21 dek 14:51olke

“Yox e, nə Dubay, nə İspaniya?”


Cavid Hüseynov da Prosineçkini arzulayır
Qolunda “Zirə”nin kapitan sarğısını daşıyan Cavid Hüseynov “Səbail”lə oyunda olduqca əsəbi görünürdü. Təcrübəli futbolçu gah komanda yoldaşlarına irad bildirir, gah da hakimlərin qərarı ilə razılaşmırdı. Bunun acı sonluqla bitə biləcəyini hiss edən Zaur Həşimov Cavidi Elvin Məmmədovla əvəzlədi ki, dəyişiklik yaxşı mənada işə yaradı.
Oyundan sonra isə hamı kimi kapitanın da üzü gülürdü. Odu ki, Hüseynova yaxınlaşıb həm komandası, həm özü, həm də yığma ilə bağlı suallara cavab tapmağa çalışdıq.
- Son vaxtlar sakitləşsən də, bu gün meydanda olduqca emosional görünürdün. Nə ilə bağlı idi?
- Yalnız qələbə qazanmaq haqda düşünürdüm. Açığı, aqressivliyim bir anlıq da "boşalmamaq" istəyindən irəli gəlirdi. Çünki belədə rəqib bizi cəzalandıra bilər. Başqa elə bir səbəb yox idi.
- Bu səbəbdən əvəzləndin?
- Deyə bilmərəm. Baş məşqçi bu qərara gəldi, mən də hörmətlə yanaşıram. Əvəzlənməyəcək futbolçu deyiləm. Əlbəttə, əvəzlənməyim mənim üçün xoş deyildi. Ancaq məşqçinin qərarı idi, nə etmək olar? Hörmətlə yanaşmalıyam.
- Əsəbiliyin özünə idi? Sanki hücumlar zamanı anlaşma istədiyin kimi alınmırdı deyə özündən çıxırdın…
- Hücumda daha kəsərli ola bilərdik. "Səbail" üzərində 4:1 hesablı qələbə qazandığımız oyunu görmək istəyirdim. Bu da alınmırdı. Ona görə də əsəb vardı.
- Çempionatda "Səbail"i böyük hesabla məğlub etsəz də, kubokda hər iki matçda 90 dəqiqə ərzində qol vura bilmədiz...
- Rəqibin baş məşqçisi Aftandil Hacıyev yəqin ki, bunun üzərində işləyib. "Səbail" bu gün bizi birinci zonada qarşılayırdı. Mərkəz müdafiəçilərimiz ayaqlarında top saxlayan kimi, rəqib onlara pressinq edirdi. Bu üzdən müdafiəçilərimiz topu bizə ötürə bilmirdilər. Maşallah, hamısı savadlı məşqçilərdi, təhlil qabiliyyətləri yüksəkdi. Bu gün hansısa boşluq olursa, sabah onu görmürsən.
- Mövsümün ilk yarısını "Zirə" üçün necə qiymətləndirmək olar?
- Premyer-liqada daha yaxşı ola bilərdik. İtirdiyimiz xallar olmasaydı, bu gün ilk "4-lük"də idik və bunu yaxşı nəticə saymaq olardı. Hazırda 5-ci pillədə qərarlaşmışıq və "Sumqayıt"dan 1 xal geridəyik. Düzdü, bu, hələ heç nə demək deyil. Hələlik bu da bizi qane edir. Çünki 4-cü pilləylə cəmi 1 xal fərqimiz var. Qış fasiləsindən sonra həm çempionatda, həm də ölkə kubokunda mübarizəmizi davam etdirəcəyik.
- Öz çıxışını necə qiymətləndirirsən?
- Normal. Bundan da yaxşı ola bilərdi. Hələ tam istədiyim Cavid deyiləm.
- Nikola Yurçeviçin gedişindən sonra milliyə Robert Prosineçkinin dönüşü müzakirə olunur. Bu barədə nə düşünürsən?
- Bu gün əsasən Prosineçki variantının üzərində dayanırlar. Onun rəhbərliyi altında oynamışıq. Həm məşqçiliyindən, həm də insanlığından heç kimin narazılığı olmayıb. Hamı razılıq edib. Məncə, o gəlsə, xoş olar.
- Tərlan Əhmədov və Samir Abasovun da adı milli ilə yanaşı hallanır. Səncə, onlar yığmanı çalışdırmağa hazırdılar?
- Bunu özlərindən soruşsaz, daha yaxşı olar. Desəm ki, hazırdılar, yalan danışmış olaram. Desəm ki, hazır deyillər, bu da pis çıxacaq.
- Ölkənin ən güclü məşqçisi sayılan Qurban Qurbanov bir il ərzində millidə istəniləni verə bilmədi. Abasov və ya Əhmədov onun edə bilmədiyini bacarar?
- Bu sualı cavablamaqda çətinlik çəkirəm. Yalan danışmaq istəmirəm. Bəlkə də həqiqətən bacararlar. İşləsələr, zamanla bilmək olar.
- Təxminən 15 günlük istirahət olacaq. İstirahət planların nədi: Dubay, İspaniya?..
- Yox e, nə Dubay, nə İspaniya? Əvvəlki vaxtlar deyil. Bunlar bitdi artıq. Düzü, istirahət planları haqda fikirləşməmişəm.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür Bu gün, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı Bu gün, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır Bu gün, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! Bu gün, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” Bu gün, 16:30 Karius FIFA-ya şikayət etdi Bu gün, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” Bu gün, 16:20 Tramp da videokonfrans keçirdi Bu gün, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı Bu gün, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? Bu gün, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib Bu gün, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan Dünən, 11:22 Fonda daha hansı klub pul köçürəcək? Dünən, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür Bütün xəbərlər
Ən çox oxunanlar