20 yan 11:20olke

“Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı”


Saman “Neftçi”yə gəlmək üçün “Maşınsazi”yə yüksək məbləğ ödəyib
“Neftçi”nin bu qış rənglərinə bağladığı Saman Nəriman Cahan “İdman TV”nin “Extra time” verilişinin qonağı olub. Onu da qeyd edək ki, həmkarımız İlkin Babanın aparıcısı olduğu proqram bu dəfə Antalyadan yayınlanıb. “Maşınsazi”ni “ağ-qaralar”a dəyişən futbolçu transferinin detallarından və başqa məqamlardan danışıb.
- Xoş gəlmisiz.
- Sizi də xoş gördük. Azarkeşləri, bütün azərbaycanlıları burdan salamlayıram.
- Azərbaycana ilk gəlişinizdi, yoxsa bundan əvvəl Bakıda olmusuz?
- Bundan əvvəl də gəlmişəm. Keçən il Novruz bayramında Bakıda olmuşam. Bakını tanıyıram.
- Necə oldu ki, “Neftçi”yə transfer olunduz?
- Bakıda bir yoldaşım var. O mənim iştirakımla olan oyunlardan çəkilişləri “Neftçi”yə təqdim etmişdi. Komandanın meneceri Ceyhun Sultanovun xoşuna gəlmişəm. Bu haqda yoldaşım mənə xəbər verəndə çox sevindim. Öncədən də “Neftçi” barədə məlumatlıydım. Özüm də çox sevindim ki, bu komandaya gəlirəm.
- Təklif gələndən sonra nə düşündün? “Neftçi” barədə bilgilərini artırmağa çalışdın?
- Bəli. “Neftçi” haqda az-çox nəsə bilirdim. Ancaq təklif gələndən sonra burda oynayan iki iranlı – “Sumqayıt”da çıxış edən Peyman Babayi və Mehdi Şərifi ilə danışdım. Özüm də internetdən müəyyən informasiya topladım. Gördüm çox yaxşı və güclü komandadı. Çox sevinirəm ki, bu gün burdayam.
- Deyilənlərə inansaq, “Neftçi”yə keçmək üçün sabiq komandanız “Maşınsazi”yə öz cibinizdən pul ödəmisiz və kapitanı olduğunuz kollektivdən ayrılmısız. Müqaviləniz ola-ola, bu addımı atmağınızın səbəbini izah etməyinizi istərdik.
- “Maşınsazi” ilə müqaviləmin olması düzdü. 5 ilə yaxın orda çıxış etdim. Öz cibimdən yüksək məbləğ ödəyib “Neftçi” ilə anlaşdım. Bu addımı atmağımın səbəbi də o idi ki, Bakı klubu barədə xoş sözlər eşitmişdim və burda oynamaq istəyirdim.
- Antalyadakı təlim-məşq toplanışı necə keçir?
- Hər şey çox gözəldi. 3-4 gündü burdayıq və hazırlıq prosesindən razıyam. İrəli getmək üçün əlimdən gələni edirəm. Fasilədən sonra ilk turda “Sumqayıt”, ardınca isə “Qarabağ” və “Keşlə” ilə qarşılşacağıq. İnşallah, bütün rəqiblərimizi udub çempionluğu qazanarıq.
- “Maşınsazi” ilə “Neftçi”dəki məşq prosesinin fərqi nədədi?
- Təbii ki, fərq var. Ancaq yükləmələrə gəlincə, o qədər də ağır deyil. Çünki İranda da ağır məşqlər keçirlər. Biz futbolçular artıq buna adət etmişik. Bizim işimiz budu, alın yazımızdı. Ağır oldu-olmadı, biz bunu etməliyik və mənə yeni komandamdakı məşqlər çətin gəlmir.
- Yeni komanda, yeni baş məşqçi. Və yeni baş məşqçinin də özünün tələbləri... Roberto Bordinlə necə yola gedirsiz?
- İlk gündən istər futbolçular, istər məşqçilər, istərsə də komandada olan başqaları məni çox yaxşı və isti qarşıladılar. Buna görə də çox sevinirəm. İnşallah, mən də yaxşı oyunla, kollektivlə mehriban olmaqla bunun qarşılığını qaytararam.
- Komanda yoldaşlarınızla münasibətləriniz necədi?
- Çox yaxşıdı, vaxt keçdikcə daha da yaxşı olur. Onları bir-biri tanımağa başlayıram. İstəyirəm qısa vaxtda hamını yaxından tanıyım ki, uyğunlaşma ilə bağlı çətinlik çəkməyim.
- Komandaya gəldiyin ilk gündə ilk məşqə çıxarkən kollektiv sənin üçün fərqli qarşılanma təşkil etdi. Deyəsən, həmin vaxt ən ağır əl sahibi qapıçılar olub...
- Qapıçılar çox bərk vurdular (gülür). Hələ indi də yeri ağrıyır. Amma bilirəm ki, bütün bunlar istəkdən irəli gəlir. Bu məni isti qarşılamaq və səmimiyyəti çatdırmaq üçün idi. Mən də sevinirəm ki, kollektivdə belə səmimi münasibət var və ümid edirəm ki, sona qədər də belə davam edəcək.
- Düzdü, futbolçular arasında yaşanan səmimiyyətdən danışdın. Ancaq komanda baxımından anlaşmanın olması vacibdi. Məşqlərdə bir-birinizi anlamaq baxımından çətinlik çəkmirsiz?
- İngilis dilini 60-70 faiz bildiyimdən azərbaycanlı futbolçularla yanaşı, legionerlərlə də danışa bilirəm. Ən azı bir-birimizin nə dedyini başa düşürük. Bu yöndə heç bir problem yaşamıram.
- Bir qədər də azarkeşlər barədə danışaq. “Neftçi”yə keçdiyin ilk gündə klubun rəsmi səhifəsinə azarkeşlərlə bağlı açıqlaman oldu. Onlar da səninlə bağlı xoş fikirlər səsləndirdilər.
- “Sumqayıt”la qarşılaşmanı səbirsizliklə gözləyirəm. Həmin oyunda mən onları, onlar da məni görəcəklər. Burdan üzümü tutub hamısına bütün bacarığımı ortaya qoyub, ürəyimlə oynayacağıma söz verirərəm. Komandaya faydalı olmağa çalışacam.
- “Neftçi” Antalya toplanışı çərçivəsində ilk oyununu keçirdi və sən də komandanın heyətində ilk matça çıxdın. Həmin qarşılaşma barədə danışaq. Özünü “Neftçi”nin formasında necə hiss etdin?
- Çox gözəl hiss idi. Oyunun əvvəli normal alındı. Ancaq bildiyiniz kimi, ağır məşqlər keçirik və futbolçuların bəziləri zədəlidilər. Belə qarşılaşmalarda çatışmazlıqlarımızı görürük. Uyğunlaşma baxımından da belə matçların bizə xeyri var. Özüm də görürəm ki, vaxt ötdükcə komanda yoldaşlarımla daha yaxşı anlaşıram. Fikrimcə, qarşıdakı görüşlərdə oyun planında daha yaxşı təsir bağışlayacağıq. Heç kim ümidini üzməsin. Biz Çempionlar Liqasında çıxış edəcəyik.
- Polşa klubuna 0:4 hesabı ilə uduzduğunuz qarşılaşmada öz oyununu necə qiymətləndirirsən?
- Dediyim kimi, yeni komandada ilk oyunum idi. Bundan başqa, ağır məşqlər keçirik ki, bu da müəyyən qədər təsirini göstərir. Çalışdım ki, yaxşı oynayım və məndən razı qalsınlar. İnşallah, bundan da yaxşı olacaq.
- Başqa komanda, başqa məşqçi, başqa mühit, başqa taktiki gedişlər və tapşırıqlar. Düzdü, futbolçu olaraq buna uyğunlaşmalısan. Özün bu vəziyyətə hazırsan?
- Təbii ki, hazıram. İranda çıxış edəndə də məşqçilər dəyişib. Bu futbolun bir hissəsidi. Biz bunun qarşısını ala bilmərik. Ən böyük istəyim, yenə deyirəm, qısa vaxtda yeni mühitə uyğunlaşmaqdı.
- Bir az əvvəl dedin ki, “Neftçi”ylə bağlı məlumat toplayarkən, rəqibləri haqda da müəyyən bilgilərə yiyələnmisən. Yeni komandan fasilədən sonra ilk oyununu “Sumqayıt”a qarşı keçirəcək. O “Sumqayıt” ki, “Neftçi”ni ölkə kubokundan kənarlaşdırıb, ötən mövsüm çempionluq yolunda badalaq vurub. Həmin qarşılaşmadan nə gözləyirsən?
- Bütün bunları nəzərə alıb gərək mən və komanda yoldaşlarım bu oyuna ciddi hazırlaşaq. Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı. Onlarla görüş bizim üçün çox mühüm və əhəmiyyətli olacaq. “Qarabağ”la aramızda 6 xal fərq var. “Sumqayıt”dan sonra məhz onlarla üz-üzə gələcəyik. Onları udmaqla çempionluğa bir qədər də yaxınlaşacağıq. Bütün görüşlərdə qalib gəlib azarkeşlərimizə çempionluq sevinci yaşatmalıyıq.
- Əsas rəqibiniz “Qarabağ”dı. “Neftçi” azarkeşlərinin də əsas rəqibi məhz “Qarabağ” azarkeşləridi. Bu rəqabətə dözə biləcəksən?
- “Qarabağ” da güclü komandadı. Onların Çempionlar Liqasında “Çelsi”, “Atletiko” və “Arsenal”la oyunlarını izləmişəm. Bu iki komandanın qarşılaşmasında hansı tərəf az səhvə yol versə, o da qələbəyə sevinəcək. Komanda yoldaşlarımın məşqlərdə necə istəklə çalışdıqlarını görürəm və buna görə də düşünürəm ki, bu il bizim üçün düşərli olacaq.
- Komanda yoldaşlarının hamısı ilə münasibətinin yaxşı olduğunu vurğuladın. Bəs kiminlə daha yaxınsan, dostluq edirsən?
- Bunu demək çox tezdi. Bura gəldiyim 3-4 gündü və hamı ilə də isti münasibətim var. Turalla (Axundovu nəzərdə tutur) bir otaqda qaldığımdan onunla daha yaxınıq. Çox zarafatcıldı. O biri yoldaşlarım da məndə xoş təəssürat yaradıblar. Qapıçılar Aqil və Səlahətlə də münasibətim əladı. Aqil də çox zarafat edir və mən də söyürəm (gülür). Ayrı-ayrılıqda götürəndə hamı yaxşıdı. Hətta başqa ölkələrdən olan oyunçular da özlərini yad hiss etmirlər.
- Yeni gələn futbolçu üçün komandadaxili ab-hava necədi? Azarkeşlərə bu haqda nə deyə bilərsən?
- Hər şey çox yaxşıdı, mən çox razıyam.
- Məsuliyyətli futbolçu olmusan?
- Peşəkar futbolçuyam və təbii ki, nizam-intizama riayət etməliyəm. Mən həmişə təyin olunan vaxtdan əvvəl görüş yerində olmağı xoşlayıram. Tutaq ki, komanda 10.40-da oteldən çıxacaqsa, mən 10.30-da artıq orda oluram. Bu gün komanda yoldaşlarımda da eyni münasibəti görürəm.
- Sonda Saman Nəriman Cahan “Neftçi” azarkeşlərinə nə demək istəyir?
- Məni qəbul etdiyinizə görə çox sevinirəm. Çalışacam gözəl oyunumla sizləri sevindirim. Siz həmişə mənim ürəyimdəsiz və hər birinizi çox sevirəm.
RƏŞAD hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” Bütün xəbərlər
Ən çox oxunanlar