22 yan 11:34olke

İki flaqmanın duelini “Dinamo” qazandı


“Neftçi” dünən Antalyada növbəti yoxlama oyununa çıxıb. “Ağ-qaralar”ın budəfəki rəqibi Ukrayna futbolunun flaqmanı Kiyev “Dinamo”su olub. Roberto Bordinlə vidalaşan bakılılar meydana italyanın köməkçisi Füzuli Məmmədovun rəhbərliyi altında çıxıb.
“Neftçi”nin start heyəti belə olub: 1. Səlahət Ağayev, 3. Mamadu Mboc, 6. Voislav Stankoviç, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 9. Baqali Dabo, 11. Vangelis Platellas, 15. Saman Nəriman Cahan, 18. Tural Axundov, 77. Vild-Donald Gerye, 93. Soni Mustivar.
İkinci hissədə bu futbolçular da şans qazanıb: 30. Aqil Məmmədov, 17. Rəhman Hacıyev, 36. Mamadu Kane, 80. İsmayıl Zülfüqarlı.
İlk təhlükə bakılılardan gəlib. 8-ci dəqiqədə Namiq Ələsgərovun zərbəsindən sonra top qapının üstündən keçib. 12-ci dəqiqədə isə Vitali Nikolenko hesabı açıb. Bir qədər sonra, daha dəqiq desək, 19-cu dəqiqədə “Dinamo” fərqi iki topa çatdırıb. Nazari Rusin Səlahəti məyus edib. Dabo fərqi azaltmağa yaxın olsa da, onun zərbəsindən sonra top rəqib futbolçuya dəyərək küncə çıxıb. 30-cu dəqiqədə Samanın yerinə yetirdiyi cərimə zərbəsi qeyr-dəqiq alınıb. Dabonun uzaqdan vuruşu da işə yaramayıb.
Füzulu Məmmədov ikinci yarıya iki əvəzetmə ilə başlayıb. Səlahəti Aqil Məmmədov, Mustivarı isə Mamadu Kane əvəzləyib. 47-ci dəqiqədə Emin Mahmudovun zərbəsindən sonra qapıçı topu tutub. Bir qədər sonra qolkiper Platellasın fərqlənməsinə imkan verməyib. 66-cı dəqiqədə ən real imkanı Dabo qaçırıb. Daha doğrusu, onun zərbəsindən sonra top dirəyə tuş gəlib. Bununla belə, təzyiqi artıran “Neftçi” 69-cu dəqiqədə istəyinə çatıb. Platellas dəqiq zərbə ilə fərqi azaldıb. 82-ci dəqiqədə məhz Platellası İsmayıl Zülfüqarlı əvəzləyib. Oyunun qalan bölümündə qapılar qarşısında təhlükəli vəziyyət qeydə alınmayıb və iki ölkənin flaqmanının duelindən “Dinamo” qalib ayrılıb – 2:1.
Qeyd edək ki, ilk yoxlama görüşündə Polşa LKS-inə 0:4 uduzan “Neftçi” Antalyadakı sonuncu matçında yanvarın 24-də Ukrayna "Desna"sı ilə münasibətləri aydınlaşdıracaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” Bütün xəbərlər
Ən çox oxunanlar