21 dek 15:04olke

“Qəbələ” yenə gücünü göstərdi


Elmar Baxşıyev: “Büdcəyə uyğun addımlar atılacaq”
5. Sabah (Bakı) – Qəbələ 2:3 (0:2)

Sabah: 1. Saşa Stamenkoviç (k), 19. Təmkin Xəlilzadə, 5. Kərim Diniyev (97. Emil Qasımov, 26), 4. Bəhlul Mustafazadə, 22. Məqsəd İsayev, 13. Filip İvanoviç, 11. Şakir Seyidov, 77. Cavid Tağıyev (17. Məhəmməd Mirzəbəyov, 46), 7. Coşqun Diniyev, 26. Ozancan Kökcü (27. Hendrik Ekşteyn, 67), 23. Amadu Diallo.
Ehtiyat oyunçular: 71. Dmitri Bezruk, 2. Elçin Mustafayev, 6. Vadim Abdullayev, 9. Ulise Diallo, 20. Anar Panayev, 21. Rocer Roxas, 38. Arsen Ağcabəyov, 99. Abbas Ağazadə.
Baş məşqçi: Jelko Sopiç.
Qəbələ: 1. Anar Nəzirov (k), 2. Amin Seydiyev, 8. Qismət Alıyev, 3. İvitsa Zuniç, 74. Yusif Nəbiyev, 6. İbrahima Niasse (11. Asif Məmmədov, 65), 77. Merab Qiqauri, 9. Davit Volkov (7. Roman Hüseynov, 46), 21. Fernan Lopes (55. İdris İnqilablı, 60), 19. Rövlan Muradov, 10. Klesio Bauk.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 4. Sadiq Quliyev, 13. Kristian Kuaku, 15. Vüsal Məsimov, 20. Faiq Hacıyev, 22. Rüstəm Nuriyev, 28. Murad Musayev.
Baş məşqçi: Azər Bağırov.
Qollar: D.Volkov, 22 (0:1). D.Volkov, 23 (0:2). B.Mustafazadə, 62 (1:2). K.Bauk, 65 (1:3). B.Mustafazadə, 75 (2:3).
Vərəqələr: Ş.Seyidov, 38 (qeyri-idman hərəkəti). T.Xəlilzadə, 60 (qeyri-idman hərəkəti). R.Muradov, 67 (qeyri-idman hərəkəti). Y.Nəbiyev, 76 (hakimin qərarına etiraz). C.Diniyev, 90+2 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Qəzənfər Məmmədov, Namiq Bəkirov (hamısı Bakı).
Hakim-inspektor: Ceyhun Haşımov (Bakı).
AFFA nümayəndəsi: Ramiz Mustafayev (Bakı).
19 dekabr. Masazır. Bank Respublika Arena. 700 tamaşaçı.
Birinci hissəyə 2, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
İlk oyun - 0:3.
"Qəbələ" bu mərhələnin ilk duelində 3:0 hesablı darmadağına imza ataraq cütün taleyini böyük ölçüdə həll etmişdi. Masazırlıların bu fərqi aradan qaldırıb mərhələ adlaması möcüzə olardı. "Qırmızı-qaralar"ın dünənki oyuna itki ilə çıxdığını da əlavə edək. Qəbələdəki matçda oyuna sonradan qoşulan və darmadağına qolla töhfə verən, eyni zamanda qırmızı vərəqə alıb antiqəhrəmana çevrilən Ülvi İsgəndərov bu dəfə komandasına kömək edə bilmirdi.
Oyun sürətli hücumlarla başladı. Hətta ilk dəqiqə tamam olmamış hesab açıla bilərdi. Əks-hücumdan sonra Klesio əla ötürmə ilə Volkovu qapıçıyla təkbətək çıxardı. Gürcü yarımmüdafiəçinin ilk vuruşunu Stamenkoviç dəf etdi. Ancaq top yenə Volkovda qaldı. Onun təkrar vuruşunu serb qolkiper kornerə çıxara bildi. Bir dəqiqə sonra Davit yenidən qola yaxın oldu. Onun çəpəki zərbəsi az fərqlə uzaq dirəyin dibindən çölə çıxdı. Bu ikili 8-ci dəqiqədə növbəti dəfə üz-üzə gəldilər və yenə Saşa Davitin sevinməsinə imkan vermədi. Ancaq sanki Stamenkoviçi məyus etməyi qarşısına məqsəd qoyan Volkov hissənin ortalarında istəyinə çatdı. Həm də bir dəqiqə intervalla 2 qol vurdu. O, əvvəlcə 22-ci dəqiqədə cinahda əla keçid edən və topu mərkəzə göndərən Rövlanın ötürməsini qola çevirdi. Meydan sahibləri özünə gəlməmiş Volkov dubl etdi. Bu dəfə o, cərimə meydançasının önündə Kərimdən ustalıqla sıyrıldı və qapıçı ilə təkbətək çıxıb topu Stamenkoviçin başı üzərindən tora atdı. Özünü yetirib topa xəttin üstündə toxunan Kərimin cəhdi də fayda vermədi. Bir qədər sonra Klesio hesabı darmadağın həddinə çatdıra bilərdi. Vəziyyəti belə görən Sopiç planlaşdırılmayan əvəzetməyə əl atdı. O, Kərimi oyundan alıb hücumçu Emili meydana buraxdı. Yeri gəlmişkən, erkən əvəzlənməsinə etiraz edən Diniyev ehtiyat oyunçular skamyasına yox, birbaşa paltardəyişmə otağına yollandı. Tədricən oyunu bərabərləşdirən "Sabah" 37-ci dəqiqədə ardıcıl iki dəfə qola yaxın oldu və maraqlıdı ki, hər ikisində top qapı çatına tuş gəldi. Əvvəlcə Coşqunun cərimə zərbəsində, ardınca Emilin başla vuruşunda azacıq dəqiqlik çatmadı.
"Sabah" ikinci hissəyə fəal başladı. 51-ci dəqiqədə meydan sahiblərinin növbəti dəfə bəxti gətirmədi. Ozancanın zərbəsini Nəzirov önünə qaytardı, özünü yetirən Emil qapıçını da keçib boş qapını nişan almaq istəsə də, top dirəkdən döndü. 62-ci dəqiqədə, nəhayət, Masazır təmsilçisi də fərqləndi. Təmkinin konerdən havalandırdığı topu Bəhlul başla tora qovuşdurdu - 1:2. Ancaq "Sabah"ın qol sevinci uzun çəkmədi. Cəmi 3 dəqiqə sonra standart vəziyyətdən sonra Klesio qüvvətli zərbə ilə fərqi yenidən 2 topa çatdırdı. Meydan sahibləri 75-cı dəqiqədə "Qəbələ"ni növbəti dəfə meydanın mərkəzinə dəvət etdi ki, yenə Bəhlul sabiq komandasını cəzalandırdı. Bu dəfə də kornerdən sonra başla fərqlənən müdafiəçi hücumçularına qol vurmağın yolunu göstərdi. Yeri gəlmişkən, Bəhlul vurduğu qolların heç birində sevinmədi...
Qalan dəqiqələrdə başqa qol olmadı və "Qəbələ" görüşdən 3:2 qalib ayrıldı. Beləliklə, Elmar Baxşıyevin komandası adını yarımfinala yazdırdı.
MİRAĞA

Belə dedilər...
Jelko Sopiç: “Rəqibi mərhələ keçməsi münasibəti ilə təbrik edirəm. Bu gün bizdən daha yaxşı çıxış etdilər. Mən oyunçularıma pis heç nə deyə bilmərəm. Onlar hər şeyi etdilər. Biz oyunu Qəbələdə uduzmuşduq. İlk hissədə 2 dəfə hücuma etdilər və qol vurdular. Oyunçularımı bu gün meydanda bütün güclərini sərf etdikləri üçün təbrik edirəm… Hendrik Eksteyn və ya digər futbolçular ilə problemim yoxdu. Bura gəlməzdən əvvəl və gördükdən sonra prezident və menecerlə danışmışam. Hər kəs özünü məşqdə göstərməlidi. Qışdan sonra necə olacağını görəcəyik”.
Elmar Baxşıyev: “İlk oyundakı uğurlu nəticədən sonra bu matçda da qələbə qazanmaq istəyirdik. Komandanı sırf qələbəyə kökləyirdik. İlk oyundakı qələbəni unudub, bu oyuna kökləndik. Komandanın yaxşı forma yığdığı bir vaxtda premyer-liqada fasilənin yaranmasına təəssüflənməyə dəyməz. Əksinə, daha yaxşı hazırlaşmaq üçün vaxtımız olacaq. Əsas odu ki, komanda istədiyimizi edir. Çalışacağıq ki, bu heyəti saxlayaq. Büdcəyə uyğun addımlar atılacaq. İki mövqeyi gücləndirmək istəyərdik. Mənim üçün əsas futbolçularımın tapşırıqları düzgün yerinə yetirməsidi. Məşqçi və ya baş məşqçi kimi olmağımın mənim üçün böyük fərqi yox idi. Əsas o idi ki, futbolçular tapşırıqları düzgün yerinə yetirdi. Bəhlul Mustafazadənin dubl etməsinə yox, özümüzə görə sevinirəm. Komandanın 2 oyuna 6 qol vurması sevindirici haldı. İstədiyimiz də odu ki, matçın 60-70 faizini hücumda keçirək”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür Bu gün, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı Bu gün, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır Bu gün, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! Bu gün, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” Bu gün, 16:30 Karius FIFA-ya şikayət etdi Bu gün, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” Bu gün, 16:20 Tramp da videokonfrans keçirdi Bu gün, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı Bu gün, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? Bu gün, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib Bu gün, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan Dünən, 11:22 Fonda daha hansı klub pul köçürəcək? Dünən, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür Bütün xəbərlər
Ən çox oxunanlar