21 dek 13:50olke

Nail Kərimov gürcülərdən bir addım geridə olduğumuzu etiraf etdi


“Başa düşdülər ki, Azərbaycanda hamını udmaq o demək deyil ki, sən üst səviyyədəsən”
Ötən saylarımızın birində “Qəbələ” Futbol Akademiyasının U-15 və U-12 komandalarının Gürcüstana səfər etdiyini xəbər vermişdik. Onu da qeyd etmişdik ki, "Qəbələ" ilə Tiflis "Dinamo"su arasındakı qarşılıqlı əməkdaşlıq çərçivəsində “qırmızı-qaralar”ın iki yaş qrupu Gürcüstan futbolunun flaqmanından olan həmyaşıdları ilə yoxlama görüşlərində münasibətləri aydınlaşdırıblar. Bölgə təmsilçisinin U-12 komandası 0:2, 2:3, 15 yaşadək futbolçuları isə 0:1 və 0:2 hesablı məğlubiyyətə üzülüblər.
Hamıya bəllidi ki, hazırda “Qəbələ”nin aşağı yaş qrupları AFFA-nın təşkil etdiyi liqalarda “at oynadırlar”. Bu da heç şübhəsiz, rəqabətsizlikdən irəli gəlir. Bunun da nəticəsidi ki, ölkənin ən güclü akademiyasının yetirmələri ölkə xaricinə çıxınca, real gücləri orataya çıxır. Ancaq akademiyanın baş meneceri Nail Kərimov bizim fikirlərimizlə razı deyil. Nail bəy U-12 və U-15 komandalarının Gürcüstan paytaxtında keçirdikləri oyunları dəyərləndirərkən bunları söylədi: “Dinamo” ilə 5 ilə yaxındı əməkdaşlıq edirk. Komandalarımız da bu əməkdaşlıq çərçivəsində ildə bir dəfə Tiflisə səfər edirlər. Onlar da bizim qonağımız olurlar. Burda əsas məqsəd nəticə yox, uşaqların beynəlxalq oyun təcrübəsini artırmaq və oyun keyfiyyətini görməkdi. “Dinamo”nun futbol akademiyasının səviyyəsinin bizdən bir qədər üstün olduğunu qəbul edirik. Bizi “komandalarımız niyə uduzdu” sualı narahat etmir. Biz səhvlərimizi görmək istəyirik. Məsələn, hər iki qarşılaşmada uduzan 2005-ci il doğumlu komandamız daxili çempionatda itkisiz davam edir, rəqiblərin hamısını böyük hesabla yenir. Onlar üçün Gürcüstan səfəri yaxşı siqnal oldu. Başa düşdülər ki, Azərbaycanda hamını udmaq o demək deyil ki, sən üst səviyyədəsən. Deməli, hansısa çatışmazlıqlar var və onu aradan qaldırmaq lazımdı. Açığı, biz gözləyirdik ki, U-15 komandamız Tiflisdə ən azı “Dinamo” ilə başabaş oynayacaq. U-12 isə nisbətən zəif təsir bağışlayacaq. Ancaq əksi oldu. 2008-ci il doğumlular daha yaxşı təsir bağışlayıblar. Özüm Gürcüstana getməsəm də, sonradan “Dinamo” Futbol Akademiyasının rəhbəri Levan Qlançaladze ilə əlaqə saxlayıb danışdım. O da U-12 komandamızın yaxşı təsir bağışladığını bildirdi. “Dinamo”nun U-12 komandası çox güclüdü. Onlar bu yaxınlarda Litvada təşkil olunan turnirin qalibi olublar. İndi bizim üçün maraqlıdı ki, Qəbələdə keçirilən cavab qarşılaşmalarında hansı nəticələr qeydə alınacaq”.
Gürcü gənclərin Avropaya yollanıb legioner həyatı yaşaması artıq adi hal alıb. Onlar hansı keyfiyyətlərinə görə əcnəbi klubların maraq dairəsinə düşürlər ki, bizimkilərdə o yoxdu? Və ya azərbaycanlı gənclər niyə xaricə yollanmaq istəmirlər? Bəlkə akademiyalarda aparılan işlər düz qurulmayıb və hər şey də bundan qaynaqlanır? Kərimovla söhbətdə bu məsələyə də aydınlıq gətirməsini istədik: “Gürcü gənclərin ölkədən kənara çıxmaqda maraqlı olması tarixi ənənənin davamıdı. Biz ötən il də Tiflisə iki yaş qrupu ilə yollanmışdıq. İki qarşılaşmada qalib gəlib, ikisində heç-heçə etmişdik. Belə çıxır ki, ötən il biz onları səviyyə baxımdan üstələyib, bu il geriləmişik. Əsla belə deyil. Nəticəyə baxıb fikir yürütmək, məncə, düz deyil. Ola bilər ki, 3 aydan sonra “Dinamo” Qəbələyə gələndə 4 oyunun hamısında biz qalib gələk. Ümumi götürəndə isə bilirik ki, bu gün biz gürcülərdən bir addım geridəyik. Akademiyada işlərin düzgün qurulmamasına gəlincə, bununla da razılaşmıram. Bizim akademiya yarananda əksər məşqçiləri kənardan dəvət etmişdik. Həmin dönəm üçün zərurətdən atılan addım idi. Vaxt ötdükcə futbolçular kimi, yerli məşqçilərimiz də püxtələşməyə başladı. Düzdü, bu gün də akademiyada başqa bölgələrdən olan məşqçilər çalışır. Ancaq yerlilər heç də onlardan geri qalmırlar, hətta deyərdim ki, əslən Qəbələdən olan çalışdırıcılar bu gün Azərbaycanın istənilən klubunda çox asanlıqla işləyə bilərlər. Çünki klub rəhbərliyi onların da inkişafı naminə çox işlər görüb. Ümumiyyətlə, “Qəbələ” Futbol Akademiyasında heç bir məşqçi işinə məsuliyyətsiz yanaşmır”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” 6-03-2020, 11:51 Bir oyun təxirə salındı, sensasiya qeydə alınmadı 6-03-2020, 11:18 Skarlatake “Zirə”nin uğursuzluğunun səbəbini dedi 6-03-2020, 11:11 İdman jurnalistləri arasında ilk çempionat keçirilib 4-03-2020, 11:09 “Bu gün Səmədağa Şıxlarova qarşı edilən haqsızlıq sabah başqalarına olacaq” 4-03-2020, 11:08 “Bude-Qlimt”in maliyyə şərtləri Emil Balayevi razı salmadı 4-03-2020, 11:02 Hələ belə olmamışdı 4-03-2020, 11:01 “Qarabağ”ı Stamenkoviç və hakimlər dayandırdı 4-03-2020, 10:54 Baxımlı oyun və …heç-heçə 4-03-2020, 10:52 “Qəbələ” üçün əsən Zirə küləyi 4-03-2020, 10:49 Həftənin idman proqramı 4-03-2020, 10:47 “Araz” fərqi daha da artırdı Bütün xəbərlər
Ən çox oxunanlar