06 dek 12:18olke

Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı


Dekabrın 4-də AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Toplantı Azərbaycan premyer-liqasının 13-cü və birinci divizionun 12-ci turunda baş verən qayda pozuntularının müzakirəsinə həsr olunub.
“Keşlə” – “Sumqayıt” matçında qonaqların, “Qəbələ” – “Zirə” matçında isə meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə alıb ki, bu da hərəyə 800 manat cərimə deməkdi. “Səbail” – “Neftçi” oyunu PFL-ə daha çox qazandırıb. Oyunun gedişində “Səbail”in kapitanı Eltun Yaqublu ilə “Neftçi”nin meneceri Qədir Həsənov arasında mübahisə baş verib ki, komitə hər ikisinə xəbərdarlıq edərək, bu hal yenidən təkrarlanacağı təqdirdə onları ciddi cəzalandıracağını açıqlayıb. “Neftçi”nin baş məşqçisi Roberto Bordin isə mövsüm ərzində 4-cü sarı vərəqə aldığına görə 1 oyunluq cəzalanıb. Oyun başa çatdıqdan sonra “Neftçi”nin azarkeşləri tərəfindən təhqiramiz ifadələr, qeyri-etik şüarlar səsləndiyinə görə klub 4000 manat cərimələnib. Bundan başqa, hakimin final fitindən sonra meydana kənar şəxslər çıxıb ki, nəticədə meydan sahibi klub 1600 manat cərimə olunub.
Diviziona gəlincə, “Qaradağ Lökbatan” – MOİK matçında meydan sahibi protokolu vaxtında tərtib etmədiyinə görə 80 manat “tərləyəcək”. “Zaqatala” ilə oyunda vərəqə sayının çoxluğuna görə 80 manat cərimələnən “Turan Tovuz”u Sənan Qocayev də ziyana ziyana salıb. Futbolçu oyuna əlavə olunan dəqiqələrdə azarkeşlərin ünvanına təhqiramiz ifadələr işlədib. Komitə onu 3 oyunluq diskvalifikasiya edib, kubuna 160 manat cərimə kəsib.
“Keşlə-2” də vərəqə "planı"na görə 80 manat cərimələnib. Üstəlik, oyunun 38-ci dəqiqəsində “Keşlə-2”nin üzvü Emin Mehtiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb ki, futbolçu 1 oyun cəza alıb, klub 20 manat cərimə olunub.
“Neftçi-2” – “Kəpəz” matçı PFL-in büdcəsini 420 manat zənginləşdirib. 32-ci dəqiqədə “Neftçi-2”nin futbolçusu Əmrah Bayramov ikinci xəbərdarlıqdan sonra meydandan qovulduğuna görə 1 oyun cəzaya və 20 manat cəriməyə məruz qalıb. Bu epizoda etiraz edən “Neftçi-2”nin baş məşqçisi Mahmud Qurbanov hakimə qarşı təhqiramiz ifadələr işlətdiyinə görə 5 oyun cəza alıb, klub 400 manat cərimə olunub. Ancaq məşqçiyə verilən 5 oyun cəzanın 3-ü şərti cəza kimi tətbiq ediləcək və Qurbanova 3 ay sınaq müddəti veriləcək. Sınaq müddəti ərzində məşqçi yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.
“Zirə-2” – “Sumqayıt-2” matçından öncə keçirilən iclasda isə polis nümayəndəsi iştirak etməyib. Buna görə meydan sahibi klub 40 manat cərimə olunub.
Beləliklə, son iclasda klublara 8500 manat cərimə kəsilib. Nəticədə mövsümün əvvəlindən cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğ 74940 manata çatıb.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var Bu gün, 12:35 Almeyda Şeferin komandasında oynayacaq Bu gün, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi Bu gün, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı Bu gün, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu Bu gün, 12:29 “Neftçi”də ispan məşqçi Bu gün, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” Bu gün, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi Bu gün, 12:20 “Zirə” Krnetanı qaytardı Bu gün, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü Bu gün, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı Bu gün, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir Bu gün, 12:07 Rüfət Dadaşovu qınayırlar... Bu gün, 12:05 2020-ci ildə ilk heç-heçə Bu gün, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... Bu gün, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Bütün xəbərlər
Ən çox oxunanlar