20 yan 11:25olke

Tərlan Əhmədovu nəticə maraqlandırmır


“Oyunumuzu qaydaya salmaq üçün hələ vaxtımız var”
"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov dünən Türkiyə toplanışı çərçivəsində keçirilən ilk yoxlama matçından sonra Antalyaya ezam olunan həmkarlarımıza müsahibə verib. Təcrübəli mütəxəssis oyunu dəyərləndirməklə yanaşı, başqa sualları da cavablayıb.
- Qarşılaşmanı necə dəyərləndirirsiz?
- Açığı, ilk hissədə istədiyim heç nəyi görmədim. Ancaq fasilədən sonra komanda görmək istədiyim oyunu bir az göstərdi. Bəllidi ki, dekabrın 21-dən sonra futbolçuları məzuniyyətə buraxmışdıq. Bir araya gələndən sonra bəziləri komandaya gec qoşulmuşdu. Miyuşko Boyoviç, Franko Flores, Sezar Meza Kolli burda heyətə qatıldılar. 4-5 gün gördüyümüz işin mahiyyəti, fiziki hazırlığımız nə yerdədi - bunu görmək istəyirdik. Ümumilikdə pis deyildi. Bəli, 1:4 hesabıyla uduzduq. Qolları, demək olar, standart vəziyyətlərdən buraxdıq, hava toplarında məğlub olduq. İlk oyunlar çox ağır keçir - istər çempionat, istərsə də yoxlama oyunu olsun. Burda işimiz oyunlardakı səhvlərimizdən düzgün nəticə çıxarmaqdı. Hər bir komandanın - fərqi yoxdu matç rəsmidi, yoxsa qeyri-rəsmi - buraxdığı səhvlər var. Bunun üzərində işləyərək çatışmazlıqları aradan qaldırmalıyıq. Yeni futbolçularımız var, bu gün də rotasiya etmişdim. Bildiyiniz kimi, qapıçılarımız zədəlidi. Rəşad Əzizli, ümumiyyətlə, təlim-məşq toplanışını tərk edib. Stanislav Namaşkonun ayağında ağrılar var. Bu üzdən gənc qapıçı Əkbər Vəliyevi dəvət etdik. 19 yaşı var, iki gündü bizə qoşulub. Buna baxmayaraq, komanda oynadı və görəcəyimiz işlər qabaqdadı.
- Komandanı çox yükləmisiz? Çünki ağır görünürdü...
- Bakıdan bəri bugünkü oyuna iki gün qalmışa qədər fiziki çalışmalar üzərində çox işlədik. Burdakı qarşılaşmalarda nəticəyə xüsusi diqqət yetirmirik. Söz yox ki, hər bir komanda qalib gəlmək istəyir, amma mən əsasən çempionat oyunlarına hazırlaşıram. Və burda işləməsək, premyer-liqada bizə çətin olar. Əsas çempionatı fikirləşirəm, yükləmələr də təbiidi. Bu olmalıdı, işimizdi. Futbolçular da bunu dərk edirlər. Yavaş-yavaş, oyundan-oyuna inkişaf edəcəyik. Oyunumuzu qaydaya salmaq üçün hələ vaxtımız var. Yanvarın 24-dək burdayıq, qarşıda hələ iki2 matçımız var. Bundan sonra Bakıda çempionat matçına bir həftə hazırlığımız var. Hər halda, komanda tədricən öz səviyyəsinə gəlib çıxacaq.
- Yeni transferiniz Şohruh Qadoyev sanki ya çəkinirdi, qorxurdu, ya da komanda yoldaşlarıyla anlaşmaqda çətinlik çəkirdi...
- Belə deməzdim. İstər-istəməz birinci oyunu idi bizim komandada. Hələ ki uyğunlaşmayıb. Bu proses onda çətin gedir. Açığını deyim ki, onun xarakterində də bir az təkliyə meyillilik var. Bir-iki dəfə onunla söhbətim olub ki, komandaya uyğunlaş, qaynayıb-qarış, futbolçularla daha çox ünsiyyət qur. Bu da oyununda hiss olunur. Ancaq ikinci hissədə gördüm ki, oyununda bir az aqressivləşmişdi. Bu da təbidi, oyunu budu. Düşünürəm ki, yaxın zamanda komandaya uyğunlaşacaq.
- İkinci hissədə daha baxımlı "Keşlə" gördük. Oyunda hansısa bir intizam var idi. Niyə görə fasilədən sonra? Axı, əksinə, ikinci hissədə komanda yorulmalıdı...
- Bu nüansları mətbuata açıqlamağım düzgün olmaz. Hər halda, bunun üzərində işləyəcəyik. Bəzi dəyişikliklər edəndən sonra daha intizamlı oynamağa, topa daha çox sahib olmağa, sürətli hücumlar qurmağa çalışdıq. Bu, istədiyim futboldu. Hər halda, bu nüanslar bizim çempionatda da olub, bu gün də gördüm. Üzərində daha çox çalışacağımız işlər var, ancaq üzr istəyirəm, bunu mətbuata açıqlaya bilmərəm. Çünki bu, daxili məsələdi. Hər halda, nə demək istədiyimi siz daha çox anlayırsız. Bu, futbolçuların oyuna daha çox köklənməsindən asılı olan bir məsələdi. İkinci hissədə daha çox komanda oyununa üstünlük verdik, ilk yarıda isə fərdi oyun gedirdi.
- "Keşlə" 3-cü yoxlama matçında iki hissə yaxşı oyun göstərəcək?
- Buna çalışacağıq.
- Yeni transferiniz Aleksandr Kristovao haqda fikirləriniz maraqlıdı...
- Hələ ki hazır deyil, ilk oyunu idi. Onunla dünən gecə müqavilə bağlanılıb. Hələ bizimlə normal məşq keçməyib. Hansı oyun fəlsəfəsini, hansı taktikanı istəyirəm, bunu görməyib. Sadəcə, bu gün meydana buraxdım, hansı səviyədə olduğunu görmək istədim. Hər halda, yavaş-yavaş komandaya uyğunlaşandan sonra bizə köməyi dəyər.
MİRAĞA hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” Bütün xəbərlər
Ən çox oxunanlar