17 yan 12:10olke

MTK gücünü “Qəbələ”yə göstərdi


Klub Nadirovun U-19-a qoşulmasına icazə vermədi
Mövsümün ikinci yarısına hazırlaşan “Qəbələ” Türkiyədə ilk yoxlama oyununu keçirib. Yanvarın 12-dən qonşu ölkədə olan “qırmızı-qaralar” toplanışın 3-cü günündə Macarıstan təmsilçisi MTK ilə üz-üzə gəlib. Matç “Karvansaray” otelinin meydanında baş tutub. Oyundan öncə Faiq Hacıyev zədələndiyi üçün start heyətində meydana Amin Seydiyev çıxıb.
Elmar Baxşıyevin yetirmələri görüşə aşağıdakı “11-lik”lə başlayıb: 94. Tərlan Əhmədli, 4. Sadiq Quliyev, 3. İvitsa Juniç, 8. Qismət Alıyev, 2. Amin Seydiyev, 11. Asif Məmmədov (k), 77. Merab Qiqauri, 7. Roman Hüseynov, 19. Rövlan Muradov, 17. Yaovi Akakpo, 9. Ehtiram Şahverdiyev.
Oyun qarşılıqlı hücumlarla başlasa da, ilk 45 dəqiqə qolsuz bitib. Matçın gedişində hər iki komandanın heyətində dəyişikliklər edilib. Bütün toplar fasilədən sonraya təsadüf edib. İkinci yarıda üç qol vuran Macarıstan təmsilçisi qarşılaşmadan qələbə ilə ayrılıb.
Bölgə təmsilçisinin heyətinə baxanda iki məqam dqqəti çəkir. Birincisi əsas qolkiper Anar Nəzirovun yoxlama matçında meydana çıxmamasıdı. Klubdan aldığımız bilgiyə görə, Nəzirov zədəlidi. Və bu üzdən məşqçilər korpusu üçüncü qapıçı Müşfiq Nadirovun U-19-un toplanışına yollanmasına icazə verməyib. Klub rəhbərliyi bununla bağlı Samir Əliyevi xəbərdar edib və Müşfiqin “Qəbələ”nin düşərgəsində qalıb hazırlığı davam etdirməsi məqsədəuyğun sayılıb. Onun əvəzinə U-19-un hazırlıq prosesinə “Neftçi”dən Elnur Hüseynov dəvət alıb. İkinci məqam isə macarlarla görüşdə heyətdə yeni oyunçunun olmasıdı. Söhbət Yaovi Akakpodan gedir. Xatırladaq ki, toqolu yarımmüdafiəçi ötən il də “qırmızı-qaralar”da baxışda olmuşdu. Ancaq komandanın sabiq baş məşqçisi Sənan Qurbanov onu bəyənməmişdi. Bu dəfə Yaovi Elmar Baxşıyevin etimadını qazanmağa çalışacaq.
Macarıstan təmsilçisi ilə görüşdən sonra Baxşıyev məğlubiyyətlə bağlı fikirlərini bölüşüb: “Düşündüyümüzü həyata keçirdik ki, bu da bütün futbolçulara şans vermək idi. Nəticəyə köklənməmişdik, sadəcə, bütün futbolçuların oyun yükünə uyğunlaşmasını istəyirdik. Böyükhesablı məğlubiyyətin komandaya pis təsir edəcəyini düşünmürəm. Heyəti də qarışıq buraxmışdıq ki, oyunçuları sırf o ritmə uyğunlaşdıraq. Yeni transferlərə gəlincə, ümumi götürsək, adlar olmalıdı ki, rəqabəti artıraq. Ancaq hələ ki diqqətimizi çəkən legioner yoxdu. Özünüz də bilirsiz ki, bəzi mövqelər var ki, ora mütləq yeni oyunçu lazımdı”.
Mövsümlərarası fasilədə “Qəbələ”ni tərk edəcəyi söylənilən Amin Seydiyev də açıqlamasında həm toplanışı, həm də MTK ilə oyunu dəyərləndirib: “Hər şey plan üzrə gedir. Nədənsə narazılıq etmək günah olardı. Yoxlama matçlarında belə nəticələr olur. Ancaq bu o demək deyil ki, həmişə belə olacaq. Tədricən hər şey yoluna düşəcək. Klubun büdcəsi azalıb deyə, “Qəbələ”ni tərk etmək barədə heç vaxt düşünməmişəm. Mən klubuma sadiqəm. “Zirə” və “Neftçi”nin mənimlə maraqlanmasını hamı kimi mən də mətbuatdan oxumuşam. Şəxsən özümə bununla bağlı heç nə deyilməyib. İndi heç bu haqda düşünmürəm. Bütün diqqətimi komandanın hazırlığına yönəltmişəm. Mövsümün sonuna kimi “Qəbələ”nin şərəfini qoruyacam. Ola bilsin, gələcəkdə təklif olacağı halda hansısa qərar verdim. Bunun üçün isə üzərimdə daha çox işləməli, məşqlərə daha məsuliyyətli yanaşmalıyam”.
MTK-nın baş məşqçisi Mixail Boris də oyunla bağlı fikirlərini bölüşüb: “Layiqli qələbə idi. Sevindirici haldı ki, gənc futbolçulara yenə şans verə bildik. Onlar yaxşı imkanlar da yaratdılar. Görüşün axarı çox xoşuma gəldi. İndi bir az istirahət etməliyik. Zehni cəhətdən çox yorğun və yüklənmişik. Komandamın göstərdiyi oyunla fəxr edirəm. Bu matçı zədə səbəbindən buraxan Noel Fyulop növbəti qarşılaşmalara hazır olacaq”.
Qeyd edək ki, “Qəbələ” Antalyada daha üç yoxlama oyununda qüvvəsini sınayacaq. Baxşıyevin yetirmələri növbəti görüşü yanvarın 18-də Rusiya təmsilçisi “Çayka”ya qarşı keçirəcək.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:28 “Bülənt Korkmaz elə bilirdi ki, Azərbaycanda heç kimin futboldan anlayışı yoxdu” Dünən, 11:23 Nurlan Novruzov Moldovanı Estoniyaya dəyişdi Dünən, 11:22 AFFA oyunlarda çəkiliş aparanlara “barmaq silkələdi” Dünən, 11:20 “Doğma Bakıda futbolun incəliklərini öyrəndim” Dünən, 11:12 Aqil Nəbiyev beş aydı məşğul olduğu işi davam etdirəcək Dünən, 11:09 Tovuzlular sevindi, gəncəlilər üzüldü Dünən, 11:07 İsmayıllı futbolçuları Qəbələdən kubok apardı 21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı Bütün xəbərlər
Ən çox oxunanlar