27 dek 12:26olke

“İlin futbolçusu” sorğusu: adlar və tanıtma


“Futbol+” ölkədə media siyasətinə rəhbərlik edənlərin vicdansızlığı üzündən hər nə qədər ədalətsiz münasibətlə üzləşsə də, dəyərlərinə və prinsiplərinə sadiq qalmaqdadı. “İlin futbolçusu” və “İlin idmançısı” sorğusu da artıq 21 ildi əsasını qoyduğumuz və daim həyata keçirdiyimiz layihədi. Qəzetimizin bu sayında həm ilin idmançısı, həm də futbolçusu adına namizədlərin siyahısını açıqlayırıq. Sirr deyil ki, başqa qurumlar da ən müxtəlif sorğular keçirir. Sadəcə, “Futbol+”in ənənəvi sorğusunu başqalarından fərqləndirən cəhət ölkənin idman və futbol ictimaiyyətinin, demək olar ki, bütün təbəqələrini əhatə etməsidi. Biz ümumilli sorğu keçiririk ki, sabah kimsə qaliblərin məhdud dairənin səsləri əsasında seçildiyini düşünməsin.
İlin ən yaxşılarının seçiminə sizlərin - əziz oxucuların da daha fəal şəkildə qoşulmasını istəyirik. Həm idmançı, həm də futbolçu qalibinizin adını qəzetimizin elektron poçtuna (bax: səh. 2), “feysbuk”dakı səhifəsinə və ya mesajla 077 300 09 10 nömrəsinə göndərə bilərsiz.
Beləliklə, “Futbol+”in ilin futbolçusu adına namizədləri (əlifba sırası ilə düzülüb):
1. Ağabala Ramazanov – Səbail
2. Bəhlul Mustafazadə - Qəbələ/Sabah
3. Emil Balayev – Tobol (Qazaxıstan)
4. Emin Mahmudov – Neftçi
5. Qara Qarayev – Qarabağ
6. Mahir Əmrəli – Qarabağ
7. Maksim Medvedev – Qarabağ
8. Ramil Şeydayev – Krılya Sovetov/Dinamo M (Rusiya)
9. Riçard Almeyda – Qarabağ
10. Slavik Alxasov – Keşlə
İlin idmançısı adına namizədlər:
1. Alfonso Dominges (boks)
2. Hacı Əliyev (güləş)
3. Hidayət Heydərov (cüdo)
4. Mariya Stadnik (güləş)
5. Milad Beiqi Harçeqani (taekvondo)
6. Rüstəm Orucov (cüdo)
7. Ruslan Lunyov (atıcılıq)
8. Rafael Ağayev (karate)
9. Şərif Şərifov (güləş)
10. Teymur Rəcəbov (şahmat)
Qəzetimizin ötən sayında 10 idmançının və adı əlifba sırasında öndə gələn 5 futbolçunun təqdimatını vermişdik. Bu dəfə növbə qalan 5 futbolçunundu.
Mahir Əmrəli
Namizədliyini şərtləndirən səbəblər
“Qarabağ”ın indiki heyətində potensialına görə xüsusi fərqlənən və ümummilli sorğunun son üç ilində müntəzəm yer alan yerli futbolçu. Avroliqanın cari mövsümündə cəmi 2 qolla yadda qalsa da, komandasının ötənilki çempionluğuna böyük töhfəsini unutmaq olmaz. Mahirin illik statistikası belədi: 46 oyun, 3243 dəqiqə, 18 qol, 10 sarı vərəqə.
Premyer-liqa
Ötən mövsümün 2019-a düşən hissəsində 13 oyuna 9 qol vurmaqla çempion oldu və bombardirlər siyahısında Dabonu qabaqladı. Cari mövsümün arxada qalan bölümündə isə 11 oyuna çıxıb və 4 dəfə fərqlənib.
Kubok
Bildiyiniz kimi, “Qarabağ” kubokun ötən mövsümündə yarımfinalda “səfər qolu” qaydasına görə “Qəbələ”yə uduzdu. Mahir hər iki oyunda 90 dəqiqə meydanda olsa da, sarı vərəqədən başqa heç nə ilə yadda qalmadı. Kuboku cari mövsümündə “Keşlə” ilə 1/4 finalın cavab görüşündə məhz onun 20-ci dəqiqədə vurduğu qol oyunun sonrakı bölümünü formallığa çevirdi.
Avrokubok
Avrokubokların cari mövsümündə 12 oyuna çıxan, meydanda 833 dəqiqə keçirən Mahir qrupda fərqlənməyib, iki qol vurub ki, bunlar da “Dandolk” və APOEL ilə səfər görüşlərinə təsadüf edib. Həm də 2 dəfə sarı vərəqə ilə cəzalanıb.
Yığma
Yığmanın ilboyu keçirdi 10 oyunun 6-da meydanda olub (399 dəqiqə). Təəssüf ki, nə iyunda Bakıda Macarıstanın, nə də sentyabrda Kardiffdə Uelsin qapısına vurduğu qol komandamıza xal qazandırıb. Yeri gəlmişkən, 2018-də də yığma formasında iki qol vurmuşdu.
Maksim Medvedev
Namizədliyini şərtləndirən səbəblər
İstər çempionatda, istərsə avrokuboklarda Qurban Qurbanovun ən çox güvəndiyi iki futbolçu varsa, biri Maksimdi. İl ərzində bütün turnirlərdə 48 oyuna çıxıb, 4230 dəqiqə meydanda olub, 1 qol, 1 avtoqol və 11 sarı vərəqə ilə yadda qalıb.
Premyer-liqa
İlin ilk yarısında 14, ikinci yarısında 11 oyun keçirib, komandasının ötən mövsümü çempion, bu ili isə lider kimi bitirməsində önəmli rol oynayıb. 25 oyuna 4 “sarı” bu mövqenin oyunçuları üçün intizamsızlıq göstəricisi sayıla bilməz.
Kubok
Apreldə “Qəbələ” ilə ilk yarımfinal görüşünə “Qarabağ”ı kapitan kimi çıxaran Maksim cavab oyununda görünməyib. Cari kubok mövsümündə isə “Keşlə”ni məğlub etdikləri hər iki oyunda başdan sonacan oynayıb.
Avrokubok
53-cü dəqiqədə Abbas Hüseynovla əvəzləndiyi “Dandolk”la səfər görüşünı çıxsaq, qalan oyunlarda 90 dəqiqə meydanda olub. Qrupda APOEL ilə oyunları heç vaxt unutmayacaq. Kipr yunanları Bakıdan məhz onun avtoqolunun da yardımı ilə 1 xal aparmışdısa, Maksim səfərdə günahını erkən qolla yuddu. Təəssüf ki, bu dəfə komanda yoldaşlarını onun əməyini yerə vurdu.
Yığma
6 seçmə oyunda 540 dəqiqə iş başında olub və 4 sarı vərəqə ilə cəzalanıb. Yığma karyerasını uğurlu saymaq mümkünsüzdü.
Ramil Şeydayev
Namizədliyini şərtləndirən səbəblər
Rusiya çempionatındakı göstəriciləri göz oxşamasa da, yığma formasında meydana çıxdığı oyunlarda həmişə can qoyub, əlindən gələni edib, buna görə də azarkeşlər arasında nüfuz qazanıb. İllik statistikası: 34 oyun, 2467 dəqiqə, 7 qol, 1 sarı, 1 qırmızı vərəqə.
Rusiya çempionatı
İlin ilk yarısını keçirdiyi “Krılya Sovetov”da 15 oyuna çıxıb, 4 qol vurub. Yeganə “qırmızı”nı da məhz samaralıların heyətində, onu yetişdirən “Zenit”lə oyunda alıb. İyulun 2-də müqavilə bağladığı Moskva “Dinamo”sunda isə 8 oyunda, 501 dəqiqə meydanda olub və heç nə ilə yadda qalmayıb.
Rusiya kuboku
İlboyu Rusiya kubokunda yalnız bir oyun keçirib. Sentyabrın 25-də Ramilin də 90 dəqiqə meydanda olduğu 1/16 final oyununda “Dinamo” Vladivostokda “Luç”a 0:1 uduzmaqla mübarizəni dayandırıb.
Avrokubokda oynamayıb
Yuxarıda da vurğuladığımız kimi, yığma formasında keçirdiyi 10 oyunun 880 dəqiqəsində bacardığını edib, səfərdə Xorvatiyanın, evdə Slovakiyanın və yoldaşlıq oyununda Bəhreynin qapısına yol tapıb, 1 dəfə sarı vərəqə ilə cəzalanıb.
Riçard Almeyda
Komandasının ötən mövsüm çempionluğu qazanmasında, bu il də fasiləyə “Neftçi”dən öndə yollanmasında, eləcə də Avroliqanın qrupuna düşməsində əməyi var. Milli formada qeyri-adi nəsə göstərməyib, yəni başqalarından seçilməyib. Braziliyalının illik statistikası: 53 oyun, 4217 dəqiqə, 7 qol, 8 sarı, 1 qırmızı vərəqə.
Premyer-liqa
İlin həm ilk, həm də ikinci yarısında 14 oyun keçirib, ötən mövsümdə 5, cari mövsümdə 1 qolla yadda qalıb.
Kubok
“Qəbələ” ilə yarımfinal oyunlarında 103 dəqiqə meydanda olsa da, “Qarabağ”ın finala çıxmasına yardım göstərə bilməyib. Cari kubok mövsümündə “Keşlə” ilə ilk oyunda 90 dəqiqə meydanda olub, Qurban bəy cavab göründə fasilədən dərhal sonra onu oğlu Musa ilə əvəzləyib. Almeydanın artıq komandadan getdiyini nəzərə alsaq, bu, onun “Qarabağ”dakı son 45 dəqiqəsi olub.
Avrokubok
Qurbanovun ən çox güvəndiyi adlardan biri 14 oyunun 13-də görünüb, 1115 dəqiqə meydanda olub. APOEL ilə 0:2 bitən oyunun uzatma dəqiqələrində meydandan qovulubsa, turnirdəki yeganə qolunu penaltidən “Düdelanj”a vurub.
Yığma
8 oyun, 591 dəqiqə və 1 sarı vərəqə… Təbii ki, rəqəmlər xoş deyil. Amma söhbət Azərbaycan yığmasından gedirsə, hər şey aydındı.
Slavik Alxasov
Namizədliyini şərtləndirən səbəblər
“Keşlə” ötən mövsümü boşa verdiyindən nominantlar siyahısına istisnasız cari mövsümdəki oyunu sayəsində düşüb. Həm də il ərzində bütün yarışlarda cəmi 29 oyun keçirməklə. Bu oyunlarda 2600 dəqiqə meydanda olub, 1 qol vurub, 4 sarı vərəqə ilə cəzalanıb.
Çempionat
İlin ilk yarısında 13, ikinci yarısında 14 oyuna çıxıb. Cari mövsümdə yalnız bir dəfə - 3-cü turun “Qəbələ” ilə səfər görüşündə 84-cü dəqiqədə əvəzlənib. Qalan oyunların hamısında 90 dəqiqə meydanda olub.
Kubok
“Keşlə” ötən mövsüm kubokun 1/4 finalında dayandığından yazda meydana çıxa bilməyib. Cari kubik mövsümündə isə “Qarabağ”la iki oyunda 180 dəqiqə meydanda olsa da, komandasına faydası dəyməyib.
Avrokubokda və yığmada oynamayıb
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq Dünən, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi Dünən, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? Dünən, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” Dünən, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü Dünən, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə Dünən, 11:34 Mövsümün ən məhsuldar həftəsi Dünən, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” 4-02-2020, 12:25 “Ən azı həmin epizodda Beyli qabaqlamaqda çətinlik çəkmədim” 31-01-2020, 12:22 “Ağsu” divizionda çıxışını dayandırdı 31-01-2020, 12:20 Ölkə basketbolunda yeni səhifə - MBA Azərbaycana gəlir! 31-01-2020, 12:08 Şok: basketbol yığmamızın üzvü də danışılmış oyunlara görə tutulub! 31-01-2020, 10:56 “Sabah” Koçukla Rodrigesi transfer etdi 31-01-2020, 10:54 Bunun harası vacib oyundu ki? 31-01-2020, 10:51 Azad Rəhimov yeni federasiyaya xeyir-dua verdi 29-01-2020, 19:03 Tofiq Mikayılov Alesionun təklifini qəbul etməyib Bütün xəbərlər
Ən çox oxunanlar