27 dek 12:39olke

Riçard “Qarabağ”dan 1 milyon tələb edir


Vaxtında qaytarmasaydılar, bu gün özü yalvarardı
Hər dəfə fasilə dönəmində mütləq “Qarabağ”da hansısa futbolçunun müqavilə şərtləri ön plana çıxmalı, klub rəhbərliyi kiminsə nazı ilə oynamalıdı. İllərdi davam edən proses bu gün də aktuallığını qorumaqdadı. Vaxtilə Dani Kintana, Miçel, Vild-Donald Geryenin rəhbərlik qarşısında qaldırdığı “pulumu artırın, qalım” iddiasını bu gün Riçard Almeyda uğurla davam etdirməkdədi.
Əslən Braziliyadan olan “azərbaycanlı” yarımmüdafiəçi daha çox qazanmaq eşqinə düşüb və bunun üçün “Qarabağ”a “qiymət oxuyur”. Başqasına yox ha, onu Riçard edən, Çempionlar Liqasının qrupunda çıxış etməsinə, yığmada oynamasına səbəbkar olan “Qarabağ”a. Razıyam, futbolçuların 90 faizi üçün sadiqlik, mənəvi dəyərlər ciddi önəm daşımır. Onları maraqlandıran puldu. Harda çox maaş təklif edirlərsə, ora can atırlar. Bu mənada Almeydanın “havalarda uçması” qeyri-adi görünməməlidi. Amma adam nəsə istəyəndə bacarığına, bu gün nəyə sahib olduğuna baxmalıdı.
Bugünkü Riçard 3-5 il əvvəlki futbolçudu? Xeyr, qətiyyən! Adam illər öncə sərgilədiyi futbolun yarısını ortaya qoya bilmir. Topla rəftarı və solaxay olması bir çox qüsurlarını ört-basdır etsə də, həlledici anlarda etdiyi kobud səhvlər yaddaşlara yazılıb. Təkcə APOEL ilə taleyüklü oyundakı nöqsanları xatırlatmaq bəs edir. Buna baxmayaraq, özündən kifayət qədər razıdı, əvəzedilməz olduğunu düşünür, “Qarabağ”ın ondan əl çəkməyəcəyi qənaətindədi.
Hə, keçək məsələnin əsas tərəfinə - pul davasına. Əldə etdiyimiz bilgiyə görə, Riçard klub rəhbərliyi qarşısına illik 600-650 min dollar əməkhaqqı şərti qoyub. Aşağı-yuxarı 1 milyon manat. Bu da nə ilə bağlıdı? Ağdamlılar bu ilin əvvəlində onu “Astana”dan qoparmaq üçün göstərilən məbləğ civarında maaş təklif etmişdi. Ki, Almeydanın “Astana”dan alacağı vardı, qazaxlar da onu sərbəst buraxmaq istəmirdi. Yekunda futbolçu klubdan alacağından imtina etməliydi ki, rahat buraxılsın və həmin pulu “Qarabağ”dan alsın. Bizimkilər də komandanın “ürəyi” hesab olunan futbolçunu itirməmək üçün 1 ilə görə yuxarıda göstərilən məbləğlə razılaşmışdılar. Yəni Almeydanın 2018-ci ildə “köhlən atlar”dakı təkcə maaş qazancı 1 milyon manat civarında olub.
İndi onu “Astana” ilə heç nə bağlamır. Qazaxlarla müqavilə qarşılıqlı razılıq əsasında pozulub, “20 nömrə”nin də “Qarabağ”la müqaviləsinin müddəti başa çatıb. İndi futbolçu ilə klub rəhbərliyinin eyni masa arxasında oturub razılığa gələcəyi vaxtdı. Qısası, söhbətdə üçüncü tərəf yoxdu. Ağdamlılar üçüncü tərəfin olmadığına görə səbəbkara 600 mindən nisbətən az məvacib təklif edir, o isə razılaşmır. Səbəb kimi də onu göstərir ki, komandaya lazımlı futbolçuyam, istəyirsizsə, qalım. İstəmirsizsə, Asiya ölkələrindən fantastik təkliflərim var, onları dəyərləndirim. El dili ilə desək, adına və reklamına görə “xox gəlir”. Şərtini deyib, ailəsini də götürüb gedib istirahətə.
Bu məsələdə hər nə qədər futbolçunu günahlandırsaq da, klub rəhbərliyinin suçu da bir o qədərdi. Riçard bu gün “Qarabağ”a “qiymət oxuyursa”, özünə əmindi, komandada saxlanılacağını bilir. Xatırlayırsızsa, 2018-in yayında, “Qarabağ” Çempionlar Liqasının qrupunda oynayandan sonra Almeyda da İbrahim Şehiçlə Dino Ndlovunun yolunu tutub pul dalınca qaçmışdı, “Qarabağ”dakından 2-3 dəfə çox pul təklif edən “Astana” ilə razılaşmışdı. Elə həmin vaxt pulun onun üçün bütün mənəvi dəyərlərdən üstün olduğunu göstərmişdi. Qazaxıstana getdi, karyerası istədiyi kimi alınmadı, maliyyə problemləri yaşandı və “Astana”dan ayrılmaq istəyəndə bir də baxdı ki, “Qarabağ”ın qapıları üzünə taybatay açıqdı. Həm də kifayət qədər yaxşı maliyyə şərti ilə. Yəni bu durumda Riçard yox, istənilən adam “şişər”, lazımlı olduğunu düşünər, sabah da “istədiyi havanı çaldırmaq” həvəsinə düşər.
Almeyda onu da yaxşı bilir ki, bu gün naz edib, 5 gündən sonra “Qarabağ”la müqavilə bağlamaq eşqinə düşsə, ona sevə-sevə qucaq açacaqlar. Hətta yanvarda Yaponiyaya üz tutub, 2 ildən sonra yenə ağdamlıların şərəfini qorumaq istəsə, yenə “xoş gəldin” eşidəcək. Vaxtilə Muarem Muaremə, Reynaldoya, lap elə özünə qarşı necə olmuşdusa, yenə həminki kimi. Ona görə də nə “Qarabağ”ın adını ürəyinə yaxın tutur, nə baş məşqçi Qurban Qurbanovu, nə də klubda çalışanları, çiyin-çiyinə futbol oynayanları. “5 günlük həyatdı, pulunu qazan, kef elə” devizi ilə həyatını yaşayır. İndiki məqamda özündənrazı Riçardın illik dəyəri heç 300 min dollar da deyil, nəinki 600-700 min. Klub rəhbərliyi ilə baş məşqçi pul davası edən futbolçunu birdəfəlik siyahıdan silməli və geri dönməsi üçün heç bir şans yeri qoymamalıdı.
Özüylə danışmaq, fikirlərini öyrənmək, bəzi suallara cavab tapmaq xoş olardı. Təəssüf ki, dünən gün ərzində nə zənglərimizə cavab verdi, nə də mesajlara. Bu isə Qazaxıstanın ünlü sports.kz saytına verdiyi qısa müsahibə və dilinə gətirdikləridi.
- “Qarabağ”dan gedəcəyinizlə bağlı xəbərlər var...
- Bəli, belədi.
- İcarədən “Astana”ya qayıdırsız?
- Biz qarşılıqlı razılıqla “Astana” ilə müqaviləmə xitam vermişik.
- Bu nə vaxt baş verib?
- 3-4 ay əvvəl.
- Özünüzə yeni klub tapmısız?
- Agentim bir neçə klubla danışıb. Amma hələ qərar verməmişəm. İndi məzuniyyətdəyəm. Bir neçə gündən sonra qərar verəcəm.
- Bu siyahıda Qazaxıstan klubu var?
- Hələ ki yoxdu. Qazaxıstandan heç kim agentimlə əlaqə saxlamayıb.
Bəli, Qazaxıstandan heç kim agenti ilə əlaqə saxlamayıb. Çünki bacarığının qiyməti ilə uzlaşmadığını gördülər, əmindilər. Ona görə də fikri qalıb BƏƏ-də, Çində, Yaponiyada. “Qarabağ” rəhbərliyi klubun adına hörmət edirsə, bundan sonra pul düşkünü olan futbolçu ilə nəinki danışıq aparmalı, kəlmə də kəsməməlidi, bazanın qapısına yaxın buraxmamalıdı. Dünyada o qədər riçardlar var ki. Sadəcə, axtarıb tapmaq, üzə çıxarmaq lazımdı.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:28 “Bülənt Korkmaz elə bilirdi ki, Azərbaycanda heç kimin futboldan anlayışı yoxdu” Dünən, 11:23 Nurlan Novruzov Moldovanı Estoniyaya dəyişdi Dünən, 11:22 AFFA oyunlarda çəkiliş aparanlara “barmaq silkələdi” Dünən, 11:20 “Doğma Bakıda futbolun incəliklərini öyrəndim” Dünən, 11:12 Aqil Nəbiyev beş aydı məşğul olduğu işi davam etdirəcək Dünən, 11:09 Tovuzlular sevindi, gəncəlilər üzüldü Dünən, 11:07 İsmayıllı futbolçuları Qəbələdən kubok apardı 21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı Bütün xəbərlər
Ən çox oxunanlar