06 dek 12:28olke

İbrahim Uzunca “Şahdağ”dan ayrıldı


“Azərbaycanda futbol heç kimə lazım deyil”
Cari mövsümdə Region Liqasında debüt edən Quba “Şahdağ”ının “sükanı arxasına” vaxtilə premyer-liqada “Bakı”nı çalışdıran İbrahim Uzuncanın dəvət olunması futbol ictimaiyyəti arasında təəccüblə qarşılandı. Həmin vaxt klubun yaradıcısı Xanbaba Daşdı qəzetimizə açıqlamasında İbrahim bəylə böyük planlarının olduqlarını, növbəti illərdə “Şahdağ”ı daha zirvələrə daşımağı hədəflədiklərini bildirmişdi. Ancaq türk mütəxəssisin Quba təmsilçisi ilə işbirliyi çox çəkmədi. Uzunca son turda Qusar “Şahdağ”ına məğlubiyyətdən sonra tutduğu postdan ayrılmağa qərar verib.
Dünən türk mütəxəssisi arayıb, istefasının səbəbini öyrəndik: “Dəyirmana su gəlməsə, dəyirman daşı buğdanı üyüdərdmi? Təbii ki, yox. “Şahdağ” da məhz susuz dəyirmanın günündə idi. Nə qədər pulsuz çalışmaq olar? Mən heç özümə görə demirəm, o futbolçulara nə qədər “sabah yaxşı olacaq, meydana çıxın, birisigün yaxşı olacaq” deyib, yalan vədlər vermək olar. Türkiyədən bura işləməyə, ailəmizə çörəkpulu qazanmaq üçün gəlmişik. Ancaq zəhmətimizin qarşılığını görmədikdə adam çox peşman olur. Bir sözlə, maliyyənin olmaması səbəbindən “Şahdağ”dan ayrıldım. Gücüm yalnız bura qədər çatdı. Səbr etməkdən, yalan vədlər eşitməkdən yoruldum”.
Bundan sonra “Şahdağ”ın vəziyyəti necə olacaq” sualına isə İbrahim bəy belə cavab verdi: “Çox istərdim ki, “Şahdağ” liqada mübarizəni davam etdirsin. Ancaq futbolçuların komandada qalıb-qalmayacağını deməkdə çətinlik çəkirəm. Çünki onların da ailəsi var. Hər kəs çalışır ki, futbolda qazandığı pulla övladlarına baxsın, yaxınlarına kömək etsin. Pul olmayandan sonra, məncə, heç kim havayı meydana çıxmaq istəməyəcək. Biz bu yola çıxanda Qubanın bir çox məmurları komandaya yardım edəcəklərini, maliyyə sarıdan çətinlik çəkməyəcəyimizi bildirmişdilər. Lakin sonda hamı üz döndərdi, Xanbaba meydanda tək qaldı. Onun da geniş imkanı yoxdu ki, təkbaşına komandanın ehtiyaclarını qarşılasın. Vəziyyət sözün həqiqi mənasında ağırdı. Futbolçuların qidalanması, məskunlaşması acınacaqlı durumdadı. Qubadakı otellərdən biri guya komandaya sponsorluq edəcəkdi. Ancaq onlar da heç bir iş görmədilər, “Şahdağ”a sahib çıxmadılar. İşlədiyim dönəmdə maaş almışam? Vallah, “Şahdağ”da üzləşdiyim durumu heç düşmənimə də arzulamıram. Hər matçdan öncə bir az pul tapıb verirdilər ki, birtəhər bu oyunu da yola verin. Qəpik-quruşla 6 tur meydana çıxdıq”.
Sonda Uzunca Azərbaycan futbolunun ildən-ilə gerilədiyini vurğulamağı da unutmadı: “Bəlkə mənim futboldan başım çıxmır, bəlkə mən fərqli dünyada yaşayıram, deyə bilmərəm. Ancaq bu gün gördüyüm odu ki, Azərbaycanda futbol heç kimə lazım deyil və bu səbəbdən futbolunuzun səviyyəsi ildən-ilə aşağı düşür. Vaxtilə premyer-liqada çıxış edən “Bakı”nı çalışdırırdım. Həmin vaxtla indini müqayisə edəndə ortaya acınacaqlı durum çıxır. Bir ölkədə ki “Xəzər Lənkəran”, “Bakı”, AZAL, “Rəvan” kimi klublara yer olmadı, iş adamlarını futboldan küsdürüb “oyundankənar vəziyyət”ə saldılar, deməli, həmin məmləkətdə fütbolun gələcəyi yoxdu. Region Liqası əslində pis layihə deyil. Bizim kimi yeni yaranan komandalar bu liqada formalaşıb, sonradan yüksək divizionlara vəsiqə uğrunda oynaya bilər. Təəssüf ki, heç kim bizə sahib çıxmadı”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var Bu gün, 12:35 Almeyda Şeferin komandasında oynayacaq Bu gün, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi Bu gün, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı Bu gün, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu Bu gün, 12:29 “Neftçi”də ispan məşqçi Bu gün, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” Bu gün, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi Bu gün, 12:20 “Zirə” Krnetanı qaytardı Bu gün, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü Bu gün, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı Bu gün, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir Bu gün, 12:07 Rüfət Dadaşovu qınayırlar... Bu gün, 12:05 2020-ci ildə ilk heç-heçə Bu gün, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... Bu gün, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Bütün xəbərlər
Ən çox oxunanlar