20 dek 12:38olke

Yusif Vəliyev çatışmazlıqları qəbul etdi


“Həvəskar statuslu liqa olduğundan belə neqativ hallarla qarşılaşırıq”
Ötən sayımızda AFFA-nın təşkil etdiyi U-14 liqasının Şimal zonası üzrə Siyəzəndə keçirilən çempionat oyununda yaşanan biabırçılıq barədə xəbər vermişdik. Bir daha xatırladaq ki, ötən şənbə baş tutan İOEUGİM (Sumqayıt) – “Şahdağ” (Qusar) matçında qonaqların futbolçularından birinin çiyni çıxıb. Həmin vaxt arenada olan təcili tibbi yardım maşını işlək vəziyyətdə olmadığından yeniyetməni xəstəxanaya klub rəsmisi piyada aparıb. Yaşanan xoşagəlməz olaya və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri, Region Liqasının İşçi qrupunun üzvü Yusif Vəliyevlə söhbətləşməyi lazım bildik.
- Sizcə aşağı yaş qrupu üzrə liqalarda və Region Liqasında durum qənaətbəxşdi?
- Fikrimcə, hər şey qaydasındadı. İstər müxtəlif yaş qrupu üzrə liqalarda, istərsə də Region Liqasında çempionat öz axarı ilə davam edir. Ola bilər ki, bəzən hansısa oyunda ortaya müəyyən problem çıxsın, hansısa yöndə çatışmazlıq hiss olunsun. Ancaq ümumilikdə hər şey qaydasındadı.
- Yəqin ki, Siyəzəndə yaşanan biabırçılıqdan xəbəriniz var.
- Qəzetinizdə gedən yazıyla tanış olduqdan sonra Şimal zonası üzrə nümayəndəmizlə yanaşı, başqa şəxslərlə də əlaqə saxlayıb qeyd etdiyiniz problemlə maraqlanmışam. Yazıda qeyd etmisiz ki, təcili tibbi yardım maşını işləmir, onu itələyib stadiona salırlar, oyun başa çatandan sonra isə eyni qayda ilə arenadan çıxarırılar. Ancaq mənə bildirdilər ki, həmin maşın köhnə olsa da, işlək vəziyyətdədi. Sadəcə, zədlənən uşağı xəstəxanaya çatdırmaq üçün əlavə təcili tibbi yardım maşınına ehtiyac duyulub. Bu da ondan qaynaqlanır ki, stadionda olan maşın uşağı xəstəxanaya götürəcəyi halda oyun saxlanılmalıydı. Çünki Əsasnamədə də göstərilib ki, tibbi personal olmadığı halda oyun keçirilə bilməz. Bu üzdən əlavə avtomobilə ehtiyac duyulub.
- Sizcə insan taleyi daha önəmlidi, yoxsa oyunun davam etdirilməsi?
- Əlbəttə, insan taleyi hər şeydən öndədi.
- Ancaq maşın da gəlmədi. Bundan başqa, oyun zamanı stadionda olan həkimin ilkin yardım üçün tibbi çantası belə yox idi. Kənardan baxanda onun həkim olduğu hiss olunmurdu. Buna nə sözünüz?
- Əvvəlcə onu bildirim ki, yarışı təşkil edən qurum kimi biz öncədən oyunların keçirildiyi şəhər və rayonların səhiyyə idarəsinə məktubla müraciət edirik. Həmin idarə bu məsələni həll etməliydi. İkincisi, stadionda olan təcili tibbi yardım maşınında ilkin yardım üçün nəzərdə tutulan ləvazımatlar olub. Bununla da maraqlanmışam.
- Ancaq nədənsə zədəli yeniyetmə vaxtında xəstəxanaya çatdırlmadı...
- Yəqin ki,özünüz də Siyəzən stadionuna gedəndə gördüz ki, rayonun təcili tibbi yardım stansiyası arenanın yaxınlığındadı. Buna görə də uşağın ora piyada aparılması məqsədəuyğun sayılıb.
- Hər halda, bu yolverilməzdi.
- Yenə deyirəm, müəyyən çatışmazlıqlar ola bilər, ancaq bu o demək deyil ki, aşağı yaş qrupları üzrə liqalarda durum acınacaqlıdı.
- Hazırda müxtəlif yaş qrupu üzrə təşkil olunan liqalarda çox sayda komandalar iştirak edir ki, əksəriyyətinin səviyyəsi çox aşağıdı. Bu qədər komandanın çempionatda iştirakına nə ehtiyac var? Onu da nəzərə almaq lazımdı ki, AFFA hər komandaya çempionat oyununa görə müəyyən vəsait ödəyir. Olmazdı ki, mövsümün əvvəlində Region Liqasında olduğu kimi müraciət edən komandaları gözdən keçirib, ən yaxşıları çempionata buraxaydız. Belədə nə maliyyə itkisi olardı, nə də çempionatın səviyyəsi aşağı düşərdi.
- AFFA çempionatda çıxış etdiyinə görə komandalara pul ödəmir. Sadəcə, onların nəqliyyat xərclərini qarşılayır. Aşağı yaş qrupunda çıxış edən kollektivlərin təxminən 95 faizinə yolpulu ödənilir. Bundan başqa, U-13-ə qədər biz kütləviliyi nəzərə alırıq. Ola bilsin, həmin komandalarda çıxış edən uşaqlar arasında istedadlıları olsun. Məsələn, hansısa kənddə istedadlı uşaq var, ancaq müəyyən səbəbdən o rayon mərkəzinə, başqa klubların məşqlərinə gedə bilmir. Ancaq çempionatda çıxış edərkən digər iddialı klubların maraq dairəsinə düşə bilər. Bizim əsas istəyimiz və məqsədimiz odu ki, istedadlı, perspektiv vəd edən heç bir uşaq nəyə görəsə kənarda qalmasın və bu üzdən U-13-ə qədər kütləviliyə nail olmağa çalışırıq. Bu gün hətta U-9 liqası da keçirilir.
- Bir qədər də Region Liqasından danışaq. Sizə elə gəlmir ki, əvvəlki iki mövsümdən fərqli cari “futbol ili”ndə liqanın səviyyəsi aşağı düşüb.
- Bu fikrinizlə razılaşmıram. İlk iki mövsümdə daha çox problemlə üzləşirdik, nəinki indi. Əvvəlki illərdə texniki məğlubiyyətlərin sayı daha çox idi, müəyyən xoşagəlməz olaylar yaşanırdı. Bu il isə statistikaya baxsaz, belə mənfi məqamlar, demək olar ki, yox səviyyəsindədi. Bu da görülən işlərin nəticəsidi.
- Beyləqan “Mil”inin, “İmişli”nin stadion problemi ilə üzləşməsi, sonuncu turda “Qardaşlar”ın meydana çıxmaması mənfi hal deyil?
- Əvvəlcə “İmişli”nin məsələsinə toxunmaq istəyirəm. Komanda oyunlarını rayondakı mərkəzi arenanın yardımçı meydanında keçirir. “Mil”lə oyun günü yağış yağdığından yardımçı meydanın ot örütüyü yaxşı vəziyyətdə deyildi. Bu haqda bizə məlumat verilən kimi qarşılaşmanın bir qədər gec olsa da, əsas meydanda keçirilməsini istədik. Təəssüf ki, həmin vaxt təcili tibbi yardım maşını olmadığından oyun baş tutmadı. Bu isə bizim günahımız deyil. Ev sahibi komanda bu məsələni həll etməliydi. Buna görə də “İmişli”yə texniki məğlubiyyət verildi. Həvəskar statuslu liqa olduğundan belə neqativ hallarla qarşılaşırıq. Region Liqasının startı ərəfəsində iştirakçı komandaların təmsil olunduğu bölgə və şəhərlərin İcra Hakimiyyətlərində çalışan və bu sahəyə cavabdehlik daşıyan şəxslərlə əlaqə saxlayıb onların da fikirlərini öyrənmişik. Onların zəmanəti olmadan heç bir komandanı çempionata buraxmamışıq. Təəssüf ki, bəzən istəsək də, istəməsək də, qanqaraldıcı durumla qarşılaşırıq.
- Ötən həftənin sonunda Region Liqasında çıxış edən komandalara forma və top payladız. Bir çoxları bunu gecikmiş addım kimi dəyərləndirdi. Bunu mövsümün əvvəlində etmək olmazdı?
- Ötən il bütün komandaları geyim dəsti və inventarla təmin etdik. AFFA-nın heç bir komandanın qarşısında belə öhdəliyi yoxdu. Bu addımı Region Liqasında çıxış edən komandalara hədiyyə kimi də qəbul etmək olar. Niyə bizdən narazılıq edirlər? Çempionatın startı ərəfəsində bütün iştirakçı komandalara bildirilmişdi ki, cari mövsümdə forma və top məsələsi bəzi nüanslar səbəbindən gecikəcək. Öncədən xəbərdarlıq olunmuşdu və hamı da bunu normal qəbul etmişdi. Bir qədər yubanma ilə olsa da, sözümüzü tutduq və ötən həftənin sonunda Region Liqasında çıxış edən bütün kollektivlərə formalar və toplar paylanıldı.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” 6-03-2020, 11:51 Bir oyun təxirə salındı, sensasiya qeydə alınmadı 6-03-2020, 11:18 Skarlatake “Zirə”nin uğursuzluğunun səbəbini dedi 6-03-2020, 11:11 İdman jurnalistləri arasında ilk çempionat keçirilib 4-03-2020, 11:09 “Bu gün Səmədağa Şıxlarova qarşı edilən haqsızlıq sabah başqalarına olacaq” 4-03-2020, 11:08 “Bude-Qlimt”in maliyyə şərtləri Emil Balayevi razı salmadı 4-03-2020, 11:02 Hələ belə olmamışdı 4-03-2020, 11:01 “Qarabağ”ı Stamenkoviç və hakimlər dayandırdı 4-03-2020, 10:54 Baxımlı oyun və …heç-heçə 4-03-2020, 10:52 “Qəbələ” üçün əsən Zirə küləyi 4-03-2020, 10:49 Həftənin idman proqramı 4-03-2020, 10:47 “Araz” fərqi daha da artırdı Bütün xəbərlər
Ən çox oxunanlar