18 yan 11:54olke

“Zirə” Antalyada qələbə həsrətinə son qoydu


Antalyada təlim-məşq toplanışında olan klublarımızdan dünən yalnız “Zirə” yoxlama oyunu keçirib. Zaur Həşimovun rəhbərlik etdiyi komanda Rumıniyanın "Sepsi" klubu ilə münasibətləri aydınlaşdırıb. Yüksək liqa təmsilçisi olan rəqib çempionatında 14 komanda arasında 8-ci pillədə qərarlaşıb.
Qarşılaşma öncədən nəzərdə tutulduğu kimi 17.00-da yox, 16.30-da start götürüb. Klubun rəsmi “feysbuk” səhifəsində görüşöncəsi maraqlı material yerləşdirilib. Belə məlum olur ki, “Zirə” bu ölkədən olan komandalarla indiyədək 2 rəsmi, 5 qeyri-rəsmi matçda üz-üzə gəlib. Yoxlama oyunlarının hamısı Türkiyə toplanışları çərçivəsində təşkil olunub. 2015-ci ilin qışında “Tırqu Mureş”ə 1:0 hesabıyla qalib gələn “Zirə”nin qələbə qolunu Luis Alberto Dies vurub. İlyarım sonra – 2017-nin yayında “Vitorul”la qarşılaşan “qartallar” 1:2 hesabıyla uduzub. “Zirə”dən Orxan Əliyev fərqlənib. Son iki qış fasiləsində “Voluntari” sınaqçı-rəqib olub. “Zirə” hər iki görüşdə rumıniyalılara qalib gəlib. 2018-ci ildə 2:0 hesablı qələbə Elşən Abdullayevlə Vüsal İsgəndərlinin qolları ilə gerçəkləşib. Ötən il isə Pərdis Fərcad-Azadın qolu həlledici olub. 2019-cu ildə “Zirə” daha bir dəfə bu ölkə təmsilçisi ilə görüşüb. Yayda “Konkordiya”ya qarşı keçirilən görüşdə qol vurulmayıb. Beləliklə, 5 yoxlama oyununda 3 qələbəsi olan “qartallar” 1 heç-heçə edib və 1 dəfə uduzub. 5 qol vuran təmsilçimiz 2 top buraxıb. “Zirə” Avropa Liqasında mübarizə apardığı 2017/18 mövsümündə də Rumıniya klubu ilə üz-üzə gəlib. İkinci təsnifat mərhələsinin “Astra” ilə səfər qarşılaşmasında 1:3 uduzan komanda evdə qolsuz heç-heçə edib. Yeganə qola Rəşad Sadiqov imza atıb.
“Sepsi” ilə qarşılaşma "Topqapı" stadionunda baş tutub. PFL-in "yutub" kanalı vasitəsilə canlı yayınlanan görüş "Zirə"nin 2:0 hesablı qələbəsiylə yekunlaşıb. Riçard Qadze 1-ci və 5-ci dəqiqələrdə rəqibi məyus edib. Bununla da Azərbaycan klublarının Antalyada ilk qələbəsi rəsmiləşib.
"Zirə"nin start heyəti belə olub: Orxan Sadıqlı, Cavid Hüseynov (k), Ağabala Ramazanov, Adrian Skarlatake, Riçard Qadze, Şafik Tiqruca, Nicat Süleymanov, Tellur Mütəllimov, Davit Volkov, Yovan Krneta, Ali Sesay.
Fasilədən sonra bu futbolçular oyuna qoşulublar: Alvaro Ampuero, İlkin Muradov, Xulio Sezar Rodriges, Mfo Kqasvane, Miloş Bakraç, Əli Şirinov.
Zaur Həşimov "Sepsi' üzərində qələbəni bu sözlərlə şərh edib: "Ağır məşqlər keçirik. Bu üzdən ilk görüşdə iki fərqli heyətlə oynadıq. Bugünkü qarşılaşma uğurlu alındı. Bəzən top saxlayırdıq, bəzən alınmırdı. Ümumiyyətlə, komandanın meydandakı hərəkətindən razı qaldım. Krnetanı yoxlayırdıq və bu gün ona cavab verməliydik. Onun səviyyəsi bizi qane etdi və serbiyalı müdafiəçi bizimlə olacaq. Adrian Skarlatake Elvin Camalovun xəsarət alması səbəbindən dayaq yarımmüdafiəçi mövqeyində oynadı. Ümumilikdə oyun pis alınmadı. Sevindirici hal budu ki, qol buraxmadan qələbə qazandıq".
Qeyd edək ki, "Zirə" Antalyadakı ilk sınaq matçında Türkiyənin 1-ci liqa təmsilçisi "Ümraniyəspor"a 0:3 hesabı ilə uduzub.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” Bütün xəbərlər
Ən çox oxunanlar