06 dek 18:16olke

Elita klubları “birincilər”i kubokdan qovdu


Beləliklə, ölkə kubokunda 1/8 final mərhələsi arxada qaldı. Çərşənbə axşamı baş tutan “Keşlə” – “Kəpəz” qarşılaşması ilə başlayan mərhələnin digər üç oyunu dünən keçirildi. Bu görüşlərdə premyer-liqa klubları birinci divizion komandalarını sınağa çəkirdi. Bəribaşdan qeyd edək ki, ilk mərhələdə sensasiya baş vermədi və premyer-liqa təmsilçiləri asan qələbə qazanmaqla, bir görüşdən ibarət olan cütü adlayan tərəf oldu. Bu isə o deməkdi ki, 1/4 finalda birinci divizion komandaları olmayacaq.
Mərhələnin açılış oyununda ikinci hissəni bir nəfər azlıqda keçirən “Keşlə” 1/4-ə adlayan ilk komanda oldu. Dünənki görüşlərə gəlincə, günün ilk matçında “Zirə” “Qaradağ Lökbatan”ın qapısından 4 cavabsız top keçirdi. “Ağsu” ilə qarşılaşan “Sabah” daha məhsuldar oldu. Bakılılar qonaqların qapısından 5 cavabsız top keçirdi. Beləliklə, Jelko Sopiç Azərbaycanda ilk qələbəsini “ikinci cəbhə”də qazandı.
Mərhələyə Sumqayıtda yekun vuruldu. Şəhərin eyniadlı komandası “Zaqatala” üzərində 2:0 hesablı qələbə ilə 1/4 finala yüksəldi.
Ölkə kuboku
1/8 final
Keşlə - Kəpəz 3:1
Zirə - Qaradağ Lökbatan 4:0
Sabah – Ağsu 5:0
Sumqayıt – Zaqatala 2:0
1/4 final mərhələsində aşağıdakı cütlər qarşılaşacaq:
5. Qəbələ - Sabah
6. Səbail - Zirə
7. Neftçi - Sumqayıt
8. Qarabağ - Keşlə
Qeyd edək ki, növbəti mərhələnin görüşləri dekabrın 15-16-sı və 19-20-də keçiriləcək.
1. Sabah (Bakı) – Ağsu 5:0 (1:0)
Sabah: 71. Dmitri Bezruk, 5. Kərim Diniyev (k), 6. Vadim Abdullayev, 17. Məhəmməd Mirzəbəyov, 27. Hendrik Ekşteyn (97. Emil Qasımov, 46), 9. Ulise Dialo (20. Anar Panayev, 68), 21. Rocer Roxas, 99. Abbas Ağazadə, 59. Raymond Qodstaym (19. Təmkin Xəlilzadə, 52), 2. Elçin Mustafayev, 38. Arsen Ağcabəyov.
Ehtiyat oyunçular: 98. Oleq Karnaux, 7. Coşqun Diniyev, 10. Cavid İmamverdiyev, 11. Şakir Seyidov, 22. Məqsəd İsayev, 23. Amadu Diallo, 42. Rza Biqdelo, 72. Zahid Mərdanov.
Baş məşqçi: Jelko Sopiç.
Ağsu: 12. Şamo Həsənov, 3. Fərrux Rəhimov (k), 17. Malik Babayev (22. Oqtay Məmmədov, 73), 15. Vüsal İbrahimov, 11. Qalib Əmrahov, 77. Elçin Əliyev, 7. Ceyhun Rəcəbli (50. Orxan Quliyev, 77), 99. Davud Mahmudov, 5. Kənan Əşrəfli, 28. Vüqar Gözəlov, 56. Fərid Həsənzadə.
Ehtiyat oyunçular: 45. Ramil Kərimov, 10. Rəsul İbrahimov, 38. Məhəmməd Əliyev, 44. Kənan Məmmədov.
Məşqçi: Zaur Əsədov.
Qollar: U.Diallo, 29-p. (1:0). M.Mirzəbəyov, 61 (2:0). A.Ağcabəyov, 70 (3:0). R.Roxas, 82 (4:0). R.Roxas, 90+3 (5:0).
Vərəqələr: V.İbrahimov, 23. Ş.Həsənov, 29. D.Mahmudov, 30 – sarı.
Hakimlər: FƏRİD HACIYEV, Mübariz Haşımov, Pərvin Talıbov, Elçin Məsiyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
4 dekabr. Masazır. “Bank Respublika Arena”, ehtiyat meydança. 30 tamaşaçı.
Birinci hissəyə 5, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
2. Zirə - Qaradağ Lökbatan 4:0 ()
Zirə: 1. Orxan Sadıqlı (k), 14. Bəxtiyar Həsənalızadə (77. Cəlal Hüseynov, 72), 17. Robin Nqalande (10. Elvin Məmmədov, 6), 23. Mfo Kqasvane, 5. Anastasios Papazoqlu, 11. Soni Norde, 99. Rafael Məhərrəmli, 97. Tapdıq Əhmədov (18. Xulio Sezar Rodriges, 46), 19. Müşfiq İlyasov, 22. İbrahim Aslanlı, 64. Kənan Cəfərov.
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 4. Elvin Camalov, 8. İlkin Muradov, 43. Riçard Qadze, 88. Tellur Mütəllimov, 93. Seyxan Fərəcov.
Baş məşqçi: Zaur Həşimov.
Qaradağ Lökbatan: 1. Cəfər Əlizadə (70. Anar Məhərrəmov, 64), 4. Tural Məmmərzəyev, 5. Sahil Zeynalov, 10. Elçin Əliyev, 19. Firuddin Mövsümov (6. Nazim Rəhimov, 86), 8. Sərxan Əhmədli, 77. Taleh İskəndərov (k), 15. Osman Soltanov, 21. Rövşən Şahmuradov (27. Toğrul Xanlarov, 64), 7. Aqşin Hüseynov, 3. Məhərrəm Orucov.
Ehtiyat oyunçular: 12. Miremil Həsənov, 11. Nicat Quluzadə, 14. Niyazi Qasımzadə, 16. Coşqun Canımov, 22. Tural Əjdərli, 47. Kamran Baloğlanov, 90. Aqşin Eyyubov.
Baş məşqçi: Elçin Dərgahquliyev.
Qollar: E.Məmmədov, 45-p. (1:0). M.İlyasov, 55 (2:0) X.S.Rodriges, 69 (3:0). İ.Aslanlı, 79 (4:0).
Vərəqələr: F.Mövsümov, 45+2. S.Zeynalov, 50. T.Məmmərzəyev, 56. İ.Aslanlı, 65. M.İlyasov, 90+3. T.Xanlarov, 90+4 – sarı.
Hakimlər: RƏŞAD ƏHMƏDOV, Namiq Hüseynov, Müslüm Əliyev, Namiq Bəkirov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
4 dekabr. Zirə. İdman Kompleksinin stadionu. 100 tamaşaçı.
Birinci hissəyə 3, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
3. Sumqayıt – Zaqatala 2:0 (1:0)
Sumqayıt: 13. Aydın Bayramov, 97. Xəyal Nəcəfov, 2. Rail Məlikov (k), 7. Ehtiram Şahverdiyev (10. Əmir Ağayev, 64), 14. Elvin Bədəlov, 11. Elgün Nəbiyev, 6. Vüqar Mustafayev, 50. İlqar Qurbanov, 90. Rəhim Sadıxov (70. Mehdi Şərifi, 46), 44. Elvin Cəfərquliyev, 20. Rüfət Abdullazadə (17. Murad Xaçayev, 75).
Ehtiyat oyunçular: 12. Nicat Mehbalıyev, 18. Süleyman Əhmədov, 28. Səbuhi Abdullazadə, 30. Nəbi Məmmədov, 33. Ələkbər Ağayev, 88. Cavid Quliyev.
Baş məşqçi: Ayxan Abbasov.
Zaqatala: 1. Vüsal Şabanov, 4. Kənan Müslümov, 10. Rəhman Şabanov, 6. Aleksandr Şemonayev (k), 17. Bəhruz Teymurov (28. Ülvi Quliyev, 66), 19. Famil Camalov (22. Kamal Dənziyev, 79), 5. Xəyal Əmirli (2. Sərxan Abdullayev, 46), 9. Maqsud Ələkbərov, 8. İbrahim Qədirzadə, 7. Elşad Əliyev, 14. Elçin Əlicanov.
Ehtiyat oyunçular: 12. Rəşad Əhmədov, 3. Yusif Həsənov, 11. Səid İbadov, 13. Ramin Əhmədov, 15. Əsədulla Heydərov, 25. Oruc Balaşlı.
Baş məşqçi: Rüstəm Məmmədov.
Qollar: R.Sadıxov, 19-p. (1:0). Ə.Ağayev, 70 (2:0).
Vərəqələr: K.Müslümov, 19. İ.Qədirzadə, 56. R.Abdullazadə, 72. A.Şemonayev, 90+1. V.Mustafayev, 90+2. R.Şabanov (oyundan sonra) – sarı.
Hakimlər: NİCAT İSMAYILLI, Zeynal Zeynalov, Cəmil Quliyev, Orxan Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
4 dekabr. Sumqayıt. Kapital Bank Arena. 450 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
4. Keşlə - Kəpəz (Gəncə) 3:1 (1:1)
Keşlə: 94. Rəşad Əzizli, 33. Tərlan Quliyev (k), 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 14. Emin Mehtiyev (3. Cabir Əmirli, 81), 22. Əfran İsmayılov (17. Vüsal İsgəndərli, 69), 5. Franko Flores, 10. Sezar Meza Kolli, 90. Orxan Fərəcov (25. Con Kamara, 46), 13. Pərviz Azadov, 97. Xəzər Mahmudov.
Ehtiyat oyunçular: 1. Stanislav Namaşko, 2. İlkin Qırtımov, 4. Slavik Alxasov, 6. Rəşad Sadiqov , 9. Lorenso Frutos, 91. Samir Abdullayev.
Baş məşqçi: Tərlan Əhmədov.
Kəpəz: 1. Əli Kərimov, 4. Qaraxan Əliyev, 10. Əli Səmədov (k), 6. Nodar Məmmədov, 7. Elvin Nəsibov, 17. Tural Əliyev, 21. Elcan Rəhimov, 20. Kənan Allahverdiyev, 11. Elgün Orucov, 27. Ülvi Əliyev, 25. Ümid Səmədov.
Ehtiyat oyunçular: 22. Pərvin Zeynalov, 3. İsmayıl Məmmədov, 5. Novruz Məmmədov, 8. Fərid Bayramov, 19. Eltac Mirzəyev.
Baş məşqçi: Yaşar Vahabzadə.
Qollar: R.Əmircanov, 24 (1:0). N.Məmmədov, 45+1 (1:1). X.Mahmudov, 57 (2:1). X.Mahmudov, 88 (3:1).
Vərəqələr: E.Nəsibov, 10. F.Flores, 19. T.Quliyev, 49. S.Meza Kolli, 66 – sarı. F.Flores, 45+1 – qırmızı (ikinci sarı).
Hakimlər: RAUF ALLAHVERDİYEV, Elşad Abdullayev, Rahil Ramazanov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Ruhulla Kərimov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
3 dekabr. Bayıl. ASCO Arena. 100 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.

Reaksiyalar
Yaşar Vahabzadə: "Keşlə"ni kubokda növbəti mərhələyə adlaması münasibətilə təbrik edirəm və çempionatda uğurlar arzulayıram. Bilirdik ki, kubok matçı çətin olacaq. Çünki 1-ci divizion komandaları ilə premyer-liqa təmsilçiləri arasında böyük fərq var. Futbolçular çalışdılar ki, maksimum əllərindən gələni etsinlər. Nəticədən yox, oyundan, futbolçuların qarşılaşmaya özlərini necə kökləmələrindən, motivasiya olunmalarından razı qaldım”.
Tərlan Əhmədov: "Əvvəla, həmkarım Yaşar Vahabzadəni təbrik edirəm, çox nizam-intizamlı komanda gördüm. Açığı, 1-ci divizionda belə bir komandanın olması məni sevindirdi. Oyuna gəlincə, kubok qarşılaşmaları həmişə çətin olur. Bu komandanı motivasiya etməklə bağlıdı. Çünki rəqibin 1-ci divizion təmsilçisi olması futbolçulara bir az təsir göstərir. Oyunun gedişində qırmızı vərəqə aldıq, qol buraxdıq. Bu zaman istər-istəməz oyun da əldən gedə bilərdi. Ancaq ikinci hissədə artıq oyunumuzu yavaş-yavaş bərpa etdik. Failədə dəyişikliyə əl atdım, Con Kamaranı meydana buraxıb orta xətti daha da gücləndirdik. Bundan sonra oyunumuzu tutduq, hesabı xeyrimizə dəyişərək qalib gəldik. Biroyunluq kubok qarşılaşması həmişə çətin olur. İstər-istəməz həyəcan olur, hər an sürprizlə qarşılaşa bilərsən. Biz də, demək olar, artıq sürprizlə qarşılaşırdıq. Ancaq ikinci hissədə 2 qol vurmaqla qalib gəldik".
Zaur Həşimov: "Belə oyunlarda ən çətin məsələ futbolçuları matça kökləmək olur. Fikrimcə, bizdə də bu pis alınmadı. Sadəcə, birinci qola qədər bir qədər psixoloji gərginlik var idi. Hesabı açandan sonra işlər qaydasına düşdü, daha çox hücum etməyə başladıq. Bunun da nəticəsində bizi qane edən hesabla qələbə qazandıq”.
Jelko Sopiç: “İlk hissə istədiyimiz kimi olmadı, yaxşı oynamadıq. Fasilədə uşaqlara dedim ki, bilmirəm, bundan öncə necə olub, ancaq indi hamı sübut etməlidi ki, kim həqiqətən oynamaq istəyir. İstər Amadu, istər Təmkin, istərsə də başqaları - kim oynamaq istəmirsə, gedə bilər. Onları tribunaya da göndərə bilərəm. Qalib gəldik, hesab da normaldı. Belə olmalıydı. Çox da məmnun deyiləm ki, Məhəmməd və Kərim iki ardıcıl oyun oynadılar. Komandada gənclərin də oynamasını istəyirdim və onlara liderlik edə biləcək Kərimi və Məhəmmədi oynatdım. Hava çox soyuq idi, belə havada oynamaq çətindi. Nəticə önəmli deyil. Bizim ilk hissədə göstərdiyimiz oyunu istəmirdik. Mən gələndən sonra belə oyun görmək istəmirəm”.
Ayxan Abbasov: "Bu cür havaya rəğmən, azarkeşlər bu gün bizi tək buraxmadılar. Birinci dəstənin ən döyüşkən futbol oynayan komandası ilə qarşılaşacağımızı bilirdik. Biz də oyuna ciddi hazırlaşmışdıq. Premyer-liqada az forma şansı əldə edən futbolçularımıza da bu gün şans verdik. Əsas məqsədimiz turu keçmək idi ki, bunu da bacardıq. Artıq bu oyunu unudub, qarşıdakı matçlara hazırlaşmalıyıq".
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var Bu gün, 12:35 Almeyda Şeferin komandasında oynayacaq Bu gün, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi Bu gün, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı Bu gün, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu Bu gün, 12:29 “Neftçi”də ispan məşqçi Bu gün, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” Bu gün, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi Bu gün, 12:20 “Zirə” Krnetanı qaytardı Bu gün, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü Bu gün, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı Bu gün, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir Bu gün, 12:07 Rüfət Dadaşovu qınayırlar... Bu gün, 12:05 2020-ci ildə ilk heç-heçə Bu gün, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... Bu gün, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Bütün xəbərlər
Ən çox oxunanlar