millətlərdən olan əcnəbilər – almanlar, xorvatlar və başqaları - yeməlidi. Hətta bununla da işimiz yox. Hərçənd elə həmin Stuxlikin, illərdi “boz bina”da lövbər salan Bernard Lippertin Azərbaycan futboluna fayda yox, ziyan verdiyini dəfələrlə yazmışıq, faktlarla da sübuta yetirmişik. Son vaxtlar daha bir tendensiya hökm sürür. Stuxlik özü neftin pulunu yeməsi azmış kimi, Bakıya yengə də gətirir. Bəli-bəli, gözünüzü silməyin: elə məhz yengə dedim. Artıq yeni qurulan ailələrdə bu instituta ehtiyac qalmasa da, Stuxlik utanıb-qızarmadan tez-tez UEFA Hakimlər Komitəsinin yunan üzvünü də bura çağırır, məhz onun azərbaycanlı hakimlərin nəzəri biliklərini qaydasına salmalı olduğunu düşünür. Bildiyimə görə, bu səfərlərin hər biri AFFA-ya 5 min avroya başa gəlir. Bəlkə də rəqəmdə azacıq yanılıram, amma yunan hakimin Bakıya havayı gəlib-getdiyinə inanmağa dəyməz. Stuxlik, Vassaras və onlara xeyir-dua verən Elxan Məmmədov nə düşünüblərsə, artıq hakimlərdən laktat testi götürməyi də əcnəbiyə - Taro Netzerə tapşırırlar. Belə çıxır ki, bu ölkənin həkimlərinin səviyyəsi nə qədər aşağıdısa, hətta adi test götürməyi də bacarmırlar. Əlbəttə, mən bu versiyaya inanmıram, sadəcə, yandığımdan yazıram. Bu ölkədə o testi götürməyə, Elxan Məmmədovun özü ilə yanaşı, Stuxliklə Vassarası da tam çekap müayinədən keçirməyə qadir həkimlər var. Sadəcə, Məmmədov və ətrafındakılar bu ölkənin heç nəyini bəyənmir deyə, heç nə ilə əsaslandırmadan, sadəcə, əcnəbilərin xidmətinə müraciət edirlər. Bu hərəkətə ad qoymaqda belə çətinlik çəkirəm. Həyasızlıqdı, sırtıqlıqdı, nədi – bilmirəm. Amma heç bir halda yaxşı, bəyəniləsi hərəkət deyil.
HUŞƏNG
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” Bütün xəbərlər
Ən çox oxunanlar