06 dek 12:23olke

Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu


Törə Əhmədova: “Onun əsas komandaya heç bir aidiyyatı yoxdu”
Ötən sayımızda “Keşlə” – “Sumqayıt matçını izləyənlər arasında Braziliyadan gələn menecer və futbolçunun olduğunu xəbər vermişdik. Futbol agenti ilə söhbətdə məlum olmuşdu ki, Bakıya iki futbolçu gətirib ki, onlardan biri, sonradan adını dəqiqləşdirdiyimiz italyan əsilli Venesuela vətəndaşı olan Leonardo Xose Paçe Lares artıq iki həftədi “Səbail”in məşqlərində iştirak edir. Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən futbolçu karyerası ərzində Braziliyanın "Kruzeyro" və Portuqaliyanın "Pakuş Ferreyra" klublarının aşağı yaş qruplarında forma geyib. 21 yaşlı oyunçunun son komandası İtaliya "Kalyari"si olub. Bugünlərdə venesuelalı yarımmüdafiəçi “instaqram” səhifəsində “Səbail”in formasında “ASCO Arena”da şəkil paylaşıb. Ancaq sportinfo.az saytına açıqlama verən “dənizçilər”in baş məşqçisi Aftandil Hacıyev hazırda komandanın məşqlərində yeni legioner futbolçunun olmadığını bildirib: “Onun üzünü ilk dəfə sizin saytda gördüm. Mənə də qaranlıq qaldı ki, bura necə gəlib və kim çağırıb. Üstəlik, tanımadığım futbolçunun əyninə "Səbail"in formasının geyindirilməsi… Çox müəmmalıdı. Amma bunu mütləq araşdıracam. Çempionatda qış fasiləsinə az qalıb, problemlərimiz onsuz da çoxdu və belə bir vaxtda hansısa legioneri baxışa çağırmaq yersizdi. Pul var ki, yeni futbolçu da gətirək? Birinci komandada olanların maaşları vaxtında ödənilsin".
Baş məşqçinin söylədiklərindən belə çıxır ki, kimlərsə Aftandil bəyin xəbəri olmadan düşərgəyə oyunçu dəvət edir, ona klubun formasını verib məşqə çıxarır. Bu isə hazırda sonuncu pillədə qərarlaşan komandanın baş məşqçisinin postundan uzaqlaşdırılacağı anlamına gəlir. Əcaib duruma aydınlıq gətirmək üçün “dənizçilər”in mətbuat katibi Törə Əhmədova ilə əlaqə saxladıq. Baş məşqçidən fərqli mətbuat katibinin Laresin “Səbail”də baxışda olmasından xəbəri var: “Adını qeyd etdiyiniz futbolçunun özü klub rəsmilərinə yaxınlaşaraq, baxışa şərait yaradılmasını xahiş edib. O hazırda əvəzedici komandada məşq edir. Bu üzdən əsas komandaya heç bir aidiyyatı yoxdu. Biz onunla nə müqavilə bağlamışıq, nə də adını sifariş ərizəsinə əlavə etmişik. Sadəcə, əvəzedici heyətin məşqlərinə qoşulub”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var Bu gün, 12:35 Almeyda Şeferin komandasında oynayacaq Bu gün, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi Bu gün, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı Bu gün, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu Bu gün, 12:29 “Neftçi”də ispan məşqçi Bu gün, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” Bu gün, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi Bu gün, 12:20 “Zirə” Krnetanı qaytardı Bu gün, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü Bu gün, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı Bu gün, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir Bu gün, 12:07 Rüfət Dadaşovu qınayırlar... Bu gün, 12:05 2020-ci ildə ilk heç-heçə Bu gün, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... Bu gün, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Bütün xəbərlər
Ən çox oxunanlar