17 dek 15:48olke

“Qarabağ” niyə bacarmadı?


Altıncı cəhdin beş məqamı
“Qarabağ” budəfəki avrokubok məcarasını da dekabrda başa vurdu. Düzdü, hazırkı reallıqları nəzərə alanda Azərbaycan klubu üçün Avropa Liqasının qrup mərhələsində oynamaq belə qəhrəmanlıqdı. Səkkiz komandalı, rəqabətsiz çempionatda iştirak edən komandanın əzmi, gücü, motivasiyası bu qədərinə imkan verir. “Qəbələ” zəifləyəndən sonra digər klublarımızın avrokuboklarda hansı aqibətlə üzləşdiyini hamımız görürük. Bu məqamın özü Azərbaycan futbolu ilə Avropa arasındakı uçurumun nə qədər dərin olduğunu göstərir. Amma ardıcıl 6 ildi ki, “Qarabağ” bu uçurumun o biri tərəfinə adlamağı, Azərbaycan futbolunu Avropaya yaxınlaşdırmağı bacarır.
Yeganə üzücü məqam odu ki, “Qarabağ” bu cəhdlərin heç birində qrup mərhələsi səddini adlaya bilməyib. Çempionlar Liqasını bir kənara qoysaq, “köhlən atlar” 5 dəfə Avroliqanın qrupunda “ilişib”. 2014-cü ilin elə bu günlərində çexiyalı hakim Miroslav Zelinkanın kobud səhvi pley-offa gedən yolumuzu kəsdi. İki il sonra isə əsas rəqibimiz PAOK-u iki oyunda məğlub etsək də, “Slovan”a qarşı keçirilən oyunlarda qələbəyə həsrət qalmağımız bizi qrupda saxladı. Ötən il qrupumuzda London “Arsenal”ı və Lissabon “Sportinq”i yer aldığına görə şansımız onsuz da çox deyildi. Amma bu dəfə xeyli ümidlənmişdik. Di gəl ki, yenə də olmadı. “Niyə”sini birlikdə incələyək…
Püşk ümidləndirsə də...
Son illərdə azərbaycanlı futbolsevərlərdə maraqlı bir xüsusiyyət formalaşıb. “Qarabağ”ın qrupdakı rəqibləri məlum olan kimi, hərə öz kalkulyatoru ilə hesablamağa başlayır, nikbin proqnozlar verilir. Mütləq birini autsayder çıxarır, digərini göyün başına qaldırırıq. Özümüzə tay gördüyümüzü də müəyyənləşdirib, rəqəmlərin kombinasiyasından nəticələr proqnozlaşdırırıq. Bu dəfə də elə idi. Böyük əksəriyyət “Qarabağ”ın yer aldığı qrupda ikinci olacağını düşünürdü. Nikbin fanatlar “F91 Düdelanj”ı hesabdan silir, bu rəqibdən 6 xal alacağımızı deyirdi. Proqnozlara görə APOEL-i Bakıda məğlub edir, Nikosiyada bu rəqibə uduzmurduq. “Sevilya”dan da doğma meydanımızda xal alırdıq. Beləcə təxminən 10-11 xalla bu qrupdan çıxırdıq. Qrup mərhələsinin startı ərəfəsində “Qarabağ”ın İngiltərə premyer-liqasından qapıçısı transfer etməsi də azarkeşlərin nikbinliyini birəbeş artırmışdı. Nikbin proqnozların doğrulacağına ümid böyük idi. Çünki budəfəki qrupda “Sevilya”dan başqa “böyük beşlik” təmsilçisi yox idi, APOEL-i avqustdakı oyunda məğlub etmək mümkün olmuşdu. Aşkar autsayder qismində gördüyümüz “F91 Düdelanj”ı hər iki oyunda yenərək, APOEL-dən alacağımız azı 3 xal sayəsində qrupdan çıxa bilərdik.
...start elə də uğurlu olmadı
Püşk hər nəqədər üzümüzü güldürmüşdüsə, oyunların təqvimi əlverişli deyildi. Belə turnirlər zamanı ilk oyunda qazanılan qələbə komandaya özünəinam, psixoloji üstünlük qazandırır. “Qarabağ”ın ilk turda “F91 Düdelanj”la evdə, yaxud da səfərdə qarşılaşmasını arzulasaq da, UEFA-nın formalaşdırdığı təqvim açılış oyunundaca qrupumuzun şəksiz favoriti “Sevilya”nı Bakıya göndərdi. Özü də İspaniya təmsilçisi həmin vaxt əla formada idi, ölkəsinin çempionatında da “Real” və “Barselona” kimi rəqibləri geridə qoyub, liderliyi ələ keçirmişdi. “Qarabağ”ın İspaniya La Liqasının liderinə qarşı oyunda qələbə qazanması möcüzə olardı. Azarkeşlər ən azı 1 xal ümidi ilə Respublika stadionun tribunalarını doldurmuşdular. “Neftçi” ilə çempionat oyununda Asmir Beqoviçin inamlı debüt etməsi, qapısını toxunulmaz saxlaması ümid üstünə ümid gətirirdi. Bosniyalı qolkiper “Sevilya” ilə oyunda da yaxşı təsir bağışlayırdı. Onun və komanda yoldaşlarının inamlı oyunu, soyuqqanlı davranışları sayəsində ilk hissədə qapımızı toxunulmaz saxlaya bildik. Tablodakı 0:0 hesabı 62-ci dəqiqəyə qədər dəyişmədi. Qonaqların getdikcə təzyiqi artırması öz bəhrəsini məhz həmin dəqiqədə verdi. Qalan dəqiqələrdə daha iki dəfə fərqlənən ispanlar üç cavabsız qol sayəsində 3 xal qazandılar.
Paralel keçən oyunda “F91 Düdelanj”ın sürprizə imza atması “Qarabağ” üçün əla xəbər oldu. Cənubi Kipr təmsilçisi APOEL Nikosiyada “F91 Düdelanj”a 3:4 hesabıyla məğlub olmaqla “Qarabağ”ın qrupdan çıxmasına bəslənən ümidləri yenidən artırdı. Qurban Qurbanovun komandası növbəti turda “F91 Düdelanj”a qonaq gedirdi, “Sevilya” isə öz meydanında APOEL-i qəbul edirdi. Ermənilərin dronla “Joze Bartel” stadionun üzərinə qondarma bayraq qaldırmasını saymasaq, 3 oktyabr “Qarabağ” və onun azarkeşləri üçün əla gün kimi yaddaşlara köçdü. Təmsilçimiz səfərdə rəqibin daşını daş üstə qoymadı, 4:1 hesablı qələbə qazandı. “Sevilya” isə APOEL-i tək qolla keçdi. Bununla da hesabına 3 xal yazan “Qarabağ” qrupda ikinci pilləyə yüksəldi, APOEL isə “zirzəmi”dəki yerini möhkəmləndirdi. Hər şey bizim xeyrimizə idi.
Tomas Doll adlı kabus
Almaniyalı çalışdırıcı hələ Çempionlar Liqasının təsnifat mərhələsində “Qarabağ” üçün kabusa çevrilmişdi. Nikosiyada qazandığımız 2:1 hesablı qələbədən sonra çoxları “Ayaks”ın Bakıya gəlişinin planlarını cızırdı. Amma APOEL rəhbərliyi riskə gedərək vacib oyun ərəfəsində baş məşqçi dəyişikliyinə əl atdı, Tomas Dollu Paolo Trametsaninin əvəzinə gətirdi. Qəribədi ki, artıq Doll özü də APOEL-dən qovulub. Sanki almaniyalını “Qarabağ”ı “yıxmaq” üçün gətiribmişlər. Missiyasını başa vuran məşqçini dərhal da klubdan uzaqlaşdırdılar. Zarafat deyil, “Qarabağ” Dollun çalışdırdığı APOEL-ə qarşı keçirdiyi üç oyunun heç birində qələbə görmədi. İki vacib qarşılaşmanı uduzmaqla isə iddiasına ciddi zərbə vurdu. Avqustda “Qarabağ”ın yolunu Çempionlar Liqasının təsnifat mərhələsində kəsən alman növbəti iki görüşdə “köhlən atlar”ı de-fakto qrupda saxladı. Halbuki hər iki qarşılaşmada hesabı açan tərəf Qurban Qurbanovun komandası olmuşdu. Bakıdakı görüşdə Dani Kintana, Nikosiyada isə Maksim Medvedev erkən qol vursa da, hesabı qoruya bilmədik. Doğma meydanda məğlubiyyətdən qaça bilsək də, səfərdə 88-ci dəqiqədə gələn qolla işimizi çətinə saldıq. Bundan sonrası artıq möcüzəyə bağlı idi. “Qarabağ” qrupdan çıxmaq şanslarını qorumaq üçün İspaniyadan xalla dönməli, “F91 Düdelanj”dan ikinci qəhrəmanlığı gözləməliydi.
Ümidlər “Ramon Sançes Pisxuan”da “dəfn olundu”
Düzdü, srağagünkü qarşılaşmadan sonra Qurban Qurbanov APOEL-lə oyunun “qırılma nöqtəsi” olduğunu etiraf etdi. Bununla belə, “Qarabağ”ın qrupdan çıxa bilməyəcəyi İspaniyada rəsmiləşdi. Baxmayaraq ki, Xulen Lopeteqi nəticənin elə də önəm kəsb etmədiyi qarşılaşmada əsasən gənc futbolçulara güvənmişdi. Bu məqam “Qarabağ”ın şanslarını artırırdı. Paralel keçirilən görüşdə “F91 Düdelanj”ın erkən qollar buraxması, fasiləyə 0:2 hesabıyla geridə yollanması da Azərbaycan çempionu üçün əlavə təzyiq yaradırdı. Təsadüfi deyil ki, fasiləyə qədər oyun intizamını qoruyan, rəqibə aşkar qol şansı verməyən “Qarabağ” məhz ikinci hissədə “ağ bayraq qaldırdı”. Qapımıza vurulan ilk qolun müəllifi isə oyuna sonradan qoşulan 18 yaşlı Brian Xil idi. Munas Dabbur isə 90-cı dəqiqədə son nöqtəni qoydu – 0:2. Bu məğlubiyyət həm də o demək idi ki, son turun oyunları formallığa çevrilib. Qeydə alınacaq istənilən nəticə “Qarabağ”a qrupdan çıxmaq üçün yetməyəcəkdi. “Sevilya”dan sonrakı yeri APOEL tutacaqdı. Sonuncu tur formallığa çevrilsə də, “Qarabağ” üçün motivasiya var idi. Həm maddi qazanc, həm də reytinq xalları baxımından sonuncu oyunda “F91 Düdelanj”ı məğlub etməliydik. Təəssüf ki, bunu da bacarmadıq. Yaxşı ki, Maqaye Geye son dəqiqələrdə “Qarabağ”ın bərabərlik qolunu vurdu. 6 oyuna 5 xal toplayan “köhlən atlar” qrupda üçüncü oldu. Topladığı xallara görə komandamız “Beşiktaş”, “Trabzonspor”, “Sent Etyen”, “Astana” kimi komandaları qabaqlayır. Bununla belə, bir acı həqiqət var ki, onu dəyişdmək mümkün deyil. “Qarabağ” Avropa Liqasındakı beşinci, ümumlikdə isə avrokubokların qrup mərhələsindəki altıncı cəhdində də qrup səddində ilişdi. Bu isə komandanın minimum vəzifə, yəni qrupda iştirakla kifayətlənməsi, maksimuma çata bilməməsi deməkdi.
Olanımız budu, yoxsa daha yaxşısını bacara bilərdik?
Bacara bilərdik. Yeni tarix yazmaq üçün əla fürsət vardı. Bunun üçün isə APOEL-lə oyunlarda daha diqqətli oynamaq, qələbə hesabını qorumaq lazım idi. “Sevilya” ilə oyunlar bir kənara. “F91 Düdelanj”la Bakıdakı oyunda da qələbə qazanmaq olardı, qrupdan çıxmağa şans qalsaydı. Səfərdə darmadağın etdiyimiz rəqibi doğma meydanda dolu tribunalar qarşısında xalsız qoya bilərdik. APOEL-lə oyunlar bizim üçün faciəvi sonluqla yekunlaşmasaydı. Bəli, Cənubi Kipr təmsilçisiylə qarşılaşmalar taleyimizi həll etdi, ovcumuzun içindəki pley-off vəsiqəsini onlara verdik.
Bakıdakı görüşdə hər şey bizim üçün yaxşı gedərkən standart vəziyyətdən qol buraxdıq, top yolüstü Maksimin kürəyinə də dəydi. Fasiləyə saniyələr qalanda isə Rəşad Sadıqov Ayltonun gözlənilməz “hədiyyə”sini uzaqlaşdıra bilmədi. Səfərdə yenə hesabda öndəydik və bəxt bizdən üz döndərdi. Əvvəlcə Dani Kintana zədələndi. Son dəqiqələrdə isə Miçel sıradan çıxdı. Hansı ki, Kintana Maksimin fərqləndiyi epizodda ötürməni etmişdi, Miçel isə ardıcıl 2-3 epizodda qol fürsətini qaçırmışdı. Onların sonadək meydanda qalması rəqib üçün əlavə problem demək idi. Miçelin qazandığı qol fürsətləri nominal hücumçunun əlinə düşsəydi, onların azı birini qapıya vurardı. Bəli, həmin oyunda “Qarabağ”ın hücumçusu Maqeye Geye idi. Yəqin ki, əlavə şərhə ehtiyac yoxdu. Xilaskar gözüylə baxdığımız Asmir Beqoviç də ondan gözlənilənləri vermədi. “Qarabağ”ın onun iştirakıyla keçirilən 5 oyunun hamısında qol buraxması çox şeydən xəbər verir. Düzdü, onu hansısa ciddi səhvinə görə günahlandıra bilmərik. Amma bir həqiqət var ki, Azərbaycan premyer-liqasındakı rahatlığı onu da formadan saldı, sayıqlığını azaltdı.
Biri qolu vura bilmədi, o biri topu buraxdı... Nəticədə “Qarabağ” qrupda qaldı, azarkeşlərini üzdü. Necə deyərlər, ümidlər gələn payıza qaldı. Ümid edək ki, 7-ci dəfə alınacaq. Bunun üçün isə əvvəlcə qrup mərhələsinə yüksəlmək lazımdı. Sonrası sonranın işidi.
AMAL
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür Bu gün, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı Bu gün, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır Bu gün, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! Bu gün, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” Bu gün, 16:30 Karius FIFA-ya şikayət etdi Bu gün, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” Bu gün, 16:20 Tramp da videokonfrans keçirdi Bu gün, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı Bu gün, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? Bu gün, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib Bu gün, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan Dünən, 11:22 Fonda daha hansı klub pul köçürəcək? Dünən, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür Bütün xəbərlər
Ən çox oxunanlar