18 yan 11:46olke

Buzovna “Xəzri”si necə yaşayır?


“Məqsədimiz gənc və perspektivli oyunçuları mövsümün sonunda hansısa peşəkar klublara verməkdi”
Bakı Kəndlər Futbol Federasiyasının həvəskar futbol komandaları arasında keçirdiyi payız-yaz birinciliyində yaxşı təsir bağışlayan komandalardan biri də “Xəzri”di. “Xəzri”nin Buzovnanı təmsil etdiyini, bu qəsəbənin isə müstəqilliyin ilk illərində futbolu ilə ad çıxardığını nəzərə alsaq, uğurları anlaşılandı. Təbii ki, peşəkar və həvəskar futbol arasında sərhədlər var. Hər halda, heç olmamaqdansa nəyinsə olması yaxşıdı. Bizi maraqlandıran suallara cavab tapmaq üçün “Xəzri”nin baş məşqçisi Teymur Əsgərovla söhbətləşdik.
- Bildiyimə görə, komandanızın gənc heyəti var. Belə heyətlə Buzovna futbolunun şanlı ənələlərini yaşatmaq çətin deyil ki?
- Tam doğru deyirsiz. “Xəzri” gənc oyunçulardan yığılmış komandadı. Məqsədimiz gənc və perspektivli oyunçuları mövsümün sonunda hansısa peşəkar klublara verməkdi. Bizim kimi, “Stern” və “Balaxanı” da gənc oyunçulardan qurulub. Xeyr, çətin deyil, amma əlbəttə, böyuk məsuliyyətdi. Komandamızın adı “Xəzri” olduğuna görə həmişə oyuna çıxanda o yükü üzərimizdə hiss edirik.
- Komandanız indiyə qədər BKFF-nin çempionatlarında oynamışdı, yoxsa bu debütdü?
- İlk dəfə bu gənc oyunçularla BKFF-nin çempionatında oynayırıq. Əvvəllər “Xəzri Buzovna” adı altında bu çempionatda iştirak etmişik. Sadəcə, heyətimizdə bu qədər gənc oyunçu olmayıb. Hər tur oyuna çıxanda əsas heyətdə 6 nəfər 2004 təvəllüdlü oyunçu olur.
- Buzovna qəsəbəsində futbola münasibət necədi? Azarkeşlər komandanı tanıyırmı, oyunlarına gəlirmi?
- Buzovnada futbola maraq həmişə böyuk olub. Buzovna Azərbaycan futboluna ən çox töhfə verən kənd və qəsəbələrdən biridi. Burda çox güclü futbolçular, hakimlər, məşqçilər yetişib. Və həmin nəsillərin davamı gəlməkdədi. Məni bu komandaya bağlayan cəhətlər çoxdu. Əlbəttə, azarkeşlər komandanı tanıyır, amma oyunlara gələn azdı. Bu da oyunların gündüz saatlarında keçirilməsi ilə bağlıdı.
- Vaxtilə qəsəbədə yaxşı stadion var idi. İndi o stadionun durumu necədi? Oyunlara harda hazırlaşırsız?
- Bəli, çox gözəl stadion var idi. İndi həmin stadion baxımsızlıqdan yararsız hala düşüb. Demək olar ki, stadionda təbii otdan əsər-əlamət qalmayib. Məhz bu səbəbdən oyunlara “Dalğa Arena”da hazirlaşırıq. Həmçinin çempionat oyunları da orda keçirilir.
- Yəqin razılaşarsız ki, turnir cədvəlinin liderlərinə çatmaq "Xəzri" üçün çətin olacaq. “Bayil Rovers”, “Mübarizlər” və “Mübariz” (A) arasındakı cempionluq mübarizəsinin taleyi haqda nə düşünürsüz? Bu mübarizəyə müdaxilə etmək üçün qış fasiləsində hansısa dəyişikliklər etməyi planlaşdırırsızmı?
- Təbii ki, çempionluq uğrunda mübarizə aparmaq çox çətin olacaq bizə. Adını çəkdiyiniz komandalar çox güclü heyətə malikdi. Xüsusilə “Mübarizlər”i qeyd edərdim. Amma komandamız hər oyuna yüksək əhval-ruhiyyədə hazırlaşır. İnandırım sizi, ən azı 3-cü yeri tutmağa çalışırıq. Çox güman, müəyyən dəyişikliklər olacaq. Çünki mübarizə aparmaq üçün komandanın gücünə güc qatan oyunçular cəlb olunmalıdı. Amma biz gənc oyunçularımıza inanırıq.
- “Xəzri”nin bundan sonrakı planları necədi? Elə BKFF-nin çempionatlarıyla kifayətlənəcəksiz, yoxsa daha yuxarı liqalarda oynamaq fikriniz var?
- Bu il planımiz BKFF-nin çempionatında bacardiqca yüksək yer tutmaqdı. Gələn mövsüm üçün hələ ki planda heç nə yoxdu. Bütün fikrimizi bu çempionata cəmləmişik. Liqalarda oynamağa gəlincə, sponsorumuz olsa, niyə də olmasın?!
- Sponsordan söz düşmüşkən, Buzovna qəsəbəsinin icra orqanları komandanın durumu, taleyi ilə maraqlanırmı? Bu yöndə sizə hansısa dəstək verirlərmi?
- Bir sira məsələlərdə “Xəzər Gənclər Evi” bizə dəstək olub. Bundan başqa, bizə yaratdiqları şəraitə görə AFFA rəhbərliyinə, BKFF-nin prezidenti Vaqif Davudova və “Dalğa Arena”nın direktoru Vüqar Haşımova sonsuz təşəkkürümüzü bildiririk.Vaqif müəllimin çəkdiyi zəhmət əvəzolunmazdı. Bu insan sözün əsl mənasında işləməkdən yorulmur.
- Sirr deyilsə, klubun maliyyə xərclərini necə qarşılayırsız, geyim, texniki təchizat baximından köməyiniz varmı?
- Maliyyə xərclərini komanda üzvləri özü qarşılayır. Texniki baximdan heç bir kömək yoxdu. Komanda daxilində, demək olar ki, bir çox işləri mən və Elvin müəllim görürük. Elvin müəllim köməkci məşqçidi, gənc oyunçuların yetişməsində əvəzsiz rolu var. İkimiz əl-ələ verib komandanı oyunlara hazırlayırıq.
- BKFF-nin təşkilatçılığını necə qiymətləndirirsiz? Xoşunuza gələn və gəlməyən məqamlar hansılardı?
- Yaxşı! Oyunlara həkim briqadaları və polis əməkdaşları cəlb olunur. Hər komandada nizam-intizam yüksək səviyyədədi. Biz özümüz də nizam-intizama ciddi önəm veririk. Görüşləri AFFA tərəfindən təyin olunmuş hakimlər briqadası idarə edir. Bu çempionatın oyunlarını müntəzəm işıqlandırdığına görə qəzetinizə də təşəkkürümü bildirirəm.
RÖVŞƏN DURMUŞOV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” Bütün xəbərlər
Ən çox oxunanlar