10 dek 16:39olke

Xanbaba Daşdı İbrahim Uzuncanın dedikləri ilə razılaşmadı

[/b]Xanbaba Daşdı İbrahim Uzuncanın dedikləri ilə razılaşmadı
“İbrahim bəy “Şahdağ”dan 6-cı turdan sonra yox, “Uğur”la matçdan sonra ayrılıb”
Qəzetimizin srağagünkü sayında Region Liqasında çıxış edən Quba “Şahdağ”ının artıq sabiq baş məşqçisi İbrahim Uzuncanın açıqlamasını diqqətinizə çatdırmışdıq. Maliyyə problemləri səbəbindən baş məşqçi postundan istefa verən türk mütəxəssis “Şahdağ”ın ağır günlər keçirdiyini, futbolçuların və məşqçilərin maaş problemi ilə üzləşdiyini, qidalanma və məskunlaşma ilə bağlı çətinliklə üzləşdiyini bildirmişdi. Onun dediklərini bir daha yada salaq: “Vəziyyət sözün həqiqi mənasında ağırdı. Futbolçuların qidalanması, məskunlaşması acınacaqlı durumdadı. İşlədiyim dönəmdə maaş almışam? Vallah, “Şahdağ”da üzləşdiyim durumu heç düşmənimə də arzulamıram. Hər matçdan öncə bir az pul tapıb verirdilər ki, birtəhər bu oyunu da yola verin. Qəpk-quruşla 6 tur meydana çıxdıq”.
Dünən redaksiyamızla əlaqə saxlayan “Şahdağ”ın yaradıcısı Xanbaba Daşdı İbrahim bəyin dedikləri ilə razılaşmadığını bildirdi və türk mütəxəssisin söylədiklərinə cavab verdi: “İbrahim Uzuncanın açıqlamasıyla tanış oldum. Ancaq sabiq baş məşqçimizin sizə dediklərinin heç biri ilə razılaşmıram. Bəli, Qubada komandaya himayədarlıq etmək istəyən olmadı. Ancaq futbolçuların qidalanması və məskunlaşması ilə bağlı söylədikləri yalandı. Komanda hər dəfə Qubada olanda rayonun ən yaxşı, sayılıb-seçilən restoranlarında yemək yeyir. Qubanın ən yaxşı yerində kənardan gələn futbolçular üçün ikimərtəbəli villa kirayə tutmuşam və onların məskunlaşma ilə bağlı çətinliyi olmayıb. Səfər matçlarına futbolçular üçün rahat nəqliyyat vasitəsi ayrılıb. İstəsəz, bunu “Şahdağ”ın şərəfini qoruyan oyunçulardan da dəqiqləşdirə bilərsiz. O ki qaldı baş məşqçinin qəpik-quruşa işlədiyini deməsinə, bu fikirlə də razı deyiləm. Əvvəlcə onu bildirim ki, İbrahim bəy “Şahdağ”dan 6-cı turdan sonra yox, “Uğur”la matçdan sonra ayrılıb. Sumqayıt təmsilçisi ilə görüş isə ikinci turda keçirilib. Sonrakı 4 oyunda “Şahdağ”ı meydana Fair Əmirquliyev çıxarıb. İndi İbrahim bəyin sizə puldan şikayət etməsi düzgün çıxmır. Bunu futbolçular desəydi, hardasa başa düşərdim. Onlara da imkan daxilində pul verilib. Ancaq baş məşqçimizlə aramızda nə razılaşma olubsa, ona əməl etmişik. Yaxın günlərdə də Uzuncanın təyyarə biletini alıb vətəninə yola salacam. İbrahim bəy “Adana Dəmirspor”la razılaşdığımız layihə çərçivəsində bura gəlmişdi. Bəzi səbəblərdən onu reallaşdıra bilmədik. Ancaq bu o demək deyil ki, onun maaşı ödənilməyib”.
Xanbaba bəy türkiyəli məşqçiyə ikiaylıq işinə görə ödədiyi maaşı açıqlamasa da, əlaqələrimizi işə salıb bu barədə dəqiq məlumat əldə etdik. Etibarlı mənbədən bizə verilən bilgiyə əsasən, Uzuncaya ayda 1000 manat əməkhaqqı söz verilib. İşlədiyi 2 aya görə isə Xanbaba bəy baş məşqçiyə 1500 manat maaş verib. Arada olan razılaşmaya əsasən qalan 500 manat da yol xərcinə ayrılıb.
[b]RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! Dünən, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir Dünən, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək Dünən, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen Dünən, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır Dünən, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal Dünən, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı Dünən, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi Dünən, 11:51 80 dəqiqəlik məşq Dünən, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı Dünən, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi Dünən, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı Dünən, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı Dünən, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu 17-01-2020, 12:11 “Sumqayıt” 7 qolun vurulduğu oyunu uduzdu 17-01-2020, 12:10 MTK gücünü “Qəbələ”yə göstərdi 17-01-2020, 12:07 Amit Quluzadə Albaniyaya qayıtmaq istəyib 17-01-2020, 12:05 “Turan Tovuz” rəhbərliyinə premyer-liqa ilə bağlı heç nə deyilməyib 17-01-2020, 12:04 U-19 hər ay toplanış keçəcək 17-01-2020, 12:02 Hakimlərimiz beynəlxalq arenada nəinki yerində sayır, hətta geri gedirlər 17-01-2020, 11:59 Bakı metrosunda əcaib irqçilik 17-01-2020, 11:56 Kintananın getmək qərarının arxasındakı sirr 8-01-2020, 11:16 Mirabdulla “Neftçi”yə qayıtdı, Rıbka da gedir 8-01-2020, 11:14 PFL kubokun finalının yeri ilə bağlı yekun qərar verməyib 8-01-2020, 11:09 “Neftçi”ylə “Zirə”nin 200 mini əlində qaldı 8-01-2020, 11:07 Bordinin taleyinə bu gün aydınlıq gəlməlidi 8-01-2020, 11:03 Almeydadan xəbər yoxdu 8-01-2020, 11:00 Güloğlan Cabbarov deputat olmaq istəyir… 8-01-2020, 10:54 “Ümid edirəm ki, “Səbail” futbolda özünəməxsus tarix yazacaq” 8-01-2020, 10:50 İl yeniləndi, dekadanın acıları unudulmadı Bütün xəbərlər
Ən çox oxunanlar