17 yan 12:05olke

“Turan Tovuz” rəhbərliyinə premyer-liqa ilə bağlı heç nə deyilməyib


Nadir Nəbiyev: “İnanıram ki, akademiya bu prosesə təkan verəcək”
Növbəti mövsüm premyer-liqaya gələcəyi iddia edilən “Turan Tovuz” ikinci dövrənin hazırlığına başlayıb. Tovuz təmsilçisi baş məşqçi Azər Bağırovun komandadan ayrılmasının ardından çətinlik yaşasa da, daha sonra nisbətən toparlana bildi. Hazırda 24 xalla 3-cü pillədə yer alan tovuzlular lider “Səbail 2”dən 3 xal geri qalır. Bundan başqa, Tovuzda Futbol Akademiyasının tikintisi də davam edir. Akademiya ilə yanaşı, stadion da tam yenilənir. Komandanın ikinci dövrə üçün hazırlığı və premyer-liqa iddiaları ilə bağlı “Turan Tovuz”un icraçı direktoru Nadir Nəbiyevlə söhbət etdik: “Əvvəla, premyer-liqa barədə onu bildirim ki, bizə bununla bağlı heç nə deyilməyib. Biz də bu xəbərləri mətbuatdan oxuyuruq. Yəni deyən olmayıb ki, “premyer-liqaya gəlirsiz, hazırlıq görün”. Açığı, bu gün komandanın gücü birinci divizionda oynamaq dərəcəsindədi. Təbii ki, komanda premyer-liqaya çıxanda köklü dəyişiklik etmək lazım olur. Aşağı yaş qruplarından tutmuş, əsas heyətə qədər. O ki qaldı birinci diviziona, burda məqsəd bacardığımız qədər yüksək pillə üçün mübarizə aparmaqdı. Önümüzə mütləq çempionluq hədəfi qoyulmayıb. Sadəcə, gücümüz çatan qədər mübariz komanda yaratmaq istəyirik. Buna nə dərəcədə nail olacağımızı zaman göstərəcək. Bilirsiz ki, mövsümün gedişində baş məşqçi dəyişikliyi oldu. Ancaq oyun baxımından çox da dəyişiklik olmayıb. Ola bilər ki, müəyyən qarşılaşmalarda gözlənilməz nəticələr qeydə alındı. Ancaq deməzdim ki, məşqçi dəyişikliyi komandaya təsir etdi. Təsir etsəydi, bunu açıq şəkildə deyə bilərdik. Ola bilər ki, fərdi olaraq hansısa oyunçuya təsir edib. Ancaq komandanın umumi çıxışına təsir etmədi. Bu gün birinci yerdə qərarlaşan komanda ilə aramızda cəmi 3 xal var ki, bu da böyük məsafə deyil.
Hazırda stadionun yalnız əsas meydanında təmir getmir. Tribunalarda, mini-meydanlarda isə təmir işləri gedir. İstilik, kanalizasiya sisteminə qədər hamısı dəyişilir. Paralel olaraq akademiyanın tikintisi də davam edir. Bilirsiz ki, hazırda futbolçu yetişməsi baxımından ölkə durğunluqdu. İnanıram ki, akademiya bu prosesə təkan verəcək. İnanın, bizdə çox yaxşı uşaqlar var. Düzdü, onlar heç biri mətbuatda görünmürlər. Burdan hər il nə qədər uşaq Bakı komandalarına gedirlər. Ona görə ki, klubun yetərincə şəraiti yoxdu. Hamısı gedib başqa komandalarda oynayırlar. Məncə, bu akademiya sayəsində gedən uşaqlar da geri qayıdacaqlar. Baxacaqlar ki, artıq özümüzdə hər cür şərait var”.
HƏSƏN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:28 “Bülənt Korkmaz elə bilirdi ki, Azərbaycanda heç kimin futboldan anlayışı yoxdu” Dünən, 11:23 Nurlan Novruzov Moldovanı Estoniyaya dəyişdi Dünən, 11:22 AFFA oyunlarda çəkiliş aparanlara “barmaq silkələdi” Dünən, 11:20 “Doğma Bakıda futbolun incəliklərini öyrəndim” Dünən, 11:12 Aqil Nəbiyev beş aydı məşğul olduğu işi davam etdirəcək Dünən, 11:09 Tovuzlular sevindi, gəncəlilər üzüldü Dünən, 11:07 İsmayıllı futbolçuları Qəbələdən kubok apardı 21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı Bütün xəbərlər
Ən çox oxunanlar