27 dek 12:19olke

Region Liqası qış fasiləsinə yollandı

Region Liqası qış fasiləsinə yollandı
Şimal zonasında son tur təxirə salındı
Region Liqasında 9-cu turun oyunları keçirilib. Cənub zonasında “Alyans” qələbə qazanmaqla azarkeşlərini sevindirib. Lənkəran təmsilçisi səfərdə “Şıxlar”ın qapısından 4 cavabsız top keçirməklə qış fasiləsinə lider kimi yollanmağı bacarıb. Qonaqların qələbə qazanmasında Zaur Nuruzadənin xüsusi xidməti olub. Futbolçu ilk yarıda qobustanlıları 3 dəfə meydanın mərkəzinə dəvət etməklə yadda qalıb. Bununla da forvard qrupun ən sərrast oyunçuları arasında ilk pilləyə yüksəlib. Autsayder “Ərkivan” bu dəfə də qələbəyə həsrət qalıb. Doğma azarkeşlərin gözü qarşısında Masallı komandası hələ ki məğlubiyyət acısı dadmayan “TST Astara”ya böyük hesabla yenilib. Sergey Markelovun het-trik etdiyi görüşdə son nöqtəni Afin Bağırov qoyub. “Neftçala” isə “doğma divarlar” arasında “Ümid”lə “sülh bağlayıb”. Meydan sahibləri oyunun sonuna 5 dəqiqə qalmış məğlubiyyətdən xilas olublar. Şamil Abdullayev azarkeşləri sevindirib. Qonaqların heyətində isə Ülvi Süleymanov fərqlənib.
Şıxlar (Qobustan) – Alyans (Lənkəran) 0:4
Ərkivan (Masallı) - TST Astara 0:4
Neftçala - Ümid (Cəlilabad) 1:1
1. Alyans 9 6 1 2 22-6 19
2. TST Astara 8 4 4 0 19-5 16
3. Ümid 9 4 4 1 18-12 16
4. Neftçala 9 2 5 2 12-12 11
5. Şıxlar 8 1 1 6 3-19 4
6. Ərkivan 9 1 1 7 6-26 4
Bombardirlər: Zaur Nuruzadə (Alyans) – 7, Röyal Nəcəfov (TST Astara), Sergey Markelov (TST Astara) – 6.
Mərkəz zonasında "Ağsu Siti" ən yaxın izləyicisi "Şamaxı" üzərində 2:1 hesablı əzmkar qələbəyə sevinib. Bununla Samir İsayevin komandası qonşu bölgənin təmsiçisiylə xal fərqini daha da artıraraq liderliyini möhkəmlədib. Matça gəlincə, ilk yarı qonaqların üstünlüyü şəraitində keçib. Artıq 10-cu dəqiqədə Elnur Mustafazadə “Şamaxı”nı hesabda önə çıxarıb. Ancaq Kənan Kərimovun yetirmələrinin qələbə hesabını qorumağa gücü çatmayıb. İkinci hissədə daha üstün oyun sərgiləyən “Ağsu Siti” 55-ci dəqiqədə premyer-liqa və divizion təcrübəsi olan Qərib İbrahimovla “status-kvo”nu bərpa edib. 2 dəqiqə sonra isə Məhəmməd Xəlilov meydan sahiblərinə 3 xal qazandıran qolun müəllifi olub. Maraqlıdı ki, ağsulular hesabat turunda azarkeşlərinə qələbə sevinci yaşatmağı bacaran yeganə meydan sahibi olub. "Araz" (Saatlı) - "Mil" (Beyləqan) matçının vaxtı dəyişdirilib. “İmişli” isə ilin son turunda istirahət edib.
Ağsu Siti – Şamaxı 2:1
1. Ağsu Siti 8 7 1 0 33-7 22
2. Şamaxı 7 4 2 1 16-5 14
3. İmişli 7 2 1 4 11-20 7
4. Mil 6 2 0 4 10-23 6
5. Araz 6 0 0 6 12-27 0
Bombardirlər: Aydın Qasımov (Ağsu Siti) – 11, Elnur Mustafazadə (Şamaxı) – 6, Elmir Səmədzadə ( Ağsu Siti) – 5.
Qərb və Şimal-Qərb zonasında da ilk pillələrdə qərarlaşan komandalar üz-üzə gəlib. “Şəki” çox çalışsa da, “Energetik”in müqavimətini qıra bilməyib. Qolsuz bitən 90 dəqiqə mingəçevirlilərin işinə yarayıb və onlar növbəti ilə lider kimi yollanıblar. Qərb derbisi də heç-heçə nəticələnib. Bununla da "Göyəzən" "Qoşqar UGİM-2"ni turnir cədvəlində keçmək imkanından yararlanmayıb. Ilk hissənin 18-ci dəqiqəsində Ziyabil Məmmədov gəncəliləri hesabda önə çıxarıb. Ancaq meydan sahibləri 58-ci dəqiqədə cavab qolunu vura biliblər. Elgün Qəhrəmanov qazaxlı azarkeşlərə məyus olmağa imkan verməyib. Zonada son pillədə yer alan "Oğuz" bu turda istirahət edib.
Şəki - Energetik (Mingəçevir) 0:0
Göyəzən (Qazax) - Qoşqar UGİM-2 (Gəncə) 1:1
1. Energetik 7 5 2 0 31-8 17
2. Şəki 8 4 2 2 13-11 14
3. Qoşqar UGİM-2 7 2 2 3 12-19 8
4. Göyəzən 7 1 4 2 13-14 7
5. Oğuz 7 0 2 5 6-23 2
Bombardir: Zamir Cəlilov (Energetik) – 12.
Qeyd edək ki, Region Liqası fevralın ilk ongünlüyünə qədər qış tətilinə yollanıb. Paytaxt və Şimal zonasında bu tur təqvimə görə dekabrın 22-23-də keçirilməli olsa da, sonradan fevralın 8-9-na təxirə salınıb. Turnir cədvəlində isə ikihakimiyyətlikdi. Sumqayıt “Uğur”u ilə Qusar “Şahdağ”ı eyni xal toplasalar da, sumqayıtlılar daha çox qol vurduqlarından ilk pillədə qərarlaşıblar.
1. Uğur 8 7 1 0 44-4 22
2. Şahdağ (Qusar) 8 7 1 0 32-2 22
3. Şahdağ (Quba) 8 5 0 3 21-16 15
4. Qusar 7 4 0 3 30-15 12
5. Şirvanovka 8 4 0 4 20-18 12
6. İrəvan 7 1 0 6 15-28 3
7. Qardaşlar 8 1 0 7 13-69 3
8. Xudat 8 1 0 7 11-34 3
Bombardirlər: İlham Allahverdiyev (“Şahdağ”, Qusar) – 11, Məhəmməd Alıyev (Uğur) – 9, Coşqun Süleymanov (Qusar) – 8.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:28 “Bülənt Korkmaz elə bilirdi ki, Azərbaycanda heç kimin futboldan anlayışı yoxdu” Dünən, 11:23 Nurlan Novruzov Moldovanı Estoniyaya dəyişdi Dünən, 11:22 AFFA oyunlarda çəkiliş aparanlara “barmaq silkələdi” Dünən, 11:20 “Doğma Bakıda futbolun incəliklərini öyrəndim” Dünən, 11:12 Aqil Nəbiyev beş aydı məşğul olduğu işi davam etdirəcək Dünən, 11:09 Tovuzlular sevindi, gəncəlilər üzüldü Dünən, 11:07 İsmayıllı futbolçuları Qəbələdən kubok apardı 21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı Bütün xəbərlər
Ən çox oxunanlar