20 dek 12:33olke

“CBC Sport” elita məşqçilərini bir araya gətirdi

“CBC Sport” elita məşqçilərini bir araya gətirdi
Hamı gəlmişdi, Qurban Qurbanov harda idi?
İdman ictimaiyyətinin yaxından izlədiyi “CBC Sport” izləyicilərinin görüşünə bu dəfə yeni verilişlə gəldi. Dekabrın 17-də, axşam saat 20.00-da başlayan tok-şou üçün maraqlı lahiyə hazırlanmışdı. Premyer-liqada iştirak edən komandaların baş məşqçiləri masa arxasına dəvət olunmuşdu ki, ölkə futbolunun bugünü və sabahı ətrafında maraqlı müzakirələr aparıldı, fikirlər dinlənildi.
Rüstəm Əfsərli və Gündüz Abbaszadə kimi təcrübəli aparıcıların atmaca dolu suallarının, premyer-liqada ilk addımlarını atan gənc mütəxəssislərin ağıllı cavablarının, bu və buna bənzər bir çox maraqlı məqamların verilişə rəng qatdığını deyə bilərik. 90 dəqiqə sürən tok-şouda Tərlan Əhmədovun mayda “Neftçi”dən ayrılması haqda dedikləri, Robero Bordinin çalışdırdığı komandanın xoş gələcəyinə hesablanmış sözləri, Jelko Sopiçin Azərbaycana pul qazanmaq üçün gəldiyini etiraf etməsi srağagün axşamın möhürü idi.
Lakin bir məqam oldu ki, üstündən su içərək keçmək olmur. Söhbət verilişdə 8 yox, 7 baş məşqçinin iştirak etməsiydi. Belə ki, Qurban Qurbanov üçün ayrılan masa boş qalmışdı. Gündüzlə Rüstəm söhbətin əvvəlindəcə məsələyə aydınlıq gətirib, Qurbanovun obyektiv və subyektiv səbəblərdən qonaq ola bilməyəcəyini bəyan etdilər.
Ağıllara dərhal yaxın keçmiş, “Qarabağ”la APOEL arasında Bakıda baş tutan son oyun gəldi. Həmin matç ki, oyunsonrası mətbuat konfransında “CBC Sport”un əməkdaşının Qurban bəyə Rəşad Sadıqovla bağlı verdiyi sual baş məşqçinin xoşuna gəlməmiş, nəticədə təcrübəli mütəxəssis gənc jurnalistə gözləmədiyi şəkildə cavab vermişdi. Həmin olay sonradan şişirdilmiş, “CBC Sport”un təcrübəli əməkdaşları Nurlan Valehoğlunu açıq şəkildə müdafiə etmişdilər. Düşünmək olardı ki, “Qarabağ”ın çalışdırıcısının verilişə qatılmaqdan imtina etməsinin başlıca səbəbi də həmin hadisə, başqa cür desək, aradakı soyuqluq idi. Amma yox...
Qurbanovun göstərdiyi obyektiv və subyektiv səbəbləri üzə çıxarmaq üçün müəyyən “gəzişmə” etdik. Məlum oldu ki, söhbət hansısa narazılıqdan, soyuqluqdan, yaxud inciklikdən getmir. Sadəcə, Qurban bəy efir məkanında görünmək istəmir. Sonuncu dəfə təxminən bir il əvvəl, hələ yığmanın baş məşqçisi olduğu dönəmdə “Real” TV-nin rəhbəri Mirşahin Ağayevin qonağı olan Qurbanov o vaxtdan bu günə qədər heç bir verilişdə qonaq qismində iştirak etməyib. Düzdü, çağıranlar olub, lakin getməyib. Tok-şoudan imtina etməsinin əsl səbəbi də budu: “digər jurnalistlərin dəvətinə isti yanaşmamışam. Budəfəki verilişdə qonaq olsam, başqalarının xətrinə dəyər, onlara qarşı yaxşı hərəkət olmaz”.
Yəni əsl səbəb budu, başqa nəsə axtarmağa dəyməz. Verilşin həqiqətən ürəkaçan olduğunu bir daha qeyd etməliyik. Ümid edək ki, növbəti dəfə çağrılacaq qonaqlar da tok-şounun maraqlı alınması üçün əllərindən və dillərindən gələni edəcəklər.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” 6-03-2020, 11:51 Bir oyun təxirə salındı, sensasiya qeydə alınmadı 6-03-2020, 11:18 Skarlatake “Zirə”nin uğursuzluğunun səbəbini dedi 6-03-2020, 11:11 İdman jurnalistləri arasında ilk çempionat keçirilib 4-03-2020, 11:09 “Bu gün Səmədağa Şıxlarova qarşı edilən haqsızlıq sabah başqalarına olacaq” 4-03-2020, 11:08 “Bude-Qlimt”in maliyyə şərtləri Emil Balayevi razı salmadı 4-03-2020, 11:02 Hələ belə olmamışdı 4-03-2020, 11:01 “Qarabağ”ı Stamenkoviç və hakimlər dayandırdı 4-03-2020, 10:54 Baxımlı oyun və …heç-heçə 4-03-2020, 10:52 “Qəbələ” üçün əsən Zirə küləyi 4-03-2020, 10:49 Həftənin idman proqramı 4-03-2020, 10:47 “Araz” fərqi daha da artırdı Bütün xəbərlər
Ən çox oxunanlar