13 apr 19:02olke

Klublar mövsümün erkən başa çatmasından qazanmayacaq

“Mayda oyunlar keçirilməsə belə, futbolçular pulunu alacaq”

Cari mövsümün əvvəlki illərlə müqayisədə tez başa çatacağını bilirsiz. Ölkəmizdə təşkil olunacaq İslam Həmrəyliyi Oyunları ilə bağlı premyer-liqanın sonuncu turunun oyunları aprelin 29-da keçiriləcək və bununla da mövsüm yekunlaşacaq. Təbii ki, mayın 5-də baş tutacaq ölkə kubokunun final görüşü istisnadı.
Belədə ortaya sual çıxır: mövsümün apreldə sona çatması klubları maliyyə baxımından irəli salacaqmı? Hansı mənada? Futbolçularla bağlanan müqavilələr baxımından. Yəni əvvəlki illərdə komanda üzvləri mayın sonuna qədər top dalınca qaçırdı və əməkhaqqı da buna uyğun hesablanırdı. Lakin bu dəfə arada bir ayın söhbəti var. Futbolçular mayda evdə istirahət edəcəyi halda, buna görə maaş alacaq? Yoxsa müqavilə şərti çempionatın hansı ayda başa çatmasından asılı olmayaraq, may, ya da iyunun sonuna qədər nəzərdə tutulub? Məsələyə aydınlıq gətirmək üçün həm belə işlərdən xəbərdar olan agentlər, həm də klub rəsmiləri və futbolçular ilə danışdıq. Ortaya hansı nəticənin çıxdığını verilən cavablardan biləcəksiz.
Tural Əsgərov, agent: “Futbolçularla bağlanan müqavilələr aylara bölünmür. Mövsümün əvvəlində əldə olunan anlaşma sonuna qədər nəzərdə tutulur. Çempionatın apreldə başa çatması istisna haldı və bunda futbolçunun günahı yoxdu. Futbolçu müqaviləyə imza atanda maaş illik nəzərdə tutulur. Çempionat istər 7 ay davam eləsin, istərsə də 9 ay. Burda söhbət ümumi məbləğdən gedir. Məsələn, hansısa oyunçu 1 ilə görə 50 minlik anlaşmaya qol çəkir. O pulu onsuz da alacaq. Müəyyən məbləğdə “podyomnı” alır, qalan məbləğ də aylara bölünür. İstənilən halda, müqavilədə göstərilən maaşı alır. Belə deyim, çempionatın apreldə və ya mayda yekunlaşması klubları maddi baxımdan irəli salmır. Onsuz da hansısa futbolçu üçün nəzərdə tutulan əməkhaqqını verməlidilər. Dünyanın hər yerində futbol mövsümü iyulun 1-dən növbəti il iyunun 30-na qədər nəzərdə tutulur. Amma ötən il “Sumqayıt”da vəziyyət elə idi ki, klub futbolçu ilə mayın sonuna qədər anlaşırdı. Bunu da iyunda fasilə olması ilə əlaqələndirirdilər. İstənilən halda, futbolçuyla razılaşdırılan pul klubdan çıxır. “İnter”də hələ fevralın məvacibləri verilməyib. O ki qalmışdı maydan danışaq. Amma istənilən halda, futbolçular müqavilədə göstərilən məbləği almalıdı”.
Amil Yunanov, “Sumqayıt”ın hücumçusu: “Sumqayıt”da müqavilə 10 aylıq bağlanır. Yəni avqustdan mayın sonuna qədər. Buna görə də sənədə hansısa ümumi məbləğ yazılır. Və o pul bizə mövsüm başa çatana qədər verilir. İnanmıram ki, bu dəfə mayda oyunların olmaması əsas gətirilsin. Fikrimcə, həmişə necə olubsa, bu dəfə də eyni qaydada pulumuzu alacağıq. Nə olsun ki, mayda çempionat olmayacaq. Ona qalsa, iyunun sonu və iyulda təlim-məşq toplanışında iştirak edirik, amma buna görə pul almırıq. Mayda oyunların keçirilməməsinin prinsipial məqam olduğunu düşünmürəm”.
Mehman Rəsulov, “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri: “Əvvəla onu qeyd edim ki, bizdə yayda müqavilə müddəti bitən futbolçu yoxdu. Demək olar, hamısının klubla anlaşma müddəti davam edir. Belə olan halda mayda maaş alacaqları təbiidi. Yalnız Zdenek Folprext istisnadı ki, o da “Neftçi”də icarə əsasında çıxış edir. Onunla müqavilə müddəti aprelin sonuna qədər nəzərdə tutulub. Yalnız Folprext mayda maaş almayacaq. Bu da öncədən əldə olunmuş razılıq əsasındadı”.
Vaqif Heydərli, agent: “Futbolçu müqavilə imzalayanda ortada konkret məbləğ olur. Həmin pulu 3 dəfəyə alacaq, 5 dəfəyə, yoxsa mövsümün son oyununa qədər – fərq etmir. Sonda futbolçu nəzərdə tutulan pulu alır. Bəzi istisnalar da var. Məsələn, bildiyimə görə, AZAL-da maaşlar aylıq nəzərdə tutulub. Eşitdiyim kimidisə, həmin futbolçular mayda əməkhaqqı almayacaq. Çünki müqavilə aprelin sonuna qədər nəzərdə tutulub. Amma yenə də dəqiqləşdirin. Hətta belədisə, bu fakt istisnadı. Klubların böyük əksəriyyəti əvvəldə dediyim kimi, maaşı illik alır. Bu məsələdə vahid sistem yoxdu. Futbolçu ilə klubun razılığından asılı olan işdi. Anlaşılan dillə deyim. Müqavilə iyunun sonunda başa çatırsa belə, bu o demək deyil ki, futbolçu həmin tarixə qədər klubda olmalıdı, futbol oynamalıdı. Mövsüm başa çatdı, getdi evinə. Amma müqavilədə yazılan tarixə qədər olan əməkhaqqını alır”.
Denis Silva, “İnter”in müdafiəçisi: “Klubla bağladığım müqavilədə müddət iyunun sonuna qədər göstərilib. Səhv etmirəmsə, başqa legionerlərdə də belədi. Yəni mövsümün apreldə, yaxud mayda başa çatmasından asılı olmayaraq, iyuna qədər maaş almalıyam. Təbii ki, rəsmi sənədlər belə deyir. Klubdan nə deyiləcəyindən, hansı addım atılacağından xəbərsizəm. Vəziyyətin ürəkaçan olmadığını siz də bilirsiz”.
Elman Himayətoğlu, “Zirə”nin mətbuat katibi: “Müqavilələr mövsümün sonuna qədər bağlanır və ümumi məbləq nəzərdə tutulur. Burda çempionatın apreldə başa çatması həlledici rol oynamır. Mayda oyunlar keçirilməsə belə, futbolçular pullarını alacaq”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu Dünən, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi Dünən, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu Dünən, 17:32 “Futbol+”in işi klubların gözündə Dünən, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir Dünən, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı Dünən, 17:27 Cərimələr 20 mini ötdü Dünən, 17:26 Tərlan Əhmədovdan örnək addım Dünən, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu Dünən, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi Dünən, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi Dünən, 17:16 İlk qol, ilk xal, bəs sonra… Dünən, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! Dünən, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir Dünən, 17:09 Prosineçki yenə ləngidi Dünən, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq Dünən, 17:05 Futzalçılar Alesioda günah görmür Dünən, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur Dünən, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama Dünən, 16:58 Reaksiyalar Dünən, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı 15-10-2017, 14:23 Zaur Paşayev “Kutaisi”dən ayrılıb 15-10-2017, 14:15 “Zirə”lilər “Xəmsə”nin rəhbərinə yardım etdi 15-10-2017, 14:10 Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı 15-10-2017, 14:08 Ukrayna da U-17-ni darmadağın etdi 15-10-2017, 14:05 Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü 15-10-2017, 14:03 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir 15-10-2017, 14:02 “Traktorsazi” liderə uduzmadı 15-10-2017, 12:49 Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi 15-10-2017, 12:47 Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu 15-10-2017, 12:46 Hakimliyimizin biabırçı mənzərəsi... 15-10-2017, 12:44 Yığmalar rəsmi oyunlara çıxır, AFFA-nın saytı “yatır” 15-10-2017, 12:42 Reqbi Federasiyası acınacaqlı durumdadı Bütün xəbərlər
Ən çox oxunanlar