22 yan 11:51olke

80 dəqiqəlik məşq


Vurğun Hüseynov diqqəti rəqiblərin transferlərinə çəkdi
Üçüncü dövrənin hazırlığı Türkiyədə davam etdirən “Sumqayıt” dünən növbəti məşqini keçirib. Məşqdən əvvəl 20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə bağlı şəhidlərin xatirəsi birdəqiqəlik sükutla anılıb. Baş məşqçi Ayxan Abbasov qanlı olay haqda futbolçulara məlumat verib. Təxminən 1 saat 20 dəqiqə davam edən məşq prosesində isə futbolçular əvvəlcə fiziki gücün artırılması, daha sonra müxtəlif toplu təmrinlər üzərində çalışıblar.
Qeyd edək ki, “kimyaçılar” bu gün Antalyada növbəti yoxlama oyununu keçirəcək. Rəqib Polşa təmsilçisi “Arka” olacaq.
Dünən “gənclik şəhəri”nin təmsilçisinin kapitanı Vurğun Hüseynovla əlaqə saxlayıb, hazırlıq prosesini dəyərləndirməsini istədik. Təcrübəli futbolçu toplanışdan razı qaldığını, gündən-günə “artırdıqlarını” bildirdi: “Artıq 9 gündü Antalyadayıq. Bura gələn gündən komanda baş məşqçinin tərtib etdiyi plana uyğun çalışırıq. Toplanış çərçivəsində iki yoxlama oyununa çıxmışıq. Nəticələrdən xəbərdarsız. Macarıstan təmsilçisi “Kapoşvar”la görüş məhsuldar alınsa da, məğlub olduq. Macarlar hazırlığa bizdən tez başlamışdı və artıq toplanışı yekunlaşdıraraq geri dönməyə hazırlaşırdılar. Təbii ki, belədə onlar bizdən daha hazırlıqlı idi. Buna baxmayaraq, komandamız heç də pis təsir bağışlamadı. Onu da qeyd edim ki, həm ilk, həm də Rumıniya klubu ilə qarşılaşmada məşqçilər korpusu, demək olar ki, heyətdə yer alan bütün oyunçulara özünü göstərmək şansı yaradıb. Zədəli və xəstə oyunçuları çıxmaq şərti ilə hamı oyun təcrübəsi qazanıb. İlk oyunda bəlkə də bir qədər “ağır” təsir bağışlayırdıq ki, bunu da anlayışla qarşılamaq lazımdı. Ağır fiziki məşqlərin fonunda meydana çıxmışdıq. Rumınlarla görüşdə isə artıq sürət baxımından inkişaf gözə dəyirdi. Komanda daha dinamik oyun sərgilədi. Sabah (bu gün) Polşa klubu ilə üz-üzə gələcəyik. Ümid edirəm ki, toplanış çərçivəsində ilk qələbəni də məhz bu görüşdə qazanacağıq. Əslində “Politexnika” (İaşi) ilə matçda qalib gəlməyə yaxın idik. Xeyli real qol imkanı yaxalasaq da, istifadə edə bilmədik. Düzdü, bəzən deyirlər ki, yoxlama oyunlarında nəticə o qədər də önəm daşımır. Ancaq heç kim meydana uduzmaq üçün çıxmır. Komanda qalib gələndə futbolçuların da əhval-ruhiyyəsi yüksəlir”.
Kapitan qəzetimizə açıqlamasında mövsümün qalan hissəsinin daha gərgin keçəcəyini bildirdi: “Özünüz də görürsüz ki, bizi çıxmaq şərti ilə premyer-liqa komandalarının hamısı heyətinə yeni futbolçular cəlb edir. Xüsusilə də legionerlərə üstünlük verirlər. Maşallah, adlara baxanda görürük ki, yenilərin əksəriyyəti yaxşı karyeraya malikdilər. Bütün bunları nəzərə aldıqda düşünürəm ki, üçüncü və dördüncü dövrədə hər xal uğrunda gərgin mübarizə gedəcək. 8 komandanın hamısı avrokuboklara vəsiqə qazanmaq şansını saxladığından azarkeşlər çox maraqlı oyunlara şahidlik edəcəklər. Məqsədimiz sona qədər bu yarışdan qopmamaq, istər çempionatda, istərsə də ölkə kubokunda sona qədər mübarizə aparmaqdı. Bəli, çətin olacaq. Ancaq bizim komanda da zəif deyil. İlk iki dövrədə nəyə qadir olduğumuzu göstərməyi bacardıq. Məncə, “Sumqayıt”ın potensialı daha artığına imkan verir. Sürətli və mübarizə aparmağı sevən komandayıq. Ümid edirəm ki, Antalyada keçdiyimiz toplanışın faydasını qalan iki dövrədə görəcəyik”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” Bütün xəbərlər
Ən çox oxunanlar