21 dek 13:37olke

“Mübarizlər” Region Liqasında oynamaq istəyir

“Mübarizlər” Region Liqasında oynamaq istəyir
Komandanı avtobusla təmin edən iş adamı da var
Elvin Rzayev peşəkar səviyyədə futbol oynamasa da, uşaqlıqdan bu oyuna böyük maraq göstərib, xüsusən də futbol komandası yaratmaq ən böyük arzularından olub. Və nəhayət, bu arzuya çatıb. Ceyranbatan “Mübarizlər”inin qatıldığı ilk yarış isə Bakı Kəndlər Futbol Federasiyasının keçirdiyi payız-yaz çempionatıdı. Debütant olsalar da, yetərincə inamlı təsir bağışladıqlarından klub prezidenti Elvin Rzayevə tribuna verdik.
- Demək olar ki, heç bir futbol infrastrukturunun olmadığı Ceyranbatanda klub yaratmaq ideyası kimdən gəldi? Kimlər bu işdə sizə dəstək verdi? Niyə məhz “Mübarizlər” adını seçdiz?
- Qəsəbəmizdə şəhidlərin xatirəsinə keçirilən futbol turnirində komanda şəklində çıxış etdik və ondan sonra həvəslənərək yeni futbol klubu yaratmaq qərarına gəldik. Yarış şəhidlərin xatirəsinə həsr edildiyinə görə biz də komandamıza Milli Qəhrəman Mübariz İbrahimovum adını verdik.
- Bildiyimə görə, klubunuzun sponsoru var, hətta sizə məşqlərə, oyunlara gedib-gəlmək üçün avtobus da alıb. Sponsorunuz kimdi, nəticələri necə qarşılayır?
- Komandanın maliyyə dəstəkçisi “EME Parfumes” mağazalar şəbəkəsinin rəhbəri Murad Alxasovdu. Mikroavtobusla yanaşı, komandanı geyim dəstləri və başqa lazımi avadanlıqlarla təchiz edib. Nəticələrimizi də yüksək qiymətləndirir.
- Oyunlara harda hazırlaşırsız? Qəsəbənin, Abşeron rayonunun icra orqanları sizə hansısa səviyyədə dəstək verirmi?
- Oyunlara Abşeron rayonundakı Olimpiya Komitəsində və Sumqayıtdakı “Kapital Bank Arena”da hazırlaşırıq. Təəssüf ki, sponsorumuzdan başqa komandaya hansısa şəkildə dəstək verən yoxdu.
- Klubun sonrakı inkişaf planları necədi? Doğrudanmı Region Liqasında, Həvəskarlar Liqasında oynamağı düşünürsüz?
- Əlbəttə, növbəti mövsümdən Region Liqasında çıxış etməyi qarşıya məqsəd kimi qoymuşuq. Gələcək planlarımız arasında uşaq futbol məktəbinin, məşq meydançasının yaradılması və başqa lazımi tədbirləri həyata keçirmək var.
- Bakı Kəndlər Futbol Federasiyasının keçirdiyi yarışların debütantısız. Payız-yaz birinciliyinin oyunları, təşkilatçılıq ilə bağlı fikirləriniz?
- Yarış çox yüksək səviyyədə təşkil olunduğuna görə şəxsən özümün və komandanın oyunçuları adından adı çəkilən qurumun rəhbəri Vaqif Davudova minnətdarlığımı çatdırmaq istəyirəm. Əlbəttə, nizamlı şəkildə keçirilən turnirdə oynamaq xoşdu.
- Turnir cədvəlindən belə görünür ki, çempionluq uğrunda mübarizə əsasən üç komanda – “Bayıl Rovers”, “Mübariz” A və “Mübarizlər” arasında gedəcək. Bu mübarizədə komandanızın üstün cəhəti kimi nəyi görürsüz?
- İlk növbədə peşəkarlığı və müntəzəm məşqləri. Və daha bir üstün cəhət məşqçi heyətimizin – Bəhruz Zeynalovla Elşən Tapdıqlının hədəflərinin yalnız çempionluq olması, təcrübələrinə arxalanaraq komandamızda ciddi nizam-intizam yaratmalarıdı.
Elvin bəy sonda komandası adından BKFF-nin keçirdiyi payız-yaz turnirinə verdiyi informasiya dəstəyinə görə “Futbol+”ə təşəkkür etməyi də unutmadı.
ORXAN

Tablo
BKFF-nin təşkilatçılığı və AFFA-nın dəstəyi ilə kənd və qəsəbələrin həvəskar futbol komandaları arasında keçirilən payız-yaz birinciliyində daha iki tur arxada qalıb. Son nəticələr və turnir cədvəlində yaranan durum ilə tanış olun.
5-ci turun oyunu: Qardaşlar (Lökbatan) – Bayıl Rovers 1:4.
6-cı tur: Mübarizlər (Ceyranbatan) – Xəzri (Buzovna) 4:2, Stern (Binə) – Balaxanı 2:1, Mübariz B (Binəqədi) – Dinamo (Suraxanı) 3:1, Xəzər (Qobustan) – Qardaşlar (Lökbatan) 3:3, Bayıl Rovers – Cəsur (Zığ) 3:1. “Mübariz” A (Binəqədi) istirahət edib.
7-ci tur: Xəzri – Dinamo 5:2, Mübariz A – Stern 4:0, Qardaşlar – Mübarizlər 2:8.
Bu turun “Cəsur” – “Xəzər” oyunu (4:1) daha əvvəl keçirilib. “Balaxanı” – “Bayıl Rovers” oyunu bazar günü keçiriləcək. “Mübariz” B (Binəqədi) istirahət edib.
1. Bayıl Rovers 6 6 0 0 31-4 18
2. Mübariz A 6 6 0 0 20-3 18
3. Mübarizlər 6 5 0 1 30-7 15
4. Xəzri 7 4 0 2 20-18 12
5. Cəsur 6 3 1 2 21-19 10
6. Stern 7 3 1 3 21-24 10
7. Xəzər 6 2 1 3 18-18 7
8. Qardaşlar 7 1 1 5 19-28 4
9. Dinamo 6 1 0 5 12-34 3
10. Mübariz B 6 1 0 5 7-31 3
12. Balaxanı 5 0 0 5 7-120 0
Bombardirlər: Xəyal Xələfli (Binə) – 11, Nadir Hicazi (Bayıl Rovers) – 10, Vəli Əliyev (Mübarizlər), Nurxan Həsənov (Cəsur) – 9.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” 6-03-2020, 11:51 Bir oyun təxirə salındı, sensasiya qeydə alınmadı 6-03-2020, 11:18 Skarlatake “Zirə”nin uğursuzluğunun səbəbini dedi 6-03-2020, 11:11 İdman jurnalistləri arasında ilk çempionat keçirilib 4-03-2020, 11:09 “Bu gün Səmədağa Şıxlarova qarşı edilən haqsızlıq sabah başqalarına olacaq” 4-03-2020, 11:08 “Bude-Qlimt”in maliyyə şərtləri Emil Balayevi razı salmadı 4-03-2020, 11:02 Hələ belə olmamışdı 4-03-2020, 11:01 “Qarabağ”ı Stamenkoviç və hakimlər dayandırdı 4-03-2020, 10:54 Baxımlı oyun və …heç-heçə 4-03-2020, 10:52 “Qəbələ” üçün əsən Zirə küləyi 4-03-2020, 10:49 Həftənin idman proqramı 4-03-2020, 10:47 “Araz” fərqi daha da artırdı Bütün xəbərlər
Ən çox oxunanlar