13 apr 18:58olke

Hakimi söydü, 1600 manat cərimələndi

Hakimi söydü, 1600 manat cərimələndi
Çərşənbə axşamı AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Komitə üzvləri Topaz premyer-liqası və əvəzedicilərin yarışında 25-ci, divizionda 23-cü turda yaşananlara hüquqi qiymət verib.
Premyer-liqada yalnız mərkəzi oyundan “pul çıxıb”. Özü də AFFA “Qarabağ”la “Qəbələ”ni hakimin final fitindən sonra yaşanan olaya görə cərimələyib. Belə ki, matç başa çatdıqdan sonra hər iki komandanın azarkeşləri pirotexniki vasitələrdən yararlanıb ki, bu da ümumilikdə liderlərə 1600 manata (hərəyə 800) başa gəlib. Bu komandaların əvəzedicilərinin görüşündə Ağdam təmsilçisinin 4 üzvü sarı vərəqə alıb. Bu isə 400 manat deməkdi. “Sumqayıt” da analoji cəriməyə məruz qalıb. “Neftçi”ylə “Zirə” isə qırmızı vərəqələrin güdazına gedib. “Kəpəz”lə oyuna əlavə olunmuş dəqiqələrdə “sonuncu ümid folu”na əl atan və birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılan Sənan Əbilov növbəti turu buraxacaq. Klubu ona görə 100 manat “tərləyəcək”. “İnter”lə matçın 69-cu dəqiqəsində hakimi təhqir edən “Zirə”li Vüsal İsgəndərli isə ağır sanksiyaya məruz qalıb. İntizamsız futbolçu 4 oyunluq diskvalifikasiya olunub, klubu 1600 manat cərimələnib.
Diviziona gəlincə, MOİK – “Mil-Muğan” oyununun 83-cü dəqiqəsində “hərbçilər”in üzvü Hüseyn İsgəndərov ikinci xəbərdarlıqdan sonra komandasını azlıqda qoyub. “48-ci maddə”yə düşən təcrübəli futbolçu 1 oyun və 20 manat cərimə ilə canını qurtara biləcək. “Bakılı” isə “Qaradağ Lökbatan”la oyundakı sarı vərəqələrin çoxluğuna görə 80 manat ödəyəcək.
Beləliklə, İK son iclasda klublara 4200 manat cərimə kəsib. Nəticədə mövsümün əvvəlindən cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğ 164550 manata çatıb.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu Dünən, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi Dünən, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu Dünən, 17:32 “Futbol+”in işi klubların gözündə Dünən, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir Dünən, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı Dünən, 17:27 Cərimələr 20 mini ötdü Dünən, 17:26 Tərlan Əhmədovdan örnək addım Dünən, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu Dünən, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi Dünən, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi Dünən, 17:16 İlk qol, ilk xal, bəs sonra… Dünən, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! Dünən, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir Dünən, 17:09 Prosineçki yenə ləngidi Dünən, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq Dünən, 17:05 Futzalçılar Alesioda günah görmür Dünən, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur Dünən, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama Dünən, 16:58 Reaksiyalar Dünən, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı 15-10-2017, 14:23 Zaur Paşayev “Kutaisi”dən ayrılıb 15-10-2017, 14:15 “Zirə”lilər “Xəmsə”nin rəhbərinə yardım etdi 15-10-2017, 14:10 Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı 15-10-2017, 14:08 Ukrayna da U-17-ni darmadağın etdi 15-10-2017, 14:05 Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü 15-10-2017, 14:03 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir 15-10-2017, 14:02 “Traktorsazi” liderə uduzmadı 15-10-2017, 12:49 Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi 15-10-2017, 12:47 Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu 15-10-2017, 12:46 Hakimliyimizin biabırçı mənzərəsi... 15-10-2017, 12:44 Yığmalar rəsmi oyunlara çıxır, AFFA-nın saytı “yatır” 15-10-2017, 12:42 Reqbi Federasiyası acınacaqlı durumdadı Bütün xəbərlər
Ən çox oxunanlar