10 dek 15:01olke

Kubokdan kənarda qalanlar səbəbləri sadaladılar


Elçin Dərgahquliyev: “Bizi nə gözlədiyini əvvəldən bilirdik, sadəcə, uşaqların yanında demirdim”
Dekabrın 3-ü və 4-də ölkə kubokunun 1/8 final mərhələsinin oyunları keçirildi, növbəti mərhələyə adlayan komandaların adına aydınlıq gəldi. Sürpriz nəticələrin qeydə alınmadığı mərhələdə bütün hallarda sevinən tərəf premyer-liqa təmsilçiləri oldu. Və bir daha sübut olundu ki, aşağı dəstə təmsilçiləri elita komandaları üçün qapazaltıdı. Premyer-liqada mübarizə aparanlar hətta aparıcı futbolçuları olmadan belə, aşkar üstün təsir bağışlayıb, layiqli qələbə qazanırsa, düşündürücü və dəyişməli olan çox şey var.
Yeganə sevindirici məqam birinci divizionda yarışan komandaların, hətta elita təmsilçilərinın heyətində gənc futbolçuların şans qazanması və özlərini yaxşı tərəfdən göstərməsiydi. Bu gün “Sabah”da, “Zaqatala”da, “Kəpəz”də, “Qaradağ Lökbatan”da xoş gələcək vəd edən futbolçular var. Təəssüf ki, kölgədə qalırlar. Əsas komandaların qarşısına yüksək hədəflər qoyulduğundan, gənclər təcrübəli yerlilərin və legionerlərin kölgəsində qalırlar. Halbuki zamanla onlara şans vermək lazımdı, təcrübə toplamalarına çalışmaq vacib şərtdi.
Ötən sayımızda premyer-liqa komandalarını çalışdıran baş məşqçilərin, həmçinin “Kəpəz”də əsas söz sahibi olan Yaşar Vahabzadənin oyunlarla bağlı fikirlərinə yer vermişdik. Odu ki, bu dəfə birinci divizion təmsilçilərinin çalışdırıcılarıyla əlaqə saxladıq.
Elçin Dərgahquliyev (Qaradağ Lökbatan): “Bu ildən klub olaraq strategiyamız dəyişib. Bildiyiniz kimi, start heyətində maksimum 4 təcrübəli futbolçunun iştirakına icazə verilir. Bir o qədər, bəlkə bundan da artıq sayda təcrübəli ehtiyatda qala bilər. Lakin biz bundan tam imtina etmişik, sırf gənclərlə oynayırıq. Ən yaşlı futbolçularımız iki nəfərdi, onlar da 1997 doğumlular. Hə, bir də təzəlikcə Anar Məhərrəmov gəlib kömək etməyə. Futbolçuların maaşı 150-300 manat aralığındadı. Bu gün üstünlüyü “Neftçi” İK-in yetirmələrinə veririk. Bunları deyirəm ki, “Zirə” ilə aramızdakı yerdən göyə qədər fərqi müəyyənləşdirmək baxımından təsəvvürləriniz olsun.
Kubokda oynamaqdan imtina etsəydik, zəng vuracaqdız ki, Elçin müəllim, niyə oynamadız? Düzdü? Onsuz da uduzacağımızı bilirdik. Sadəcə, uşaqlar premyer-liqadan olan komanda ilə oynamaq, təcrübə toplamaq istəyirdilər. Bizi nə gözlədiyini əvvəldən bilirdik, sadəcə, uşaqların yanında demirdim. Onları heç bir halda ruhdan sala bilməzdim. Dvizionun autsayderi ilə premyer-liqada heyətində 6-7 legioner oynayan komandanın qarşılaşmasından başqa nə gözləyirdiz? Buna baxmayaraq, 45-ci dəqiqəyə qədər dözə bildik. Sizə söz deyim, o epizodda heç penalti də yox idi. Fasiləyə qolsuz bərabərliklə yollansaydıq, bəlkə də hesab bu cür olmayacaqdı. Uduzacaqdıq, öz yerində. Amma fasilədən sonra komandanın çıxışı daha parlaq olacaqdı. İkinci yarıda bərabərlik qolu üçün irəli atıldıq deyə, müdafiədə boşluqlara yol verdik. Rəqib də bundan maksimum yararlanmağı bacardı.
Ötənilki kubok mövsümündə divizion komandalarından heç biri elita təmsilçilərinin qapısına yol tapa bilmədi. Bu il “Kəpəz” sağ olsun, heç olmasa, onlar 1 qol vurdular. Aramızda uçurum var, get-gedə də artmaqdadı. Vəziyyətin bu həddə çatmasının səbəbi isə tətbiq olunan yaş limitidi. Neçə ildə gənclərlə bağlı limit tətbiq olunur, guya faydası nədi? Birinci diviziondan hansı futbolçu əsas milliyə dəvət olunur? Yaxud premyer-liqanın əvəzedicisi olmayan komandadan kimlər digər yaş qruplarından ibarət yığmalara dəvət olunur? Qardaş, dərdimiz böyükdü, deməklə qurtarmır”.
Rüstəm Məmmədov (Zaqatala): “Açığı, bundan da yaxşı oynaya bilərdik. Sadəcə, ilk hissədə hava şəraiti, yəni küləyə qarşı oynamağımız öz oyunumuzu göstərməyə imkan vermədi. Ona görə də hardasa 25-30 dəqiqəni hava şəraitinə uyğunlaşmağa sərf etdik. Xüsusən də qol buraxandan sonra komandanın inamlı və istəkli təsir bağışlaması məni sevindirdi. Rəqib premyer-liqa təmsilçisi olsa da, “vur qabağa” prinsipi ilə oynamırdıq. Əksinə, məzmunlu oyun göstərməyə çalışırdıq. Bunun nəticəsi kimi qol imkanları yaxaladıq. İki dəfə qapıçıları yaxşı oynadı, bir dəfə də tir imkan vermədi. “Sumqayıt” isə əlinə düşən imkanları təcrübəsi hesabına qola çevirməyi bacardı. İlk yarım saatı çıxsaq, komandamın qalan bir saatda göstərdiyi oyundan razı qaldım. Başa düşdük ki, bir az da güc sərf etməklə, yaxud güclənməklə elita komandalarına qarşı oynamaq olar. Sadəcə, bu cür matçların sayı çox olmalıdı. Bu uşaqlar premyer-liqada çıxış etsələr, heç də orda oynayanlardan zəif görünməzlər.
Bu oyunda öz gücümüzü bilmək, nəyə qadir olduğumuzu görmək istəyirdik. Bir növ dərs idi. Əmin oldum ki, doğru yoldayıq, sadəcə, “artırmalı” cəhətlərimiz var. Çox istərdik ki, belə oyunların sayı çox olsun. Fasilə dönəmlərində Bakıya gedib güclü rəqiblərlə qarşılaşa bilmədiyimizdən, məcburiyyətdən Gürcüstana gedirik. Orda elita komandaları ilə üz-üzə gəlirik”.
“Ağsu”nun baş məşqçisi Zaur Əsədovla isə əlaqə saxlamaq mümkün olmadı.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var Bu gün, 12:35 Almeyda Şeferin komandasında oynayacaq Bu gün, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi Bu gün, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı Bu gün, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu Bu gün, 12:29 “Neftçi”də ispan məşqçi Bu gün, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” Bu gün, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi Bu gün, 12:20 “Zirə” Krnetanı qaytardı Bu gün, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü Bu gün, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı Bu gün, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir Bu gün, 12:07 Rüfət Dadaşovu qınayırlar... Bu gün, 12:05 2020-ci ildə ilk heç-heçə Bu gün, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... Bu gün, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Bütün xəbərlər
Ən çox oxunanlar