17 yan 12:19olke

Yunis Hüseynov Antalyaya gedir

Yunis Hüseynov Antalyaya gedir
“Limitin bizə xeyrdən çox ziyanı dəyir”
Məşqçilər Komitəsinin üzvləri ilə yanaşı, daha bir yerli mütəxəssis yaxın günlərdə Antalyaya yollanacaq. Söhbət AFFA-nın Texniki Departamentinin rəhbəri Bernard Lippertin müqavini olan Yunis Hüseynovdan gedir. Bu haqda bilgini Hüseynovun özündən aldıq: “Yanvarın 18-də U-19 ilə birgə Türkiyəyə yollanacam. Bildiyiniz kimi, 19 yaşa qədər futbolçulardan ibarət komanda yanvarın 18-dən 28-dək Antalyada toplanış keçəcək. Həm onların hazırlıq prosesini izləyəcəm, həm də premyer-liqa komandalarının yoxlama görüşlərinə baxacam”.
Yunis bəylə söhbət zamanı bu günə kimi Lippertlə görüşüb-görüşmədiyi, Texniki Departamentin müavini kimi hansı işlərə cavabdehlik daşıdığı barədə də danışdıq: “Lippertlə iki dəfə görüşmüşəm və müəyyən məsələlər ətrafında müzakirələrimiz olub. Mən əsasən U-19 və U-21-i nəzarətdə saxlayıram. Çempionat oyunlarını izləyirəm, diqqətimi çəkən yeniyetmə və gənclərlə maraqlanıram. Özümün də müəyyən planlarım var ki, toplanışdan qayıdandan sonra bununla bağlı rəhbərliklə, məşqçilərlə görüşüb söhbət edəcəm. Mən həmişə gənclərimizin ölkə xaricinə yollanmasının vacibliyini qeyd etmişəm. Futbolumuzun gələcəyi naminə bu addım atılmalıdı. Demirəm ki, onları Avropanın güclü klublarına yollayaq. Heç olmasa, ortabab klublarda oynasalar, daha tez inkişaf edərlər, nəinki burda qalmaqla. Bu yöndə iş qurulmalıdı. Premyer-liqada çıxış edən komandalar da gənclərə o qədər də güvənmirlər, bu üzdən onlar yerlərində sayırlar. 21 yaşa qədər bəzi oyunçular limitə görə meydana çıxsalar da, onların sayı çox azdı. Və bunun da nəticəsi kimi gənclər yığması istənilən nəticəni qazana bilmir”.
Limit məsələsi son vaxtlar ən çox müzakirə olunan mövzulardan biridi. Hüseynov da premyer-liqada hər bir komandanın məcburi qaydada 21 yaşa qədər futbolçunu oynatmasının əleyhinədi: “Açıq desəm, mən 21 yaşa qədər oyunçunun məcburən heyətə daxil edilməsinin əleyhinəyəm. Hamımız bilirik ki, bu gün Azərbaycanda bu limitə düşən və adından söz etdirən oyunçuların sayı çox azdı. Hər klubda uzağı iki və ya üç belə futbolçu var ki, onların da bəziləri başqaları ilə müqayisədə əsas komandanın sifariş ərizəsinə düşmək şansı qazanıb. Yəni xüsusi istedadı ilə fərqlənənlər çox azdı. Bu da gənclərdə arxayınlıq yaradır. Bilirlər ki, baş məşqçinin, komandanın seçim imkanı məhduddu və məcburiyyətdən həmin gəncin xidmətindən yararlanmalıdılar. Belə nüansları nəzərə alanda görürsən ki, limitin bizə xeyrdən çox ziyanı dəyir. Uşaqlarda tənbəllik baş qaldırır, məsuliyyət azalır. Bir sözlə, üzərlərində işləyib “artırmaq” barədə düşünmürlər. Hərçənd bu elə yaş dövrüdü ki, məşqlərdə ikiqat əzmlə çalışmalı, məşqdən sonra qalıb hansısa element üzərində işləməlidi. Təəssüf ki, bunu edən az sayda gənc və yeniyetmə görürük. Futbolçu əsas heyətə layiqdisə, yaşından asılı olmayaraq – istər 17 olsun, istər 19 və ya 21 – baş məşqçi ona şans yaradacaq. Məncə, elə məşqçi yoxdu ki, seçilən, komandaya fayda verə biləcək futbolçunun yaşının az olduğunu görüb, ona meydana çıxmaq şansı yaratmasın”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” Bütün xəbərlər
Ən çox oxunanlar