27 dek 12:31olke

Yunanov “Sumqayıt”dan ayrılmağı düşünmür


“Əsas heyətə layiq olduğumu sübut etmək fikrindəyəm”
2017/18 mövsümündə “Sumqayıt”da özünü yaxşı tərəfdən göstərən, məhsuldarlığı ilə seçilən Amil Yunanov növbəti “futbol ili”ndə artıq “Keşlə”nin uğurları üçün tər tökürdü. Lakin paytaxt klubunda yetərincə şans qazanmayan forvard bu ilin yayında yenidən ulduzunun parladığı “Sumqayıt”a dönməyi lazım bildi. 26 yaşlı hücumçunun köhnə-yeni klubuna qayıtmaqda məqsədi yenidən parlaq oyun nümayiş etdirib yığma məşqçilərinin diqqətini cəlb etmək idi. Lakin qış fasiləsinə kimi Yunanovun bunu bacardığını demək olmaz. Hücumçu geridə qalan 14 turda cəmi 320 dəqiqə meydanda olub ki, bu heç də ürəkaçan statistika deyil. Məhsuldarlıq baxmından da Amil geriləyib. Söylənilənlərə inansaq, hazırkı durumdan narazı olan forvard qış fasiləsində “kimyaçılar”dan ayrılmaq niyyətindədi. Bunun nə dərəcədə doğru olduğunu öyrənmək və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün hazırda dədə-baba yurdu Tovuzda dincələn futbolçuyla söhbətləşdik.
- “Keşlə”də keçirdiyin uğursuz mövsümün ardından yenidən “Sumqayıt”a qayıtdın. Ancaq köhnə-yeni komandana ikinci dönüşün o qədər də uğurlu alınmadı. Kölgədə qalmağının səbəbini bilmək istərdik.
- “Keşlə”də oynadığım dönəmi heç də uğursuz adlandırmazdım. Düzdü, son turlarda meydana az-az çıxırdım. Buna baxmayaraq, normal mövsüm keçirdiyimi düşünürəm. Paytaxt klubu təcrübə toplamaq baxımından mənə çox faydalı oldu. “Sumqayıt”da isə çempionatın ilk yarısı mənim üçün o qədər də yaxşı alınmadı. Əsas heyətdən kənarda qaldım. Mənim üçün ilk yarı uğursuz alınsa da, eyni sözləri komanda haqda demək olmaz. Uğurlu çıxışla azarkeşlərimizi sevindirdik. Bəlkə də çoxları bizdən belə nəticə gözləmirdi. Özümə gəlincə, hələ qarşıda iki dövrə var və qış fasiləsində çalışacam ki, optimal formamı bərpa edib əsas heyətdə yerimi qaytarım.
- Geridə qalan 14 turda 320 dəqiqə meydanda olmusan. Baş məşqçi sənə güvənmir?
- Məni “Sumqayıt”a ikinci dəfə Ayxan Abbasov özü dəvət etdi. Bu üzdən deməzdim ki, baş məşqçi mənə güvənmir. O mənə inanır, sadəcə, bir az şanssızlıq oldu. Mənim mövqeyimdə oynayan futbolçular da istər çempionat, istər də kubok qarşılaşmalarında özlərini yaxşı tərəfdən göstərdilər. Hansı çalışdırıcı qol vuran, özünü yaxşı tərəfdən göstərən futbolçunu ehtiyatda saxlayıb, başqasını meydana buraxar?! Bu həmin oyunçuya münasibətdə haqsızlıq olar.
- Necə düşünürsən, hazırda “Sumqayıt”ın “vuran ayağı” hesab olunan Peyman Babayi ilə Mehdi Şərifi hansı keyfiyyətlərinə görə səndən üstündülər?
- Əvvəlcə onu bildirim ki, özümü onlardan heç də zəif saymıram. Sadəcə, həm Peyman, həm də Mehdi üçün mövsüm yaxşı alınıb. Hər ikisi şansdan maksimum istifadə edirlər. Bir də ki, futbolçu hər tur meydanda olanda onda özünəgüvən, qol duyumu oyundan-oyuna artır. Məşqlə rəsmi oyun arasında yerdən göyə qədər fərq var. Hazırlıq prosesində konkret hansısa tapşırıq üzərində çalışırsan, baş məşqçinin verdiyi göstərişləri yerinə yetirirsən. Oyunda isə heç nəyi əvvəlcədən planlaşdırmaq mümkün deyil. Ona görə də daim əsas heyətdə oynamaq hər bir futbolçunun əsas istəyidi.
- Bir ara zədədən əziyyət çəkirdin. Durumun indi necədi? Hətta əməliyyat olunacağın da deyilirdi.
- Bəli, bir müddət qasığımda ağrılar baş qaldırmışdı. Ona görə də təxminən 10 gün məşqlərdən kənarda qaldım. İlkin müayinə zamanı həkimlərdən biri əməliyyata ehtiyac duyulduğunu bildirsə də, sonradan məlum oldu ki, bıçaq altına düşməyə ehtiyac yoxdu. Müalicə ilə zədəni sağaltmaq mümkündü. “Sumqayıt”ın tibbi personalına təşəkkür edirəm. Onlar zədəmi müalicə etdilər. Əslində sonradan bəlli oldu ki, ciddi bir şey deyilmiş.
- Yəqin ki, əsas heyətdən kənarda qalmağın səni narahat edir. Məndə olan məlumata görə, yayda təklif göndərən “Qəbələ” qış fasiləsində də səni rənglərinə bağlamağı düşünür...
- Bu xəbəri ilk dəfə sizdən eşidirəm. “Sumqayıt”la mövsümün sonuna kimi anlaşmam var. Ona görə də indi bütün diqqətim müqavilə ilə bağlı olduğum kluba yönəlib. Bəli, ehtiyatda qalmağımla, az-az oynamağımla barışmıram. Buna görə də qış təlim-məşq toplanışında maksimum çalışıb yenidən əsas heyətə layiq olduğumu sübut etmək fikrindəyəm.
- Onda sualı belə qoyaq: hansısa klubdan təklif gəlsə və “Sumqayıt” rəhbərliyi səni təzminat almadan buraxmağa razı olsa, düşərgəni dəyişmək niyyətin var?
- Açığı, indiki halda heç yerə yollanmaq fikrim yoxdu. Sumqayıtda azarkeşlər məni çox istəyir, komanda yoldaşlarımla, məşqçilər korpusu ilə münasibətim yaxşıdı. Yenə deyirəm, məni indi narahat edən yeganə məqam meydanda az görünməyimdi ki, bu da özümdən asılıdı. Ümid edirəm ki, 3-cü dövrədə azarkeşlər tam fərqli Amil görəcəklər.
- “Sumqayıt” iki dövrənin nəticələrinə görə fasiləyə 4-cü pillədə yollandı, ölkə kubokunda yarımfinala yüksəldi. Qışdan sonra uğurlu seriyanı davam etdirmək çətin olmayacaq? Onu da nəzərə almaq lazımdı ki, rəqibləriniz heyətini gücləndirmək yönündə qollarını əməlli-başlı çırmalayıblar.
- Bəli, qışdan sonra çətin olacaq. Artıq indidən demək olar ki, bütün klublar yeni transferləri ilə gündəmə gəlirlər. Ancaq bizim onlar qarşısında bir üstünlüyümüz var ki, bu da “Sumqayıt”a əlavə güc verir. Komandada çox mükəmməl ab-hava hökm sürür, bütün futbolçular bir ailənin üzvü kimidi. Heç kim heç kimdən narazı deyil, dedi-qodu yoxdu. Ən vacibi isə savadlı, futbolu dərindən bilən, futbolçunun qayğısını çəkən məşqçilər korpusumuz var. Belə mehriban kollektiv heç də hər klubda formalaşmır. Bu “Sumqayıt” üçün başqa klublardan bir addım öndə olmaq deməkdi. Sağlam ab-hava olan yerdə nəticələr də ürəkaçan olur. Çalışacağıq nə qədər çətin olsa da, qışdan sonra da uğurlu seriyanı davam etdirək. “Sumqayıt”ı avrokuboklara daşımağı düşünürük.
- Əksər futbolçular qış tətilini ölkə xaricində keçirir. Sən isə istirahət üçün Tovuzu seçmisən. Maddi imkanın xaricdə istirahət etməyə imkan vermir, yoxsa başqa səbəblər var?
- Maddi imkan söhbəti deyil. Mənim ailəm – atam, anam və qohumlarım Tovuzda yaşayırlar. İl ərzində onsuz da onlardan uzaq düşürəm. Fasilədən yararlanıb bayramı onlarla birgə keçirməyə qərar verdim. Tovuzda istirahət etmək mənə çox xoşdu.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:28 “Bülənt Korkmaz elə bilirdi ki, Azərbaycanda heç kimin futboldan anlayışı yoxdu” Dünən, 11:23 Nurlan Novruzov Moldovanı Estoniyaya dəyişdi Dünən, 11:22 AFFA oyunlarda çəkiliş aparanlara “barmaq silkələdi” Dünən, 11:20 “Doğma Bakıda futbolun incəliklərini öyrəndim” Dünən, 11:12 Aqil Nəbiyev beş aydı məşğul olduğu işi davam etdirəcək Dünən, 11:09 Tovuzlular sevindi, gəncəlilər üzüldü Dünən, 11:07 İsmayıllı futbolçuları Qəbələdən kubok apardı 21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı Bütün xəbərlər
Ən çox oxunanlar