22 yan 11:44olke

“Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı

“Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı
Elmar Baxşıyev: “Heyəti gücləndirməyimiz vacibdi”
Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” mövsümün ikinci yarısına hazırlıq çərçivəsində ötən şənbə növbəti yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” Rusiyanın birinci dəstəsində çıxış edən “Çayka” ilə üz-üzə gəlib. “Titanik” otelinin meydanında baş tutan oyunda Elmar Baxşıyev start “11-liy”ində aşağıdakı futbolçulara şans verib: 94. Tərlan Əhmədli, 2. Amin Seydiyev, 3. İvitsa Juniç, 4. Sadiq Quliyev, 9. Ehtiram Şahverdiyev, 10. Klesio Bauk, 11. Asif Məmmədov (k), 19. Rövlan Muradov, 21. Fernan Lopes, 74. Yusif Nəbiyev, 77. Merab Qiqauri.
Qarşılıqlı hücumlarla başlayan görüşdə üstünlüyü ələ alan “Qəbələ” erkən qol vurub. 14-cü dəqiqədə Juniç hesabı açıb. İlk yarıda “qırmızı-qaralar” daha bir dəfə fərqlənib. Rövlan Muradov fasiləyə 10 dəqiqə qalmış rəqib qapısına yol tapıb. Oyunun gedişində hər iki komandanın heyətində dəyişikliklər edilib. “Qəbələ”də Anar Nəzirov, Murad Musayev, Ülvi İsgəndərov, Kristian Kuaku, Samir Məhərrəmli, Yaovi Akakpo, İdris İnqilablı, Qismət Alıyev meydana çıxıb. İkinci hissə də erkən qolla başlayıb. Bu dəfə Ülvi İsgəndərov fərqlənib və hesab arasında fərqi 3-ə çatdırıb. Bu həm də matçda vurulan sonuncu qol olub və “qırmızı-qaralar” “Çayka” üzərində böyükhesablı qələbə qazanıb – 3:0.
Qeyd edək ki, ilk sınağında Macarıstan təmsilçisi MTK-ya 0:3 hesabı ilə uduzan “Qəbələ” Antalyada daha iki yoxlama oyununda qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” yanvarın 22-də Bolqarıstan “Etar”ı, 25-də isə Rumıniyanın ikinci liqa təmsilçisi “Konkordiya” ilə görüşəcək. Halbuki 4-cü oyunda rəqib Bolqarıstan “Dunav”ı olmalıydı.
“Çayka” ilə qarşılaşmadan sonra Elmar Baxşıyev klub saytına açıqlama verib: ”Türkiyə toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirdik. Bu görüşlər komanda üçün çox faydalıdı. Çünki bütün futbolçulara şans veririk. Bu, onların hazırkı durumunu bilmək, həm də bəzilərini müxtəlif mövqelərdə yoxlamaq imkanı verir. Qış fasiləsində heyəti gücləndirməyimiz vacibdi. Antalya toplanışının ilk həftəsini arxada qoymuşuq. Bu 7 gün ərzində hər şey qaydasında, məşq prosesi plan üzrə gedir. Komanda üzvləri məşqlərdə verilən tapşırıqları əzm və istəklə yerinə yetirirlər. Oyunçuların hazırlıq prosesinə belə yanaşması bizi sevindirir”.
Rusiya klubunun saytı da oyunla bağlı qısa reportaj hazırlayıb: “Çayka”dan fərqli Azərbaycan komandası hazırlığa daha tez start verib. Bu üzdən rəqibin oyunçularının funksional durumu daha üstündü. “Qəbələ” aqressiv, bir qədər cəld və hücumların sonunda daha dəqiq idi. Hesab da bundan qaynaqlanır. İndidən həyəcan keçirmək, hesaba görə məyus olmaq lazım deyil. Mövsümün ikinci yarısına hazırlıq plana uyğun gedir və hələ ilk mərhələdi. Ancaq onu da qeyd edək ki, “Çayka” tarixində ilk dəfə yoxlama görüşündə belə böyük hesabla məğlub oldu. Olmaya da bilərdi... Oyunun sonlarına yaxın Pesçankops klubu (Rostov vilayətində kənddi) üstünlüyü ələ keçirmişdi və uğur qazanmağa yaxın idi. Lakin bunu reallaşdırmaq mümkün olmadı. Əsas vaxtın sonuna 7 dəqiqə qalmış “Çayka”nın növbəti hücumu zamanı “Qəbələ”nin oyunçusu açıq ayaqla Vladislav Dubova qarşı çox kobud oynadı. Bu səbəbdən oyun yarımçıq dayandırıldı və “Çayka”nın kapitanı stadiondan birbaşa xəstəxanaya aparıldı. Bu situasiyada artıq futbol arxa plana keçmişdi. Bütün futbolçular və azarkeşlər Vlada görə narahatdılar. Ona tezliklə sağalıb geri dönməyi arzulayırlar”.
“Çayka"nın yeni transferi Sergey Şarov klub saytına “Qəbələ” ilə oyun haqda danışıb: “Rəqib bizi sürət baxımından üstələdi. Onlar daha "diri" görünürdülər. Toplanışda ilk matçlar həmişə çətin alınır. Əlbəttə, uduzmaq xoş deyil. Amma işə hələ yeni başlamışıq. Azarkeşləri əmin etmək istəyirəm ki, tezliklə bizim də qələbələrimizi görəcəklər. Rəqibin kobud və düşüncəsiz hərəkəti Vladın ağır zədə almasına səbəb oldu. Çox xoşagəlməz vəziyyətdi. Bütün komanda kapitanın sağlamlığına görə narahatdı və ona tezliklə sağalmasını arzulayır".
“Qəbələ” birgünlük istirahətdən sonra hazırlığı bərpa edib. “Qırmızı-qaralar”ın müdafiəçisi Amin Seydiyev mövsümün ikinci yarısına hazırlıq barədə klub saytına açıqlama verib: “Türkiyə toplanışının bir həftəsini arxada qoymuşuq. Məşqlərimizi planlı şəkildə davam etdiririk. Hazırlıq prosesi istədiyimiz şəkildə gedir. Futbolçular məşqlərdə səylə çalışırlar. Bütün oyunçular istəklidilər. Hər birimiz məşqçilərin verdiyi tapşırıqları tam yerinə yetirməyə çalışırıq. Düşünürəm ki, toplanışın qalan hissəsində də bu tempdə çalışıb, mövsümün ikinci yarısına tam hazır olacağıq”.
Gənc müdafiəçi son iki yoxlama oyunu barədə də danışıb: “Antalyada iki yoxlama matçı keçirmişik. Belə oyunların nəticəsi vacib olmur. Lakin yoxlama görüşü olmasına baxmayaraq, qarşılaşmalara ciddi hazırlaşmışıq. Bu oyunlarda da verilən tapşırıqları yerinə yetirib, lazımi səviyyəyə çatmaq üçün əlimizdən gələni edirik. Çünki bu matçlar çox faydalıdı. Həm hazırkı durumumuzu bilir, həm də məşqçilərin istəyinə uyğun fərqli mövqelərdə özümüzü yoxlayırıq. Qarşıda daha iki yoxlama matçı olacaq. Bu qarşılaşmalardan da maksimum faydalanmağa çalışacağıq”.
Amin mövsümün ikinci yarısında uğurlu nəticə üçün çalışacaqlarını vurğulayıb: “Mövsümün ikinci yarısına qısa müddət qalıb. Həm çempionatda, həm kubokda vacib görüşlərimiz olacaq. Hər iki turnirdə uğurlu oyunlar keçirmək istəyirik. İlk yarının sonlarında yaxşı nəticələr qazandığımız matçların sayını artırmaq əzmindəyik. Oyunumuzla azarkeşlərimizi sevindirmək, avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə aparacağıq”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” Bütün xəbərlər
Ən çox oxunanlar