24 dek 22:55olke

“Dedilər ki, lazım olsan, “Sumqayıt” rəhbərliyi ilə əlaqə saxlayacağıq”


Səbuhi “Osiyek”in məşqində qeyri-adi heç nə görməyib
U-21-in və “Sumqayıt”ın şərəfini qoruyan Səbuhi Abdullazadə Xorvatiya təmsilçisi “Osiyek”in düşərgəsinə yollanmışdı. 19 yaşlı yarımmüdafiəçi iki klub arasında əldə olunan razılığa əsasən 5 gün adı çəkilən klubun ikinci komandasının məşqlərində iştirak edib. Artıq vətənə qayıdan Səbuhi ilə söhbətdə Xorvatiyada gördüklərini, səfərlə bağlı təəssüratını bölüşməsini istədik.
- Əvvəlcə Xorvatiyaya səfərinlə bağlı məlumat verərdin.
- Klublar arasında əldə olunan razılığa əsasən 5 gün “Osiyek”in düşərgəsində oldum, əvəzedici komandanın məşqlərində iştirak etdim. Mən ora baxışa yox, sadəcə, təcrübə toplamağa getmişdim. Fikrimcə, bu səfər bir futbolçu kimi inkişaf etməyimə müsbət təsir göstərəcək. Özünüz də bilirsiz ki, hər il çox sayda xorvat futbolçu vətəni tərk edərək Avropanın müxtəlif klublarına yollanırlar. Bu ölkənin oyunçularına daim yüksək maraq olub. Xorvatiyadan olan həmyaşıdlarımla birgə hazırlıq keçmək mənim üçün xoş idi. Bu imkanı mənə yaratdığına görə “Sumqayıt” rəhbərliyinə təşəkkür edirəm.
- Özün də qeyd etdin ki, hər il xorvatiyalı gənclər “köhnə qitə”nin müxtəlif klublarına yollanaraq legioner həyatı yaşayırlar. Onların ustalıq səviyyəsi həqiqətən də bizim gənclərdən çox üstündü?
- “Osiyek”də gördüyüm, birgə məşq etdiyim gənclərin ustalıq səviyyəsi bizim uşaqlardan heç də üstün deyil. Hətta deyərdim ki, bizimkilərin çoxu daha yaxşı təsir bağışlayırlar. Ancaq nədənsə skautlar xorvatlara daha çox maraq göstərirlər. Orda olduğum müddətdə bu haqda çox düşünmüşəm. Ancaq tutarlı bir cavab tapmamışam.
- Səndən başqa düşərgədə hansısa ölkədən futbolçu var idi?
- Məşqlərdə komandanın öz üzvləri ilə yanaşı, Xorvatiyanın başqa klublarından oyunçular iştirak edirdi. Ölkə xaricindən isə məndən başqa Afrikadan olan bir futbolçu var idi.
- Məşqlərdə fərqlilik hiss etdin?
- Qeyri-adi heç nə görmədim. “Sumqayıt”da keçdiyimiz məşqlərlə, demək olar ki, eyni idi. Sözün düzü, özüm də fərqli nəsə olacağını düşünürdüm. Ancaq gördüm ki, hazırlıq prosesi bizim klublarda olduğu kimidi.
- Orda olduğun müddətdə komanda oyuna çıxdı?
- Xorvatiyada qış fasiləsi başlayıb. Bu üzdən komanda bir yoxlama oyunu keçirdi ki, mən də həmin görüşün iştirakçısı oldum. Səhv etmirəmsə, rəqib eyni liqada mübarizə aparan komanda idi. 90 dəqiqə meydanda oldum. Ancaq qapıçının iki kobud səhvinə görə 0:2 hesabıyla yenildik.
- “Osiyek”də şərait, infrastruktur necədi?
- Əsas komanda oyunlarını azarkeş tutumu təxminən 20 min olan stadionda keçirir. Bazada məşq etmək üçün bir süni, bir də təbii örtüklü meydan var. Düzü, yardımçı meydanların durumu o qədər də yaxşı deyil. “Sumqayıt” bu baxımdan “Osiyek”dən üstündü.
- Orda olduğun müddətdə bazada qalırdın?
- Xeyr, klub rəhbərliyi stadionun yaxınlığında mənə ayrıca mənzil tutmuşdu. Baxışa gələn yerlilər də mənimlə eyni binada qalsalar da, mənzilləri ayrı idi.
- Futbolçular, məşqçi korpusu ilə münasibət qurmaq çətin olmadı?
- Bu yöndə heç bir çətinliyim olmadı. İnglis dilini bildiyim üçün hamı ilə asanlıqla danışa bilirdim. Baş məşqçinin tapşırıqlarını başa düşürdüm.
- Bəs qidalanma?
- Gündə iki dəfə - günorta və axşam bazada yeyirdim. Ancaq yeməklərinin keyfiyyəti ürəyimcə deyildi. Bəlkə də fərqli mətbəx olduğu üçün mənə xoş olmadı. Qısa müddətdə onların yeməyinə öyrəşə bilmədim.
- Boş vaxtlarını necə keçirirdin, şəhəri gəzə bildin?
- Osiyek Sumqayıt kimi o qədər də böyük olmayan şəhərdi. İnsanları da çox mehriban, istiqanlıdılar. Bir-iki dəfə şəhərə çıxıb gəzmək imkanım oldu. Pis deyil, yaşamaq olar.
- Belə başa düşdüm ki, səfərin təcrübə mübadiləsi çərçivəsində baş tutsa da, Xorvatiyada legioner həyatı yaşamaqda maraqlısan.
- Əksər futbolçular kimi, mən də legioner həyatı yaşamaq, tanınmış klublarda çıxış etmək istəyirəm. Onu da başa düşürəm ki, bir azərbaycanlı futbolçunun birdən-birə Avropanın böyük klublarının maraq dairəsinə düşməsi çətindi. Bunun üçün əvvəlcə Xorvatiya, Portuqaliya, Çexiya klublarında özünü doğrultmalısan. Adını çəkdiyim ölkələrin çempionatında özünü təsdiqləyəndən sonra artıq böyük çempionatlara yolumuz açıla bilər. Bu üzdən “Osiyek” xidmətimdə maraqlı olsa, böyük məmnuniyyətlə ora yollanaram.
- “Osiyek”də çıxış edən futbolçuların nə qədər maaş aldıqları ilə maraqlandın?
- Xeyr. Bu mövzu mənə maraqlı olmadığından heç maraqlanmadım. Açığı, pulu yox, özümü yaxşı tərəfdən göstərməyə çalışırdım. Nə dərəcədə buna nail olduğumu deyə bilmərəm.
- Düşərgədə olduğun müddətdə baş məşqçi ilə söhbət etmək imkanın oldu?
- Ümumi söhbətimiz oldu. Ancaq mənimlə bağlı hansı fikirdə olduğunu deyə bilmərəm. Yalnız onu dedilər ki, lazım olsan, “Sumqayıt” rəhbərliyi ilə əlaqə saxlayacağıq.
- Mövsümün əvvəlində “Sumqayıt”ın heyətində daim meydana çıxırdın. Aleksey İsayevin gəlişindən sonra isə bir qədər kölgəyə çəkilmisən.
- Kimin oynayıb-oynamayacağına baş məşqçi qərar verir. Ancaq “kölgəyə çəkilmisən” fikri ilə razılaşmıram. Əvvəlki kimi tam gücümlə məşq edib komandaya faydalı olmağa çalışıram. Sonradan meydana çıxdığım görüşlərdə özümü sübut etmək istəyirəm. Ayxan Abbasov mənə güvənir, mən də çalışıram ki, onun etimadını doğruldum.
- U-19-un üzvü olsan da, son matçlarda Milan Obradoviç səni U-21-ə dəvət edib ki, bu da müəyyən mənada narazılıq doğurdu...
- Bilirəm, hansı məsələyə toxunursuz. Bəli, U-19-la seçmə mərhələdə iştirk etməliydim. Ancaq Obradoviç U-21-ə çağırdı. Mən futbolçuyam, işim meydana çıxıb komandama xeyir verməkdi. Bu məsələdə deyə biləcəyim bir söz yoxdu. Hər şey yığmanın məşqçiləri arasında həll olunur. Mən kiməm ki, “o yığmada yox, bu millidə onamaq istəyirəm” söyləyim? Əsgərin işi əmri müzakirə etmək yox, onu yerinə yetirməkdi. Biz də yığmanın əsgərləriyik. Məni hansı miliyyə dəvət edirlərsə,orda da oynamağa borcluyam.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq Dünən, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi Dünən, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? Dünən, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” Dünən, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü Dünən, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə Dünən, 11:34 Mövsümün ən məhsuldar həftəsi Dünən, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” 4-02-2020, 12:25 “Ən azı həmin epizodda Beyli qabaqlamaqda çətinlik çəkmədim” 31-01-2020, 12:22 “Ağsu” divizionda çıxışını dayandırdı 31-01-2020, 12:20 Ölkə basketbolunda yeni səhifə - MBA Azərbaycana gəlir! 31-01-2020, 12:08 Şok: basketbol yığmamızın üzvü də danışılmış oyunlara görə tutulub! 31-01-2020, 10:56 “Sabah” Koçukla Rodrigesi transfer etdi 31-01-2020, 10:54 Bunun harası vacib oyundu ki? 31-01-2020, 10:51 Azad Rəhimov yeni federasiyaya xeyir-dua verdi 29-01-2020, 19:03 Tofiq Mikayılov Alesionun təklifini qəbul etməyib Bütün xəbərlər
Ən çox oxunanlar