14 dek 13:22olke

Soyuq vidalaşma...


“Qarabağ” az qala “Düdelanj”a da uduzacaqdı
Avropa Liqası
Qrup mərhələsi, 6-cı tur
A qrupu
Qarabağ - F91 Düdelanj (Lüksemburq) 1:1 (0:0)
12. Şahruddin Məhəmmədəliyev
3. Aylton
14. Rəşad Sadıqov (k)
55. Bədavi Hüseynov
5. Maksim Medvedev
2. Qara Qarayev
17. Abdulla Zubir
8. Miçel
18. İsmayıl İbrahimli
(20. Riçard Almeyda, 50)
10. Dani Kintana
(9. Xayme Romero, 64)
11. Mahir Əmrəli
(99. Maqaye Geye, 75)
Ehtiyat oyunçular
1. Asmir Beqoviç
4. Rahil Məmmədov
23. Faysal Rerras
71. Tural Bayramov
Baş məşqçi: Qurban Qurbanov
1. Jonatan Juber (k)
16. Tibo Leskua
5. Tom Şnell
20. Mişel Qaros
34. Məhəmməd Buşuari
28. Şarl Morren
4. Kobe Kools
10. Dominik Ştolç
77. Samir Buqren
(8. Mario Pokar, 84)
22. Antuan Berne
(23. Rayan Klapp, 78)
27. Adel Bettaeb
(98. Loran Mendi, 86)
Ehtiyat oyunçular
30. Tim Kips
15. Rikardo Delqado
24. Mehdi Kirş
Baş məşqçi: Bertran Krasson
Qollar: S.Buqren, 63 (0:1). M.Geye, 90+1 (1:1).
Vərəqələr: Q.Qarayev, 30. Ş.Morren, 53. Miçel, 66. A.Berne, 71 - sarı. Q.Qarayev, 46 - qırmızı (ikinci sarı).
Hakimlər: KRİSTO TOHVER, Silver Koyv, Sten Klaasen, Yuri Frişer (hamısı Estoniya).
Hakim-inspektor: Nikolay İvanov (Rusiya).
UEFA nümayəndəsi: Sergey Lisniç (Moldova).
12 dekabr. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 5823 tamaşaçı.
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
8 (2) qapıya (“çərçivə”yə) zərbə 5 (3)
5 korner 2
3 ofsayd 4
12 qayda pozuntusu 17
4 (1) vərəqə (qırmızı) 2
Beləliklə, Çempionlar Liqasının ardından ötən gecə Avropa Liqasında da qrup mərhələsinə yekun vuruldu. Ölkəmizin bu turnirdəki yeganə təmsilçisi “Qarabağ”, ümumiyyətlə, sonuncu matçına çıxdı. Ağdamlılar tsiklə doğma meydanda, "F91 Düdelanj"a qarşı oyunla yekun vurdu. Qurban Qurbanovun çalışdırdığı kollektivin səfərdə 4:1 hesabıyla qalib gəldiyi rəqibi yenib-yenməyəcəyi ciddi önəm kəsb etmirdi. Buna baxmayaraq, bir növ formal xarakter daşıyan matç tsikli sonuncu yerdə bitirməmək, əmsal artırmaq, maddi mənada gəlir əldə etmək baxımından əhəmiyyətli idi. Bundan başqa, lüksemburqlularla oyun yubiley matçı idi. Tofiq Bəhramov adına Respublika stadionundakı matç klublarımızın avrokuboklarda 350-ci sınağı oldu.
Qurban Qurbanov da oyunun formal xarakter daşıdığını nəzərə alıb, start heyətində Şahruddin və İsmayıl kimi yeni adlara yer vermişdi. Stadionda adam az, hava soyuq idi. Milli bəla halına gələn biganəlik yığmaların, ölkənin başqa klublarının ardından bu dəfə “Qarabağ”ı da öz ağuşuna almışdı. Son illərdə ilk dəfə Azərbaycan klubu bu qədər az sayda azarkeş önündə imtahan verəcəkdi. Düzdü, bu məqam artıq başqa yazının mövzusudu.
Oyunda erkən qol ola bilərdi. Artıq 3-cü dəqiqədə Zubir rəqibin müdafiəçinin kobud səhvindən sonra cərimə meydançasına daxil olsa da, təkbətəkdən yararlana bilmədi. Qonaqların 13-14 dəqiqə sonraya təsafüf edən cavabı da kəsərli alındı. Bettaeb cərimə meydançasında Bədavinin nəzarətində olmasına baxmayaraq, zərbə vurmağa imkan tapdı. Onun yaxın küncə ünvanladığı topu Şahruddin dirəyin dibində tuta bildi.
37-ci dəqiqədə "Qarabağ" az qala qapısında qol görəcəkdi. İlk yarıda ən real qol vəziyyətini Maksim "yaratdı". O, cərimə meydançasının yaxınlığında topu Berneyə "hədiyyə etdi". Sonuncu isə Bettaebi zərbə mövqeyinə çıxardı. Ancaq Şahruddin inanılmaz reaksiya ilə əvvəlcə qapıya gedən topun qarşısını kəsdi, ardınca onu zərərsizləşdirdi. Qol vəziyyətləri baxımından kasad alınan ilk yarıda tablodakı sıfırlar dəyişmədi.
İkinci hissəyə isə "Qarabağ" azlıqda başladı. Daha doğrusu, hakim yenicə oyunu bərpa etmişdi ki, Qara ikinci "sarı"nı alıb meydandan qovuldu. Belədə təşəbbüs qonaqların tərəfinə keçdi. 56-cı dəqiqədə Bettaeb qol vursa da, hakim ofsayd işarəsi ilə qolu qeydə almadı. Halbuki bu qərar yetərincə şübhəli idi. 62-ci dəqiqə Mahir əlverişli imkanı əldən verincə "vurmayana vurarlar" prinsipi işə düşdü. Belə ki, cəmi bir dəqiqə sonra Buqren müdafiəçilərin əhatəsində olmasına baxmayaraq, uzaq küncü dəqiq nişan ala bildi.
73-cü dəqiqə Bədavinin müdafiədən uzun ötürməsindən sonra Zubir qapıçı ilə üzbəüz qalsa da, topu qapıçının başının üstündən ata bilmədi. Bir dəqiqə sonra isə Mahir künc zərbəsindən sonra başla fərqlənməyə yaxın olsa da, yaxın məsafədən vuruşu qeyri-dəqiq alındı. Qurban Qurbanov bu epizoddan dərhal sonra Əmrəlini əvəzlədi.
Sanki qoldan sonra ayılan, hədsiz ötürmə səhvlərini minimuma endirən "Qarabağ" təhlükəli vəziyyətləri sıralamağa başladı. Düzdü, ağdamlıların oyunu lehinə çevirə bilməsində baş məşqçinin dəyişikliklərinin rolu vurğulanmalıdı. Xayme və Maqayenin mübarizəyə qoşulmasından sonra oyun birtərəfli getdi. Mahirin əvəzinə meydana çıxan Geye 80-ci dəqiqədə fərqlənməyə yaxın oldu. Maksimin cinah ötürməsinə son anda toxunan rəqib müdafiəçi zərbə vurmağa hazır olan Maqayenin istəyini reallaşmağa qoymadı. Matça əlavə olunmuş ilk dəqiqədə isə Geye istəyinə çatdı. Ancaq bərabərlik qolunda Romeronun əməyi daha çox oldu. İspaniyalı sağ cinahla cinah keçidini qapı qarşısına ötürmə ilə tamamladı ki, Geyeyə, sadəcə, topa toxunmaq qalırdı. Beləliklə, "Qarabağ" AL-in qrup mərhələsini qollu heç-heçə ilə bitirdi. Böyük ümidlərlə yanaşdığımız cari avrokubok mövsümü, təəssüf ki, üzüntüdən və məyusluqdan başqa heç nə vermədi. Qrup mərhələsinin yekunu kimi vurğulamaq lazım gəlir ki, “Qarabağ” avrokubokların yazına adlamağa hədsiz yaxın idi. Sadəcə, APOEL ilə iki oyunda boşa verilən saysız-hesabsız imkanlar belə acı qisməti şərtləndirdi. “Qarabağ” və azarkeşlər Avroliqa ilə soyuq şəkildə vidalaşdı. UEFA-nın klub turnirləri ilə bağlı məlum islahatlarından sonra Allah bilir, bir də nə vaxt buralarda görünəcəyik. Təki mən yanılım...
MİRAĞA

Gözdən qaçmadı
* Qrupun son oyununun nəticəsi “Qarabağ” üçün əhəmiyyət daşımadığından azarkeşlər də stadiona az gəlmişdi. Sıravi azarkeşi hardasa başa düşmək olar. Təəsüfləndirici hal ondan ibarətdi ki, istər “İmarət”in, istərsə də “Qarabağ ordu”nun da sıraları seyrəlmişdi.
* Bütün beynəlxalq matçlarda olduğu kimi, bu dəfə də “qara bazar”ın dəllalları iş başındaydı. Matçdan əvvəl “Tofiq Bəhramov”un qarşısında şıdırğı bilet alveri gedirdi. Oyuna maraq az olduğundan işbazlar VİP sektora biletləri 10 manatdan təklif edirdilər.
* Lüksemburqdan gələn bir qrup jurnalist Bertran Krassonun mətbuat konfransında iştirak etsələr də, Qurban Qurbanovun söyləyəcəklərinə qulaq asmaq istəməyib, konfrans salonunu tərk etdilər.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! Dünən, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir Dünən, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək Dünən, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen Dünən, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır Dünən, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal Dünən, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı Dünən, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi Dünən, 11:51 80 dəqiqəlik məşq Dünən, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı Dünən, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi Dünən, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı Dünən, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı Dünən, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu 17-01-2020, 12:11 “Sumqayıt” 7 qolun vurulduğu oyunu uduzdu 17-01-2020, 12:10 MTK gücünü “Qəbələ”yə göstərdi 17-01-2020, 12:07 Amit Quluzadə Albaniyaya qayıtmaq istəyib 17-01-2020, 12:05 “Turan Tovuz” rəhbərliyinə premyer-liqa ilə bağlı heç nə deyilməyib 17-01-2020, 12:04 U-19 hər ay toplanış keçəcək 17-01-2020, 12:02 Hakimlərimiz beynəlxalq arenada nəinki yerində sayır, hətta geri gedirlər 17-01-2020, 11:59 Bakı metrosunda əcaib irqçilik 17-01-2020, 11:56 Kintananın getmək qərarının arxasındakı sirr 8-01-2020, 11:16 Mirabdulla “Neftçi”yə qayıtdı, Rıbka da gedir 8-01-2020, 11:14 PFL kubokun finalının yeri ilə bağlı yekun qərar verməyib 8-01-2020, 11:09 “Neftçi”ylə “Zirə”nin 200 mini əlində qaldı 8-01-2020, 11:07 Bordinin taleyinə bu gün aydınlıq gəlməlidi 8-01-2020, 11:03 Almeydadan xəbər yoxdu 8-01-2020, 11:00 Güloğlan Cabbarov deputat olmaq istəyir… 8-01-2020, 10:54 “Ümid edirəm ki, “Səbail” futbolda özünəməxsus tarix yazacaq” 8-01-2020, 10:50 İl yeniləndi, dekadanın acıları unudulmadı Bütün xəbərlər
Ən çox oxunanlar