13 apr 18:56olke, manset

“Qəbələ”nin çempionluğuna nə mane olur…

“Qəbələ”nin çempionluğuna nə mane olur…
…və ya lənətlənmiş 4-cü uzatma dəqiqəsi

Hələ mövsüm start götürməmiş çempionluq uğrunda mübarizənin əsasən iki komanda arasında gedəcəyi proqnozlaşdırılırdı. Hətta futbol ictimaiyyəti 8 komandalı çempionatı iki hissəyə bölmüşdü: “Qarabağ”, “Qəbələ” və başqaları. Buna da səbəb var idi. İstər “köhlən atlar”, istərsə də şimallılar qalan elita təmsilçilərini hər meyarda üstələyirdi. Hər iki komandanın heyətində yer alan yerli və legioner futbolçuların səviyyəsi premyer-liqanın qalibi olmağa imkan verirdi. Hətta proqnozsevərlər “qırmızı-qaralar”ın yayda avrokuboklardakı çıxışını nəzərə alaraq, mövsümün sonunda tarixində ilk dəfə “qızıl”a sahib çıxacağını düşünürdü. Çempionata əla start verən Roman Qriqorçukun yetirmələri də ümidləri doğruldurdu. İlk dövrədə məğlub olmayan və hətta qol buraxmayan bölgə təmsilçisi çempionluğa iddiasını ortaya qoydu. Ancaq zaman keçdikcə “Qarabağ”la aradakı xal fərqi əridi və hazırda sona 3 tur qalmış ukraynalı mütəxəssisin rəhbərlik etdiyi komandanın çempionluq şansı elə də yüksək deyil. Düzdü, ötən tur “qırmızı-qaralar” ağdamlıları məğlub etsəydi, intriqa bərpa olunacaqdı. Lakin “Tofiq Bəhramov”da qeydə alınan qolsuz heç-heçə Qurban Qurbanovun yetirmələrini “qızıl”a daha da yaxınlaşdırdı. Çox güman, bu gedişlə “Qarabağ” ardıcıl 4-cü dəfə çempionluğu bayram edəcək. Bu durumda istər-istəməz “Qəbələ”nin çempionluğuna mane olan səbəblər haqda düşünmək lazım gəlir. Şimallıların tarix yazmasına nə mane oldu? Bu suala cavab tapmaq elə də çətin deyil. Bu yazıda “qırmızı-qaralar”ın şahlıq taxt-tacına çıxmasına əngəl yaradan məqamlara toxunacağıq.
“Qısa məsafələr” üzrə ixtisaslaşan baş məşqçi
Roman Qrqiqorçuk azsaylı mütəxəssislərdəndi ki, Azərbaycan klubunda işə başlar-başlamaz məşqçi kimi özünü təsdiqləməyi bacarıb. Məhz o “sükan arxasına” keçəndən sonra “Qəbələ” ölkə futbolunda ab-havanı müəyyənləşdirən klublardan biri olub. Düzdü, ukraynalının gəlişinə qədər rəhbərlik klubun inkişafı yönündə müəyyən addımlar atmışdı. Ancaq etiraf edək ki, nə Toni Adams, nə Fatih Kavlak, nə də Yuri Syomin onun kimi şimallıları yüksəklərə daşıyıb. Dorinel Muntyanudan isə danışmağa dəyməz. “Qəbələ”nin Qriqorçukun rəhbərliyi altında yeni mərhələyə yüksəldiyini bildiririksə, ukraynalının çatışmayan cəhətlərini də qeyd etməliyik. 52 yaşlı çalışdırıcı məşqçi karyerası ərzində daha çox kubok mütəxəssisi kimi tanınıb. O istər Latviyada, istərsə də Ukraynada işlədiyi dönəmdə baş məşqçisi olduğu komandaları ölkə kubokunun finalına daşımaqla ad çıxarıb. Odessa “Çernomorets”i ilə 2012/13 mövsümündə Ukrayna kubokunu başı üzərinə qaldıran çalışdırıcı 2013-də superkuboku da qazanmağı bacarıb. Latviyada isə “Ventspils”lə iki dəfə (2006, 2007) bu uğura imza atıb. Növbəti mövsümdə bu komanda finalda uduzub. 2001-ci ildə “Dinaburq” da onun rəhbəliyi altında Latviya kubokunun finalına vəsiqə qazansa da, əsas qarşılaşmada qeydə alınan nəticə məyusedici olub. Baxmayaraq ki, Roman İosifoviç adını çəkdiyimiz Baltikyanı respublikada 3 dəfə çempionluq sevinci yaşayıb, 2007-ci ildə onun yetirmələri Baltikyanı liqanın finalında da meydanı məyus tərk edib. “Qəbələ” məhz Qriqorçukun rəhbərliyi altında avrokuboklarda iki il ardıcıl 4 mərhələ adlayaraq qrupa vəsiqə qazanan yeganə komanda kimi adını tarixə yazdırmağı bacarıb. Bu fakt bir daha sübut edir ki, 52 yaşlı məşqçi ikili oyunların qəhrəmanı olmağı xoşlayır və bunu bacarır. Ancaq yuxarıda qeyd etdiyimiz kimi, “qısa məsafələr” üzrə ixtisaslaşan Qriqorçuk marafonda aciz görünür. Marafon isə sprint yarışlarından fərqli, idmançıdan daha çox baş işlətməyi tələb edir. 42 km-i qazanmaq üçün yürüşə qatılan atlet məsafə boyunca qaçmaqla yanaşı, gücünü nəzərə alıb onu bərabər bölməyi bacarmalıdı. Roman İosifoviçin komandası isə ilk iki dövrəni birnəfəsə keçsə də, qışdan sonra tempi saxlaya bilmədi. Bu çatışmazlıq da birbaşa baş məşqçinin passivinə yazılmalıdı.
Son dəqiqə sindromu
Cari mövsümdə şimallıların ən böyük çatışmazlığı oyundan tez qopmalarıdı. “Qırmızı-qaralar” premyer-liqanın 4 turunda vacib 3 xalı əldən verməklə yadda qalıblar. 9-cu turda “Sumqayıt”la səfərdə baş tutan qarşılaşmada Qriqorçukun komandası hesabda 2:1 öndə olsa da, əsas vaxt əlavə olunmuş 4-cü dəqiqədə qapısında qol görməklə heç-heçəyə razılaşıb. 13-cü turda Suraxanıda “Qarabağ”la matçda 87-ci dəqiqədə fərqlənən qonaqlar yenə əlavə olunmuş vaxtın 4-cü dəqiqəsində qapısında ikinci qolu görməklə 3 xalı əldən verib. 18-ci turda “Zirə” ilə oyunun 90+4-cü, AZAL-la matçın isə 90-cı dəqiqəsində qələbə hesabını qoruya bilməyən komandanın bu gün “qızıl”dan uzaq düşməsinin günahı nə hakimlərdədi, nə də başqa şəxslərdə. Düzdü, “qartallar”la matçda rəqibin ikinci qolu ofsayddan vurduğunu, “köhlən atlar”la görüşdə isə hakimin vaxta lazım olandan daha çox əlavə etdiyini nəzərə almaq lazımdı. Lakin bu faktlar da Qriqorçukun komandasına haqq qazandırmır. Qeyd etdiyimiz xal itkiləri olmasaydı, şimallılar sona 3 tur qalmış turnir cədvəlində “Qarabağ”a yuxarıdan aşağı baxa bilərdi.
Motivasiya problemi
Çempionluq uğrunda əsas rəqibi “Qarabağ”la şəxsi görüşlərdə inamlı təsir bağışlayan şimallılar nədənsə özlərindən zəif komandalarla görüşdə eyni əzmkarlığı göstərə bilməyib. Onlar ağdamlılarla 4 qarşılaşmanın ikisində qalib gəlib, birində heç-heçə edib, birində isə məğlub olub. Top fərqi də Qriqorçukun yetirmələrinin xeyrinədi – 5:2. Lakin çempion olmaq üçün əsas rəqibi üstələməklə iş bitmir. “Qəbələ” “Sumqayıt”, AZAL və “Zirə” ilə iki matçda heç-heçəyə razılaşıb. Bu gün heç də xoş günlərini yaşamayan “Neftçi”yə məğlubiyyət də komandanın passivinə yazılmalıdı. Belə çıxır ki, güclüyə qarşı var qüvvəsi ilə mübarizə aparan “qırmızı-qaralar” favorit kimi çıxıdğı oyunlara köklənməklə bağlı problem yaşayıb. Bunun günahı futbolçulardadı və ya baş məşqçidə - bunu artıq rəhbərlik aydınlaşdırmalıdı.
“Oturuşmuş” heyətin yoxluğu
Bu gün “Qarabağ”ın “Qəbələ”dən bir addım öndə olmasını əsaslandıran şərtlərdən biri də “oturuşmuş” heyətə malik olmasıdı. Qurban Qurbanov artıq neçə mövsümdü eyni taktikadan və eyni ifaçıların xidmətindən yararlanır ki, bu da futbolçuların meydanda 0bir-birini gözüyumlu anlamasını şərtləndirir. Qış fasiləsində Reynaldonun “Adanaspor”a satılması, orta xəttin ağası Kintananın zədələnərək mövsümü erkən bitirməsi belə ağdamlıların oyun sisteminə o qədər də təsir göstərməyib. Ancaq “Qəbələ” bu yöndə axsayır. Roman İosifoviç mövsümün geridə qoyduğumuz hissəsində, demək olar ki, optimal heyəti formalaşdıra bilmədi. “Köhlən atlar” kimi üç cəbhədə mübarizə aparan “qırmızı-qaralar” hər matça fərqli ifaçılarla çıxıb ki, bu da istər-istəməz nəticəyə təsir göstərib. Avrokuboklarda komandanı arxasınca aparan Teo Uiks qitəmiqyaslı oyunlarda hücumçuların arxasında çıxış edirdisə, premyer-liqa görüşlərində baş məşqçi onu bir qədər arxaya çəkərək dayaq yarımmüdafiəçisi mövqeyində oynamasına qərar verdi. Bu isə o qədər də effektli alınmadı. Daniel Subotiçin gəlişindən sonra isə “qırmızı-qaralar”ın daha məhsuldar oyun sərgiləcəyini düşünmək olardı. Ucaboy forvardın “ikinci mərtəbə”də inamlı çıxışı, “vuran ayağ”ının olması belə düşünməyə əsas verirdi. Ancaq baş məşqçinin “necə olur-olsun, topu ona çatdırmaq” taktikası özünü doğrultmadı. Şimallıların şablon oyun modeli rəqiblər üçün artıq “açılmış sandıq” idi. Qışa qədər Baqali Dabo, Ruslan Qurbanov kimi forvardlardan yararlanan baş məşqçi hər oyunda müxtəlif variantlardan istifadə etməklə rəqibi çaşdırırdısa, 3-cü və 4-cü dövrədə yalnız bir forvarda güvənməklə özünü “yandırdı”.
Liderin yoxluğu
“Qarabağ”ı ardıcıl 4-cü dəfə çempionluğa daşıyan məqamlardan biri də komanda daxilində Rəşad Sadıqov kimi xarizmatik fiqurun varlığıdı. Məhz Sadıqov çətin anlarda meydanda baş məşqçi funksiyasını yerinə yetirməklə qalan 10 futbolçunun “boşalmasına”, oyundan tez qopmasına imkan vermir. Qurban bəyin “sağ əli” bir çox taleyüklü matçlarda oyunu üzərinə götürərək, komandanı arxasınca aparmağı bacarıb. Təəssüf ki, “Qəbələ”də eyni missiyanı həyata keçirəcək nə yerli, nə də əcnəbi futbolçu var. “Qırmızı-qaralar”ın təcrübəli simaları Rəşad Sadiqov, Cavid Hüseynov yaşlarına və statuslarına baxmayaraq, bu işin öhdəsindən gələ bilmədilər.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi 20-08-2017, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? 20-08-2017, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir 20-08-2017, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı 20-08-2017, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək 20-08-2017, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı 20-08-2017, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı 19-08-2017, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? 19-08-2017, 18:52 “Qarabağ” iki gün əvvəl gedir 19-08-2017, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları 19-08-2017, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” 19-08-2017, 16:32 Ramil yenə meydana çıxmadı 19-08-2017, 16:29 Kəmaləddin Heydərov postunda qaldı 19-08-2017, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı 19-08-2017, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır 19-08-2017, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc Bütün xəbərlər
Ən çox oxunanlar