08 yan 10:54olke

“Ümid edirəm ki, “Səbail” futbolda özünəməxsus tarix yazacaq”


Əbdülqəni Nurməmmədovun bərpa prosesi uzanır
“Futbol+” olaraq, veteran futbolçuları daim diqqət mərkəzində saxldığımızı bilirsiz. Hər nə qədər Azərbaycanda futbol və futbolçuların olmadığı deyilsə də, tarixdə iz qoymuş oyunçularımı xatırlamağa borcluyuq. Onlardan biri də vaxtilə “Neftçi”nin şərəfini qorumuş Əbdülqəni Nurməmmədovdu. Hazırda “Səbail”in Müşahidə Şurasında təmsil olunan veteran futbolçu uzun illərdi budunda yaşanan problemdən əziyyət çəkir. Veteran futbolçu bir dəfə həmin nahiyədən əməliyyat olunsa da, uzun illərdən sonra növbəti əməliyyata ehtiyac duyulub. Bayram günlərində sabiq komanda yoldaşları Asim Xudiyevlə Şakir Qəribov Əbdülqəni bəyə baş çəkib, onun durumu ilə maraqlanıblar. Biz də öz növbəmizdə veteran futbolçunun son durumu ilə maraqlandıq, bəzi suallar ətrafında söhbətləşdik.
- Əbdülqəni müəllim, bildiyimiz qədər siz bir neçə ay öncə əməliyyat olunmusuz. Ancaq Asim Xudiyevin sosial şəbəkədə paylaşdığı şəkildə hələ də çəliyə ehtiyac duyduğunuz görünür...
- Bildiyiniz kimi, ilk dəfə çanaqla budun birləşdiyi nahiyədən 2005-ci ildə Uktaynanın paytaxtı Kiyevdə əməliyyat olunmuşam. Həmin vaxt mənə deyilmişdi ki, əməliyyatdan sonra 15-20 il heç nəyə ehtiyac duyulmayacaq. Ancaq son vaxtlar həmin nahiyədə baş qaldıran ağrılar mənə çox əziyyət verirdi. Səninlə sonuncu dəfə görüşümüz səhv etmirəmsə, ötən ilin mayında olmuşdu. Özün də gördün ki, çəliklə belə ağır gəzirdim, ağrılarım var idi. Hələ onda sənə dedim ki, əməliyyata ehtiyac var. İki ay sonra, daha dəqiq desəm, iyulun 26-da Ankarada növbəti dəfə cərrah bıçağı altına uzanmalı oldum. Şükür Allaha, hər şey yaxşı qutardı. Bu gün səninlə danışıramsa, deməli, işlər qaydasındadı.
- Artıq əməliyyatdan 6 ay keçib. Ancaq siz hələ də çəlikdən istifadə edirsiz. Heç bir yardım olmadan gəzməyiniz üçün nə qədər vaxt tələb olunur? Həkimlər nə deyiblər?
- Əməliyyat edən həkim 5 aydan sonra müstəqil olaraq ayaqüstə duracağımı, istədiyim yerə gedə biləcəyimi demişdi. Ancaq bərpa dövrü zamanı evdə gecə vaxtı ayağım sürüşdü və dizimdən zədə aldım. Bu səbəbdən heç nədən istifadə etmədən, müstəqil gəzmək arzumu bir qədər gözləmək məcburiyyətindəyəm. Həkimlər əməliyyatdan sonra ayyarım 4 ayaqlı əsa, ayyarım 2 əsa, 2 ay da bir əsa ilə hərəkət etməli olduğumu əvvəlcədən demişdilər. Təəssüf ki, planlaşdırılmamış zədə (gülür) məni bir qədər geri saldı.
- İlk əməliyyatın Kiyevdə, ikincinin isə Ankarada olduğunu bildirdiz. Bakıda belə əməliyyatları edəcək həkim yox idi, yoxsa bizim təbiblərə güvənmədiz?
- Xatırlayırsansa, aylar öncə səninlə bu haqda söhbətimiz olmuşdu. Özüm də istəyirdim ki, ikinci əməliyyat Bakıda olsun. Ancaq bu elə əməliyyatdı ki, heç kim məsuliyyəti üzərinə götürmək istəmir. Bizim çox savadlı, işini bilən həkimlərimiz var. Lakin belə əməliyytlar hər saat bizdə olmur. Təbii ki, ilk növbədə vətəndə əməliyyat olunmaq istədim. Maşallah, son vaxtlar ölkə xaricində təhsil alıb vətənə layiqli və savadlı kadr kimi dönən gənclərimiz çoxdu. Onların arasında savadlı həkimlər də az deyil. Ancaq bu sahə üzrə müstəqil əməliyyat edənlər yoxdu. Gənc həkimlərimizdən bir neçəsi ilə görüşdük, müzakirə apardıq. Onlar bildirdilər ki, belə əməliyyatlarda iştirak etsələr də, hocaların, yəni professorların rəhbərliyi ilə əməliyyatda iştirak ediblər. Risk etmək istəmədilər. Onları da hardasa başa düşmək lazımdı. Belə ki, bu cür əməliyyatlar ilk dəfə daha asan olur. Birinci dəfə dəyişdiriləcək nahiyənin ölçüsü bilinir. Ancaq üstündən illər keçəndən sonra bu məsələ bir qədər qəlizləşir. Yəni çoxları bilmir ki, eyni yerdə ölçü dəyişib, ya yox. Ona görə də növbəti dəfə ölkə xaricinə yollanmalı oldum. Özünüz də bilirsiz ki, futbol oynadığım vaxt heç nədən qorxmamışam. Ümumiyyətlə, həyatda qorxaq olmamışam. Bəzilərinin ayaqla “sürüşmə” fəndi etməyə çəkindiyi yerdə mən az qala başla bunu etmişəm. Ancaq Ankaradakı əməliyyatda mən də qorxdum. Çünki əməliyyatdan sonra təzyiqim çox aşağı düşdü. Həyat yoldaşım da yanımda idi. Yaxşı ki, nə şəkərim var, nə də qan təzyiqindən əziyyət çəkirəm. Bunlardan hanısa biri olsaydı, çətin ki, bıçaq altından sağ-salamat çıxa bilərdim.
- Ağır əməliyyat olunduğunuzu bildirdiz. Yəqin ki, bunun üçün xeyli vəsait tələb olunub. AFFA və ya Müşahidə Şurasında təmsil olunduğunuz “Səbail” əməliyyat üçün sizə yardım etdi?
- Həm “Səbail”, həm də AFFA rəhbərliyinə etdiklərinə görə təşəkkür edirəm. Yenə deyirəm, əməliyyat, həyat yoldaşımın yanımda qalması üçün xeyli vəsait tələb olunurdu. Məbləğ haqda nəsə demək istəmirəm. Yalnız onu deyə bilərəm ki, Azərbaycanda veteran futbolçulara daim kömək olunur.
- İnşallah, heç bir kömək olmadan nə vaxt gəzə biləcəksiz?
- İnşallah, fevrala qədər yəqin ki, əvvəlki kimi müstəqil, heç bir kömək olmadan gəzəcəm. Ən azı bunun üçün çalışıram.
- Əbdülqəni müəllim, veteran futbolçu olmaqla yanaşı, eyni zamanda “Səbail”in Müşahidə Şurasının üzvüsüz. Klubda yaşanan son proseslərə münasibət bildirməyinizi istərdik.
- “Səbail” yarandığı gündən ölkə futboluna müəyyən rəng qatıb. Komandanın ötən yay avrokuboklarda çıxışı, yəqin ki, hamının yadındadı. Çoxları bizim komandadan belə mübarizə gözləməsə də, Rumıniya təmsilçisi ilə dueldə cütün taleyi son saniyələrdə həll olundu. Ola bilsin, indi maliyyə cəhətdən klubda durum o qədər də ürəkaçan deyil. Bir çox aparıcı futbolçular düşərgəni tərk ediblər. 5 aydı komandanın yanında olmasam da, yaşananlardan az-çox xəbərim var. Yola gənclərlə davam edəcəyik. Ümid edirəm ki, yeni siyasət özünü doğruldacaq və “Səbail” futbolumuzda özünəməxsus tarix yazacaq. Aftandil Hacıyevi nədəsə qınaya bilmərəm. O baş məşqçi kimi üzərinə düşən işi layiqincə yerinə yetirməyi bacarıb.
- Əməliyyatdan sonra istər klubdan, istərsə də veteran futbolçulardan sizi yada salanlar olub?
- Bu məsələdə heç kimdən şikayətçi ola bilmərəm. Açığı, özüm də hamının xeyrinə-şərinə yaradığımdan belə də münasibət gözləyirdim (gülür). “Səbail”in rəhbərliyi, futbolçuları vaxtaşırı mənə baş çəkiblər. Veteranlarımız da məni yaddan çıxarmayıblar. Oqtay Abdullayev başda olmaqla, demək olar ki, bütün veteranlar durumumla maraqlanıb, əlaqə saxlayıb, baş çəkiblər. Bu gün də ən azı iki gündən bir Oqtay müəllim mənimlə əlaqə saxlayır. Göstərilən diqqətə və durumumla maraqlandıqlarına görə hər kəsə təşəkkür edirəm. İnşallah, qısa vaxtda ayağa durub yenidən “Səbail”in oyunlarında stadionlarda olacam. Ümid edirəm ki, komandanın Antalyadakı təlim-məşq toplanışında da iştirak edəcəm.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:28 “Bülənt Korkmaz elə bilirdi ki, Azərbaycanda heç kimin futboldan anlayışı yoxdu” Dünən, 11:23 Nurlan Novruzov Moldovanı Estoniyaya dəyişdi Dünən, 11:22 AFFA oyunlarda çəkiliş aparanlara “barmaq silkələdi” Dünən, 11:20 “Doğma Bakıda futbolun incəliklərini öyrəndim” Dünən, 11:12 Aqil Nəbiyev beş aydı məşğul olduğu işi davam etdirəcək Dünən, 11:09 Tovuzlular sevindi, gəncəlilər üzüldü Dünən, 11:07 İsmayıllı futbolçuları Qəbələdən kubok apardı 21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı Bütün xəbərlər
Ən çox oxunanlar