10 dek 15:33olke

Rəhim Həsənov fitnes-testdən “kəsilib”

Rəhim Həsənov fitnes-testdən “kəsilib”
Stuxlik bu üzdən ona 4 turdu təyinat vermir
Çempionatda ən gərgin oyunların təcrübəli hakimlərə həvalə olunmasına adət etmişik. Vaxtilə bu missiya Xaqani Məmmədov, Asim Xudiyev, Tahir Süleymanov kimi beynəlxalq dərəcəli hakimlərin üzərinə düşürdüsə, sonralar Vüsal Əliyev, Fariz Yusifov, Anar Salmanov kimilər derbilərdə əsas söz sahibi olurdular. İndi o adlardan əsər-əlamət qalmayıb.
Frits Stuxlikin gəlişindən sonra xeyli sayda gənc hakim üzə çıxıb ki, bu gün premyer-liqa matçlarında onları görməkdəyik. Artıq əvvəlki kimi gənc və təcrübəli statusuna görə ayrı-seçkilik edilmir. Odu ki, bəzən hansısa diqqətçəkən qarşılaşma Əliyar Ağayevə yox, məsələn, Kamal Umudluya həvalə olunur. Yaxud hansısa təcrübəli referi uzun müddət kənarda qalır.
Mövzuya toxunmağımız əbəs deyil. İllərdi beynəlxalq oyunlara təyinat alan Rəhim Həsənovu neçə vaxtdı “gördüm” deyən yoxdu. FİFA referisi sonuncu dəfə 10-cu turda iş başında olub və “Qəbələ” – “Sabah” qarşılaşmasını idarə edib. Qəbələdə baş tutan görüşdə paytaxt təmsilçisi 2:1 hesabıyla qalib ki, matçda hansısa qalmaqal yaşanmayıb. Nə penalti qərarı verib, nə kiməsə qırmızı vərəqə göstərib. Belədə Rəhimin noyabrın 3-dən bu yana istər elita, istərsə də kubok matçlarından kənarda qalması sual doğurur.
Məsələyə aydınlıq gətirmək üçün Hakim və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxliklə əlaqə saxladıq. Məlum oldu ki, Həsənovun dərdi var: “Dediyiniz oyundan sonra, lap dəqiq desək, noyabrın 5-də hakimlərdən fitnes-test götürülmüşdü. Lakin Rəhim Həsənov həmin testdən kəsilmişdi. Ona görə də təyinatlardan kənarda qalmışdı. Dekabrın 3-də təkrar fitnes-testə dəvət olundu və imtahandan uğurla keçdi. Ona görə də yenidən təyinat alacaq”.
Stuxlikin sonuncu cümləsindən sonra ortaya növbəti sual çıxır. Təcrübəli hakim dekabrın 3-dəki sınaqdan üzüağ çıxıbsa, 14-cü turdakı qarşılaşmalardan kənarda qalmasının səbəbi nədi: “Tura təyinatlar oyunlardan bir neçə gün əvvəl verilir. 14-cü turun bölgüsü aparılanda Rəhim Həsənov təkrar testdən keçməmişdi. Ona görə də həftəsonu iş başında ola bilməyəcək”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! Dünən, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir Dünən, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək Dünən, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen Dünən, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır Dünən, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal Dünən, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı Dünən, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi Dünən, 11:51 80 dəqiqəlik məşq Dünən, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı Dünən, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi Dünən, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı Dünən, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı Dünən, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu 17-01-2020, 12:11 “Sumqayıt” 7 qolun vurulduğu oyunu uduzdu 17-01-2020, 12:10 MTK gücünü “Qəbələ”yə göstərdi 17-01-2020, 12:07 Amit Quluzadə Albaniyaya qayıtmaq istəyib 17-01-2020, 12:05 “Turan Tovuz” rəhbərliyinə premyer-liqa ilə bağlı heç nə deyilməyib 17-01-2020, 12:04 U-19 hər ay toplanış keçəcək 17-01-2020, 12:02 Hakimlərimiz beynəlxalq arenada nəinki yerində sayır, hətta geri gedirlər 17-01-2020, 11:59 Bakı metrosunda əcaib irqçilik 17-01-2020, 11:56 Kintananın getmək qərarının arxasındakı sirr 8-01-2020, 11:16 Mirabdulla “Neftçi”yə qayıtdı, Rıbka da gedir 8-01-2020, 11:14 PFL kubokun finalının yeri ilə bağlı yekun qərar verməyib 8-01-2020, 11:09 “Neftçi”ylə “Zirə”nin 200 mini əlində qaldı 8-01-2020, 11:07 Bordinin taleyinə bu gün aydınlıq gəlməlidi 8-01-2020, 11:03 Almeydadan xəbər yoxdu 8-01-2020, 11:00 Güloğlan Cabbarov deputat olmaq istəyir… 8-01-2020, 10:54 “Ümid edirəm ki, “Səbail” futbolda özünəməxsus tarix yazacaq” 8-01-2020, 10:50 İl yeniləndi, dekadanın acıları unudulmadı Bütün xəbərlər
Ən çox oxunanlar