03 yan 16:26olke

“Zirə”dən Elvinə “get” deyən olmayıb


“Gəncliyimdə indiki qədər işləsəydim, Allah bilir haralardaydım”
“Zirə”ni tərk edəcək futbolçular arasında Elvin Məmmədovun da olacağı deyilir. Düzdü, hələ ki klub bu məlumatı təsdiqləməyib. Lakin deyilənə görə, baş məşqçi tələbini klub rəhbərliyinə bildirib və hazırda tərəflər arasında danışıqlar gedir. Bu da hardasa anlaşılandı. Mövsümün ilk yarısında zirəlilər hər nə qədər eniş-yoxuşlu qrafik cızsalar da, sabiq yığma üzvü əsas heyətdə möhkəmlənməkdə çətinlik çəkdi. Həm də komandaya iki yarımmüdafiəçi – Ağabala Ramazanovla Davit Volkov cəlb olunubsa, Məmmədovun göndərilməsinin səbəbini anlamaq çətin deyil. Təcrübəli yarımmüdafiəçi ilə dünənki söhbətimizin məğzi bu olsa da, fürsətdən istifadə edib keçmişi də vərəqlədik.
- “Zirə” ilə məsələn nə yerdə qalıb?
- Yalnız mətbuatda yazılanlarla tanışam. Başqa elə bir şey yoxdu.
- Klubdan sənə heç nə deyilməyib?
- Heç kim heç nə deməyib. Ümumiyyətlə, bu mövzu ətrafında heç nə danışmaq istəmirəm. Ortada heç nə yoxdusa, fikir bildirmək artıqdı. Başqa suallarınız varsa, söhbət edək.
- Bilmək istədiyim də budu. Klubdan sənə “get” deyilib, ya yox?
- Xeyr, deyilməyib.
- Özün öz gələcəyini harda görürsən? “Zirə”də, yoxsa başqa yerdə?
- Məsələ açıq qalıb deyə, başqa nəsə fikirləşməyim mümkünsüzdü. Klubla müqaviləm var və hələ ki burdayam. Sabah nə olacağını təxmin etmək, söyləmək çətindi.
- Oynadığın komandalarda səni əsas heyətdə görərdik. Xeyli vaxtdı əvəzləyici funksiyasını daşıyırsan və görünən budu ki, durumundan razısan.
- Düşdüyüm durum sırf zədəylə bağlıdı. Bəzən jurnalistləri də qınayıram. Bilmədən, soruşmadan, əmin olmadan nəsə yazırlar, adamlara yanlış məlumat çatdırırlar. Yaxşı olardı ki, kənarda qalmağımın səbəbini bilsinlər, öyrənsinlər. Ya müalicə aldığıma görə kənarda qalmışam, ya da zədədən sonra olub deyə, az oynamışam. Zaur Həşimov gələndən zədədən tam qurtula bilmirəm. Samir Abasovun dönəmində özünüz də görürdüz ki, oynayırdım.
- Jurnalistləri, zədəni, oynamamağı bir qırağa qoyaq. Özün 3-5 il əvvəlki Elvini görürsən?
- Təbii ki, yox.
- Niyə?
- Nəyisə kiminsə boynuna atmaq fikrində deyiləm. Səbəb sırf özümlə bağlıdı. Günahkar axtarmalı olsam, sırf özümü göstərərəm. Düzdü, məndən asılı olmayan səbəblər də var, olub. Amma ümumi planda suç mənimdi. Həyatdı, keçmişi qaytara bilmirsən.
- Bugünkü durumundan məmnunsan?
- Hər günümüzə şükür etməliyik. Bu gün futbol oynayıramsa, top dalınca qaçıramsa, Allaha şükür etməliyəm. Əlbəttə, bundan da yaxşı ola bilərəm. Məni zədələr geri saldı.
- Sənə elə gəlmir ki, müəyyən həddə gələndən sonra öz üzərində lazımınca çalışmadın, bir növ “ulduz xəstəliyinə tutuldun”? Yadımdan çıxmaz, vaxtilə 3-4 aparıcı klub səni heyətinə qatmaq uğrunda mabarizə aparırdı, dollarlar göydə uçurdu.
- Azərbaycanda ulduz futbolçu yoxdu. Heç vaxt da olmayıb. Bu mənim şəxsi fikrimdi. Ona görə də “ulduz xəstəliyi” söhbəti ilə razılaşa bilmərəm.
- Vurğunu “ulduz” sözünə vurmayaq, birləşmənin özünü götürək. Sanki ad-san başını gicəlləndirdi.
- Belə düşünmürəm. Karyeramdakı enişə ya zədə mane olub, ya da heyətdəki rəqabət. “Qarabağ”ın o vaxtkı heyətini yada salın. Hamısı bacarıqlı futbolçular idi, yığmanın 70-80 faizini “Qarabağ”lılar təşkil edildi. Ona görə də daim əsas heyətdə möhkəmlənmək çətin idi. Elə bir komandaya getməliydim ki, gənc yaşlarımda daim oynayım, mübarizə aparım. Ona görə də “Bakı”ya üz tutdum. Ora gedəndə də zədəliydim, hətta müqaviləni də zədəli halda bağlamışdım. Çünki əvvəldən danışıb, razılaşmışdım. 3 ay zədəli oldum, sonra da hər 3 aydan bir məşqçi dəyişiklikləri yaşandı. Belə olanda futbolçular üçün də problem yaranır. Bunlar azmış kimi, klubda müəyyən proseslər yaşandı, “Bakı” böhranla üzləşdi, hərbi xidmət problemi ortaya çıxdı. Bir sözlə, 3 ilyarım boşuna getdi. Ardınca “İnter”ə keçdim və kareyramda yüksəliş başladı. Buna görə Kaxaber Tsxadadzeyə sonsuz minnətdaram. Komandaya götürəndə dedi ki, mən deyənləri et, uzağı 3 aya yığmaya dəvət alacaqsan. Belə də oldu. Bəxtimdən “İnter”də də böhran yaşandı, borclar yığıldı, transferlərə qadağa qoyuldu. Sonra “Qarabağ”, “Qəbələ”, “Sumqayıt”, “Zirə”... Dərinliklər çoxdu, sadəcə, oralara girmək istəmirəm.
- Bəlkə futboldan doymusan? Zarafat deyil, 16 yaşından premyer-liqada top qovursan, artıq 15 ildi.
- Sizi inandırım, gəncliyimdə indiki qədər işləsəydim, Allah bilir haralardaydım. Yaş artıqca daha çox çalışmalısan, məsuliyyət bir az da artıb. Xaraktercə elə insanam ki, hansısa rəqib məni rahat şəkildə keçəndə əsəbləşirəm. Ona görə də məşqlərdə əzmlə çalışıram. Hələ 31 yaşım var, futbolçu üçün ən parlaq dövrdü, futboldan ləzzət alan vaxtımdı. Gücüm olmasa, inanın ki, geri çəkilərəm, oynamaram. Bəlkə də insanların məni daim əsas heyətdə görməyə gözü öyrəşib deyə, indiki durumum onlara qəribə gəlir, tükəndiyimi düşünürlər. Çempionatın 5-10 il əvvəlki vaxtları olsaydı, “çatdırmamaq” haqda danışmaq olardı. Amma bu gün 8 komandalı çempionatda oynamaq üçün yetərincə gücüm var. Məncə, vəziyyətim bərbad deyil. “Səbail”lə kubokun cavab görüşündə sonradan meydana çıxıb, komandaya az da olsa, fayda verməyi bacardımsa, deməli, oynamağa gücüm var. Hələ bu, 50 faiz məşq etməklə belədi.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:28 “Bülənt Korkmaz elə bilirdi ki, Azərbaycanda heç kimin futboldan anlayışı yoxdu” Dünən, 11:23 Nurlan Novruzov Moldovanı Estoniyaya dəyişdi Dünən, 11:22 AFFA oyunlarda çəkiliş aparanlara “barmaq silkələdi” Dünən, 11:20 “Doğma Bakıda futbolun incəliklərini öyrəndim” Dünən, 11:12 Aqil Nəbiyev beş aydı məşğul olduğu işi davam etdirəcək Dünən, 11:09 Tovuzlular sevindi, gəncəlilər üzüldü Dünən, 11:07 İsmayıllı futbolçuları Qəbələdən kubok apardı 21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı Bütün xəbərlər
Ən çox oxunanlar