17 yan 12:15olke

İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub

[thumb=left]http://www.football-plus.az/uploads/posts/2020-01/1579252692_81902862_2520585584716632_3911035612450258944_o.jpg[/thumb
Rövşən Əmiraslanov: “Heç bir ağlı başında olan biznesmen belə mühitdə komanda saxlamağa razı olmaz”
Şəmkirin icra başçısı Alimpaşa Məmmədov bir neçə gün öncə rayonda uşaq futbolunun inkişafı məqsədi ilə yerli mütəxəssislər və məşqçilər ilə görüşüb. Tədbirdə hansı məsələlərin müzakirə olunduğunu bilmək üçün vaxtilə “Şəmkir”, “İnter”, “Qəbələ”, “Simurq” kimi iddialı klubların şərəfini qoruyan, hazırda isə aşağı yaş qruplarında məşqçilik edən Rövşən Əmiraslanovla əlaqə saxladıq.
- Yanvarın 11-də icra başçısı rayonun futbol adamları ilə görüşüb. Hansı məsələlər müzakirə olundu?
- İcra başçısı ilə görüşdə əsas müzakirə mövzusu uşaq futbolu idi. Bu gün Şəmkirdə futbola maraq çox böyükdü. Müxtəlif yaş qruplarında 100-dən artıq uşaq bu idman növünün sirlərinə yiyələnir. Özüm hazırda U-13 komandasının baş məşqçisiyəm. Bildiyiniz kimi, U-15 liqasından başlayaraq çempionat oyunları ev-səfər prinsipi ilə keçirilir. Bizim uşaqlar da bu yaş qruplarına çatanda artıq komandasız qalırlar. Yəni səfərə çıxmaq üçün maliyyə olmur. Bu da istedadlı uşaqların futboldan uzaqlaşmasıyla nəticələnir. 3-5 il məşq edirlər, əziyyət çəkirlər, sonradan stimul, komanda olmadığına görə bu sahədən uzaqlaşırlar. İcra başçısı ilə görüşün təşəbbüskarı biz məşqçilər olmuşuq. Əsas məqsəd qeyd etdiyim problemin həll olunması idi. Alimpaşa müəllim bizi dinlədi, problemdən xəbərdar oldu və bildirdi ki, lazımi kömək göstəriləcək. Onun əsas istəyi sırf şəmkirlilərdən qurulmuş komanda görməkdi. Bunun üçün də yerli kadrları yüksək səviyyədə hazırlamaq lazımdı. İcra başçısı bütün kəndlərin icra nümayəndələrinə, bələliyyə sədrlərinə, məktəb direktorlarına göstəriş verib ki, məktəblərin idman zalları nəinki futbolçuların, ümumiyyətlə, idmançıların üzünə açıq olmalıdı. Hər kənddə və qəsəbədə futbol oynamaq üçün normal şərait yaradılmalıdı. Biz məşqçilər də seleksiya işləri aparıb, ən yaxşıları üzə çıxarmalıyıq. Şəmkirdə futbol üzrə tez-tez müxtəlif turnirlər və yarışlar təşkil olunur.Bugünlərdə məktəblilər arasında “Coca-Cola” turnirinə start verilib. Sizinlə danışmamışdan bir qədər əvvəl Kür qəsəbəsində idim. Ordakı matçları izləyirdim. Perspektivli uşaqlar gördüm və yəqin ki, onları komandama cəlb edəcəm. Onu da qeyd edim ki, müxtəlif yaş qrupları arasında 8 komandamız AFFA-nın təşkil etdiyi ölkə çempionatında iştirak edirdi. Onlardan dördü pley-offa vəsiqə qazanıb. Yaxşı məşqçilərimiz və istedadlı uşaqlarımız var. Ümid edirəm ki, yaxın gələcəkdə “Şəmkir” sırf şəmkirli oyunçuları ilə ölkə futboluna qayıdacaq.
- Şanlı tarixi olan “Şəmkir” hazırda heç Region Liqasında da iştirak etmir. Halbuki komanda ötən il həvəskar status daşıyan turnirə qatılmışdı. Sponsor problemi var, yoxsa, başqa səbəblərdən komanda fəaliyyətini dayandırıb?
- Hər şey maliyyədən asılıdı. Pul olmayandan sonra komanda necə fəaliyyət göstərsin? Bir də ki, ayda 5-6 min xərcləyib Region Liqasında çıxış etməkdənsə, üstünə 4-5 min manat da əlavə edib peşəkar status daşıyan birinci dəstədə oynamaq daha məqsədəuyğundu. Təəssüf ki, sponsorlar bu gün futboldan uzaq dururlar.
- Şəmkir Azərbaycanın ən imkanlı rayonlarından biri hesab olunur. Sizcə, yerli biznesmenlər niyə “Şəmkir”ə sponsorluq etmək istəmirlər?
- Bu gün Azərbaycan futbolunda elə olaylar baş verir ki, iş adamı da futbola sərmayə qoymaqdan çəkinir. Son günlər birinci divizionda başverənləri nəzərə alsaq, sağlam düşüncəli iş adamlarının bu işə qol qoymamasını anlayışla qəbul etmək lazımdı. Kim istəyər ki, sponsorluq etdiyi komandanın adı qara işlərdə hallansın? Həmin biznesmen uzun illər əziyyət çəkib, özünə iş qurub, gecə-gündüz çalışıb yaratdığı müəssisə, şirkət və ya özü haqda müsbət imic formalaşdırıb. Heç bir ağlı başında olan, təmiz niyyətlə futbola yatırım edən biznesmen belə mühitdə komanda saxlamağa razı olmaz. Buna görə də ilk növbədə futbol təsərrüfatına rəhbərlik edən şəxslər Azərbaycan futbolunu bu biabırçılıqdan təmizləməli və insanları inandırmalıdı ki, ölkədə normal, idman prinsiplərinə riayət olunan çempionat keçirilir. İndi 13-15 yaşı olan uşaqlara baxanda ürəyim ağrıyır. Bunlar da sabah hansısa klubda oynayacaq. Onları palçığa bulaşdırmaq, kimlərinsə qara niyyətlərini həyata keçirmək üçün yolundan azdırmaq, yumşaq desəm, şərəfsizlikdi.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” Bütün xəbərlər
Ən çox oxunanlar