21 dek 15:07olke

Rəhim Həsənov “Səbail”in haqqını yedi


Zaur Həşimov: “Minimum üç əcnəbi ilə yollarımızı ayırmaq istəyirik”
6. Zirə - Səbail 1:0, əlavə vaxtda (0:0)

1. Orxan Sadıqlı, 8. İlkin Muradov, 88. Tellur Mütəllimov, 7. Cavid Hüseynov (k) (10. Elvin Məmmədov, 80), 4. Elvin Camalov, 27. Adrian Skarlatake, 23. Mfo Kqasvane (18. Xulio Sezar Rodriges, 91), 25. Miloş Bakraç, 6. Alvaro Ampuero, 43. Riçard Qadze (17. Robin Nqalande, 114), 70. Nicat Süleymanov.
Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 62. Abdulla Seyidəhmədov, 14. Bəxtiyar Həsənalızadə, 5. Anastasios Papazoğlu, 11. Soni Norde, 99. Rafael Məhərrəmli, 77. Cəlal Hüseynov.
Baş məşqçi: Zaur Həşimov.
Səbail: 1. Aleksandr Rıbka, 7. Fəhmin Muradbəyli, 17. Elçin Rəhimli (88. Orxan Qurbanlı, 108), 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k) (5. Vüqar Bəybalayev, 118), 10. Ağabala Ramazanov, 34. Ürfan Abbasov, 55. Adil Nağıyev, 9. Mirsahib Abbasov (79. Əli Sadıxov, 108), 21. Eriko da Silva, 77. Ədilxan Qarəhmədov (19. Ruslan Hacıyev, 97).
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 18. Aqşin Qurbanlı, 3. Turan Manafov.
Baş məşqçi: Aftandil Hacıyev.
Qol: X.S.Rodriges, 105+2.
Vərəqələr: M.Kqasvane, 68 (qeyri-idman hərəkəti). E.Camalov, 84 (qeyri-idman hərəkəti). C.Hüseynov, 89 (hakimin qərarına etiraz). R.Qadze, 89 (hakimin qərarına etiraz). R.Əmirquliyev, 90+2 (qeyri-idman hərəkəti). E.Məmmədov, 90+3 (qeyri-idman hərəkəti). O.Sadıqlı, 120+3 (oyunun bərpasını ləngitmək). A.Nağıyev, 120+3 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RƏHİM HƏSƏNOV, Namiq Hüseynov, Mübariz Haşımov, Vüqar Həsənli (hamısı Bakı).
Hakim-inspektor: Rövşən Əhmədov (Mingəçevir).
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov (Bakı).
19 dekabr. Zirə. İdman Kompleksinin stadionu. 500 tamaşaçı.
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Əlavə vaxtın ilk hissəsinə 2, ikinci hissəsinə 3 dəqiqə əlavə olunub.
İlk oyun - 0:0.
Bu, komandalar arasında son 11 gündə baş tutan 3-cü oyun idi. Dekabrın 8-dəki çempionat qarşılaşmasında zirəlilər rəqibini 4:1 hesabıyla darmadağın etmişdisə, dekabrın 15-də kubokun ilk görüşündə hesab açılmamışdı. Çempionatdakı hədəflərindən uzaq düşərək sonuncu pillədə qərarlaşan bayıllılar klub rəhbərliyini “ayıltmaq” üçün mütləq və mütləq yarımfinala adlamalıydı. Bunun üçünsə Zirədəki qollu bərabərlik də qonaqların xeyrinə işləyəcəkdi.
Bəribaşdan oyunun kifayət qədər gərgin alındığını deməliyik. Artıq ilk dəqiqələrdən meydanda amansız mübarizə gedir, hər iki komandanın üzvləri qapısında top görmədən, rəqib qapısına qol vurmağın planlarını cızırdı. Bu mənada Bayıl təmsilçisinin yetərincə fəal olduğunu deməliyik. Elə ilk yarıda qola yaxın olan da Hacıyev yetirmələri idi. 17-ci dəqiqədə kornerdən ötürülən topu Şəhriyar “çərçivə”yə göndərməkdə çətinlik çəkdisə, 35-ci dəqiqədə Ədilxanın cərimə zərbəsindən vurduğu top tirdə “partladı”.
İlk hissədə susqun görünən zirəlilər fasilədən sonra xeyli fəal təsir bağışlayırdılar. Hücuma atılan “qartallar” 64-cü dəqiqədə qola yaxın olsalar da, Qadzenin vuruşunda azca dəqiqlik çatmadı. 66-cı dəqiqədə Fəhminin fərqlənmək istəyinə qeyri-dəqiqliyi mane oldu. 87-ci dəqiqədə isə Skarlatake 2 metrdən topu tora qovuşdura bilməməklə hamını şoka saldı. Əsas vaxtın sonları meydan sahiblərinin üstünlüyü şəraitində keçdi, di gəl ki, tablodakı “0-lar”ı dəyişə biləcək biri tapılmadı. Ədilxanın qəhrəmana çevrilmək istədiyi an top qapı torunu içəridən yox, çöldən silkələdi.
Əsas vaxtda qol vurulmadığından, daha 30 dəqiqəyə tamaşa etməli olduq. Həmin 30 dəqiqə ki, bu vaxt ərzində yaşananlar 90 dəqiqəni unutdurdu. Ardıcıl təhlükəli vəziyyətlər, boşa verilən qol fürsətləri və təbii ki, Xulionun o gözəl qolu. Meydana sonradan çıxan paraqvaylı forvard ayağının çölü ilə topa usta zərbə endirib komandasını yarımfinala daşımağı bacardı. Halbuki bundan bir neçə dəqiqə əvvəl Qadze Rıbka ilə üz-üzə qaldığı epizodda inanılmaz şansı əldən buraxmışdı. Oyunun sonlarına yaxın “Səbail” var qüvvə ilə irəli atılsa da, bərabərlik qolunu vurmaq mümkün olmadı. Daha doğrusu, vurdu, amma Rəhim Həsənov Adilin qaydalar çərçivəsindən kənar oynadığını bildirib, Nağıyevin ayağından çıxıb tora qovuşan topu qol kimi qeydə almadı. Halbuki bu epizod qaydalara uyğun şəkildə qol sayılmalıydı. Belə çıxır ki, ünlü referi, sadəcə, futbol qaydalarıni bilmir!
HƏBİB

Maraqlıdı...
* ”Səbail”in iddiasının azalması, lap dəqiq desək, maliyyəsinin kəsilməsi klubun sponsorlarının sayına və əhval-ruhiyyəsinə də təsir edib. Ötən mövsümün sonlarında, yəni komanda bürünc medallara yaxınlaşdıqca “dənizçilər”in oyunları zamanı “papaların gül balaları” VİP-lojalarda çoxluq təşkil edirdilər. Lakin indi hamısı yoxa çıxıb. Təsadüfi deyil ki, kubokun yarımfinalının biraddımlığında olan kollektivi dəstəkləmək üçün Zirəyə heç kim təşrif buyurmamışdı. Yalnız klubun əməkdaşları idi.
* Deyəsən, dünya Zirədəki İdman Kompleksinə nəzarət edənlərin vecinə deyil. Günəşin göz çıxardığı vaxtda, yəni saat 15.30-da arenanın projektorlarının işə salınmasına başqa ad vermək olmur. Bunun üçün ya pulu xərcləməyə yer axtarmalısan, ya da “can özgənin” deyib, kef etməlisən.
* Oyunsonrası mətbuat konfransında “Səbail”in mətbuat katibi Törə Əhmədova gözə dəymədi. Öyrəndik və məlum oldu ki, xanım həmkarımızın anası dünyasını dəyişdiyindən başı yas mərasiminə qarışıb.
* Matç başa çatandan sonra meydan sahibləri sevincdən yerə-göyə sığmırdılar. Bu an qarşıma Adrian Skarlatake çıxınca, aramızda maraqlı dialoq yaşandı:
- Xulioya təşəkkür etdin?
- Nəyə görə?
- Qol vurmasaydı, iş penalti zərbələrinə qədər uzansaydı, təyyarəyə gecikə bilərdin.
- Xəbərin var ki, mən Xulioya yox, Xulio mənə təşəkkür etməlidi.
- Niyə?
- Çünki oyunun sonlarında 2 metrdən topu qapıya vura bilsəydim, məsələ həll olunacaq, Xulio sona qədər ehtiyatda qalacaq və qəhrəman ola bilməyəcəkdi.

Belə dedilər...
Aftandil Hacıyev: “Bu gün rəqib ümumən bizdən üstün idi. Hər iki oyunda cütün qalibi olmağa çalışsaq da, alınmadı. Hər iki matçda qol imkanlarımız oldu. Tirdən, dirəkdən dönən toplarımız oldu. Bunları qola çevirə bilsəydik, rahat oynaya bilərdik. Futbolçularıma bu mübarizliyə görə təşəkkür edirəm. Bu cür vəziyyətdə, gərgin oyunda 90 yox, 120 dəqiqə mübarizə apardılar. Rəqibi təbrik edirəm və uğurlar arzulayıram. Xeyr, oyundan əvvəl rəhbərliklə heç bir görüş olmamışdı. Ümumiyyətlə, mükafat haqda danışmaq istəmirəm. Çünki ondan vacib problemlər var ki, həlli tapılmır. Təkcə maaş yox, çox problemlər var. İndi bir-bir saysaq, çox vaxt gedər. Yevgeni Koçukla Aleksandr Rıbka gedirmi? Rəsmi bir şey olanda klub məlumat verəcək. Mətbuatda yazılanlara şərh vermək istəmirəm. Hələ ki mənə yaxınlaşıb, “getmək istəyirəm” deyən olmayıb. Görüşün sonlarındakı narazılığımız qolun qeydə alınmamasına görəydi. Zənnimcə. təmiz qol idi. Çünki top artıq oyunda idi. Üstəlik, qapıçıya da heç kim maneə törətmirdi, arada məsafə da yetərincə idi. Kərim Benzema təxminən belə qol vurmuşdu, qeydə alınmışdı. Avropada belə qolu sayırlar, ancaq bizdə sayılmırsa, deməli, bizdə bu baxımdan da problemlər var”.
Zaur Həşimov: “Çox stressli oyun oldu. İlk görüş də bu qədər ağır keçmişdi. Futbolçularımızda qələbə əzminə görə həddən artıq gərginlik vardı. Sözün düzü, elə özümdə də. Maksimum gizlətməyə çalışsam da, bəzən alınmırdı. Əsas odu ki, nəticə bizim üçün yaxşı oldu və mərhələni keçdik. Tək bu gün yox, əvvəlki oyuna da ehtiyatlı başlamışdıq. Evdə oynayırdıq və rəqibin vuracağı hər qola 2 topla cavab verməliydik. Ona görə də ilk dəqiqələrdən ehtiyatı əldən vermək istəmirdik. Sona yaxın hücuma atıldıq. Elvin Məmmədovun oyuna qoşulması da buna səbəb oldu, hücumlarımız artdı. Məqsədimiz cütün taleyini 90 dəqiqə ərzində həll etmək olsa da, qol bir az gec gəldi. Bəli, hakimliklə bağlı müəyyən etirazlar vardı. İlk oyunda da penalti epizodu vardı. Adil Nağıyev Mfo Kqasvaneni düz hakimin gözü qarşısında vurmuşdu. Aşkar penaltiydi, hətta qırmızı vərəqə də vermək olardı. Fikrimcə, bu gün Adilin Qadzeni yıxdığı epizodda da penalti var idi. Ancaq indi dəqiq deyə bilmərəm, baxmaq lazımdı. Orxan Sadıqlının epizoduna gəlincə, qolun qeydə alınmadığı vəziyyətlər də olub. Rəhim Həsənov təcrübəli hakimimizdi. Yəqin ki, FİFA-nın son qaydalarını bilərək belə qərar verib…. Bu gün də iki hücumçuyla oynadıq. Sadəcə, bu dəfə Mfonu ilk dəqiqələrdən meydana buraxmışdıq ki, ehtiyac duyularsa, Xulioya üçüncü forvard kimi şans verək . Açığı, Xulionun qol vuracağını hiss etməmişdim. Amma komandaya ciddi fayda verəcəyinə 100 faiz əmin idim… Skarlatakenin ən yaxın saatda təyyarə reysi var. Məsələ penaltilərə qədər uzansaydı, bəlkə də Skarlatake təyyarəyə gecikəcəkdi… Gedənlər olacaq. Amma indi ad açıqlamaq istəmirəm. Hazırda həmin futbolçuların özləri ilə də danışıqlar gedir. Minimum üç əcnəbi ilə yollarımızı ayırmaq istəyirik. Yerliləri qorumağa çalışırıq. Ola bilər ki, gedənlər arasında yerlilər də olsun. Komandanı gücləndirmək üçün rəhbərliklə söhbətimiz olacaq”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür Bu gün, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı Bu gün, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır Bu gün, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! Bu gün, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” Bu gün, 16:30 Karius FIFA-ya şikayət etdi Bu gün, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” Bu gün, 16:20 Tramp da videokonfrans keçirdi Bu gün, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı Bu gün, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? Bu gün, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib Bu gün, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan Dünən, 11:22 Fonda daha hansı klub pul köçürəcək? Dünən, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür Bütün xəbərlər
Ən çox oxunanlar